NATO Ukraynanı müdafiə edəcək???
25.02.2022 [10:14]
Kiyev Alyansın tam üzvü olmadığı üçün 5-ci maddədən yararlana bilmir
Pərviz SADAYOĞLU
Rusiya-Ukrayna qarşıdurması aktiv hərbi mərhələyə qədəm qoydu. Qərb isə anti-Rusiya koalisiyası yaratmağa çalışır. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın aparıcı ölkələrinə bu istiqamətdə çağırışlar edib. Bununla bağlı Ukrayna Prezidenti özünün “twitter” səhifəsində də yazıb. O bildirib ki, ABŞ Prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şoltz, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Polşa Prezidenti Andjey Duda və Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonda danışıb. Zelenski ABŞ, Böyük Britaniya, Almaniya, Polşa və Avropa İttifaqını dərhal Rusiyanı dayandırmağa çağırıb. O, dərhal ağır sanksiyaların tətbiqini, hava məkanının bağlanmasını, Ukraynaya maliyyə və hərbi yardım göstərilməsini istəyib. Ukrayna Prezidenti dünyanı Rusiyanı sülhə məcbur etməyə çağırıb.
Bu arada NATO mövcud situasiya ilə bağlı bəyanat yayıb. Bəyanatda Rusiyaya hərbi əməliyyatları dərhal dayandırması ilə bağlı çağırış edilib. Sənəddə böhran dövrü ərzində NATO-nun, müttəfiqlərin və tərəfdaşlarının Rusiya ilə diplomatiya və dialoqu ən yüksək səviyyədə davam etdirmək üçün bütün səyləri göstərdiyi də öz əksini tapıb. NATO-nun bəyanatında bildirilir ki, qurum üzvləri Vaşinqton müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələr aparıb. NATO üzvləri bütün müttəfiqləri qorumaq üçün müdafiə planına uyğun olaraq Alyans daxilində çəkindirmə və müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verib: “Vaşinqton müqaviləsinin 5-ci maddəsinə sadiqliyimiz sarsılmazdır. Biz bir-birimizi qorumaq üçün birləşmişik”.
Xatırladaq ki, məsləhətləşmələrin keçirilməsi haqqında NATO-nun 4-cü maddəsinin tətbiq edilməsini qurum üzvü olan Polşa istəyib. Bu barədə Polşa hökumətinin mətbuat katibi Petr Müller bildirib. Onun sözlərinə görə, Polşa NATO-nun şərq cəbhəsində güclənməsini gözləyir.
Ümumiyyətlə, Polşanın NATO-dan Ukrayna-Rusiya qarşıdurması ilə bağlı “4-cü maddə”nin tətbiqini tələb etməsi, o cümlədən qurumun 5-ci maddəyə sadiqliyi nələri ifadə edir? Bu maddələrin tətbiqi konfliktin dayandırılmasına və ya gərginliyin azalmasına hansısa təsiri göstərə biləcəkmi?
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, Rusiya ilə Ukrayna arasındakı gərginlik hərbi yolla deyil, sülh yolu ilə aradan qaldırılmalıdır. Onun fikrincə, bir sıra beynəlxalq təşkilatların bu qarşıdurma ilə bağlı mövqeyi də sülhə əsaslanır: “Məsələn, NATO-nun baş katibi Yens Stoltenberq hərbi toqquşmanın saysız-hesabsız mülki əhalinin həyatını təhlükə qarşısında qoyması ilə bağlı xəbərdarlıq edib. NATO və müttəfiqləri Rusiyanın addımlarının nəticələrini müzakirə etmək üçün iclas keçiriblər. Alyans üzvlərindən Polşa NATO-dan təhlükəsizlik təhdidində alyansın məsləhətləşmə müqaviləsinin 4-cü maddəsini tətbiq etməyi tələb edir. Xatırladım ki, ötən ilin noyabrında Polşa müttəfiqləri ilə Polşa-Belarus sərhədində miqrasiya böhranı ilə əlaqədar olaraq da bu mexanizmin işə salınmasını müzakirə etmişdi”.
Dünən keçirilən iclasda isə Polşanın NATO-dakı Daimi Nümayəndəliyinin vəziyyətin ümumi monitorinqi üçün 4-cü maddənin işə salınması ilə bağlı müraciəti müzakirə olunub. “4-cü maddə Alyans ölkələrindən birinin onun təhlükəsizliyinə təhdid olduğunu hesab etdiyi təqdirdə məsləhətləşmələr üçün NATO Şurasının çağırılmasını nəzərdə tutur. 4-cü maddənin işə salınmasını alyansın məsləhətləşmə müqaviləsinin 5-ci maddəsi də vacib edir. Bu məsləhətləşmələrin əsas fəlsəfəsi isə budur ki, Alyansa üzv dövlətlər Avropa və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə silahlı hücumun bütövlükdə quruma qarşı hücum kimi qiymətləndirilməsi ilə razılaşırlar. Öz növbəsində, müttəfiqlər bu toplantıda Ukraynadakı vəziyyətlə bağlı xüsusi müzakirə aparıblar”.
Son toplantıda NATO üzvlərinin rəyi yekdil olub - müttəfiqlər ölkələrin ərazi bütövlüyünü, suverenliyini, demokratiya, fərdi azadlıq və qanunun aliliyi prinsipləri əsasında öz xalqlarının azadlığını, ümumi irsini və sivilizasiyasını qorumaq əzmindədirlər. NATO Şimali Atlantika regionunda sabitliyin möhkəmləndirilməsi və rifahın artırılması məqsədini güdür. “Alyans Ukrayna ilə bağlı kollektiv müdafiə, sülh və təhlükəsizliyi qorumaq üçün səylərini birləşdirməyə qərarlıdır. Ancaq bu səylərin konkret olaraq nədən ibarət olması haqqında açıq və aydın təkliflər mövcud deyil. Ukraynanın NATO-ya müdafiə müraciətinə müsbət cavab vermək isə legitim qərar deyil. Çünki Alyans ancaq tam üzvlərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhlükə altına düşərsə, alyansın üzvləri arasında məsləhətləşmələrin aparılması ilə konkret qərarlar verir. Ukrayna isə NATO-nun tam üzvü deyil”, - deyən Y.Hacıyevanın fikrincə, Rusiyanın Ukraynaya qarşı son addımları rəsmi Moskvanın dövləti müdafiə instinktindən qaynaqlanır. Nəzərə alınmalıdır ki, NATO 2000-ci illərdən Rusiyanın sərhədlərinə iki aktiv fazadan çox yaxınlaşıb. Bu isə Rusiyanı öz sərhədlərini başqa xalqların hesabına qoruması ilə bağlı ənənəvi siyasətindən məhrum edir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

