Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dünyanın ən xeyirxah və səxavətli ölkələri siyahısına daxil edilib

Azərbaycan dünyanın ən xeyirxah və səxavətli ölkələri siyahısına daxil edilib

14.09.2010 [10:06]

Beynəlxalq Xeyriyyə Yardım Fondunun (Charities and Aid Foundation)  “əliaçıqlıq” indeksinə dair növbəti hesabatında  Azərbaycan MDB məkanının ən xeyirxah və səxavətli  ölkəsi sayılıb. Bi-Bi-Si telekanalının yaydığı hesabatda bildirilir ki, fond  xeyirxahlığın dərəcəsini təkcə pul yardımı ilə  deyil, xeyirxahlığa sərf edilən vaxt  və kimsəsiz insanların  himayə olunması amilləri ilə müəyyənləşdirib. Dünyanın 153 ölkəsi arasında aparılmış sorğunun yekunlarına görə,  dünya əhalisinin ümumən 20 faizi könüllü humanitar yardım, 30 faizi maliyyə yardımı göstərib, 45 faizi isə yoxsul  insanlara arxa-dayaq olub. Siyahıda 67-ci yeri tutan Azərbaycan pulla yardıma görə keçmiş sovet respublikaları arasında liderdir. Azərbaycanda yardımın 22 faizi pulla,  23 faizi yaxşılığa sərf olunan vaxtla  edilib, xeyirxahlığın yoxsullara əl tutulması forması 48 faiz təşkil edib. Hesabatda Heydər Əliyev Fondunun Azərbaycan əhalisinin maddi rifahının və tərəqqisinin  yüksəlməsinə hesablanan yüzlərlə layihəsi vurğulanıb. ümumiyyətlə,  Azərbaycan Şərqi Avropa ölkələri arasında Kipr və Sloveniyadan sonra üçüncü yerdə olub, Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan və  Baltikyanı ölkələri qabaqlayıb.
Dünyanın ən əliaçıq ilk 10 ölkəsi sırasına  isə Avstraliya, Yeni Zelandiya, Kanada, İsveçrə, İrlandiya, ABŞ, Hollandiya, Böyük Britaniya, Avstriya və Şri-Lanka daxildir.
Hesabatda Ermənistanın adı ayrıca  çəkilir və bildirilir ki, bu ölkə əhalisinin yalnız 6 faizi pul yardımı göstərə bilir. Bu isə ən aşağı göstəricilərdən biridir.

Paylaş:
Baxılıb: 933 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30