Azərbaycan digər ölkələr üçün örnək ola biləcək mükəmməl iqtisadi model yaradıb
18.09.2010 [10:52]
Dünən Bakıda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İqtisadi inkişafın Azərbaycan modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. İqtisadi inkişaf naziri Şahin Mustafayev “Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası” mövzusunda çıxış edərək respublikamızda həyata keçirilən kompleks islahatların mühüm uğurlarından danışıb. Nazir bildirib ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun təmin edilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrilsə də, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi nəticəsində islahatların həyata keçirilməsi mümkün olmayıb. Keçmiş iqtidarın səriştəsiz fəaliyyəti Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınmasına və ölkəmizin sosial-iqtisadi həyatında xaosun yaranmasına səbəb olmuşdu.
Şahin Mustafayev qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və güclü sahibkarlıq sinfi formalaşdı.
Beləliklə, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə endirildi. Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyası ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.
İqtisadi inkişaf naziri bildirib ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar son 7 ildə daha da möhkəmlənib, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib və əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.
Şahin Mustafayevin bildirdiyinə görə, yaradılmış münbit şərait, davamlı və sürətli iqtisadi inkişaf nəticəsində 2004-2009-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb. Qeyd olunan müddətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə çoxalıb. Yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə düşüb. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi 26 milyard dolları ötüb. İndiyədək 900 mindən çox yeni iş yeri yaradılıb. Əlverişli biznes mühitinin təmin edilməsi nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan artıqdır.
Azərbaycan keçid iqtisadiyyatından yeni inkişaf erasına qədəm qoyub
İqtisadi inkişaf naziri Azərbaycanın keçid iqtisadiyyatından yeni inkişaf erasına qədəm qoyduğunu diqqətə çatdırıb. Ş.Mustafayev bildirib ki, Azərbaycanın uzunmüddətli davamlı inkişafını təmin etmək məqsədilə qarşıdakı illərdə kompleks və sistemli proqramlar həyata keçiriləcək. Yeni inkişaf mərhələsində makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək. Bununla yanaşı, biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcək.
Bu siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan verəcək.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır
Sənaye və energetika naziri Natiq Əliyev “Azərbaycanın enerji siyasəti və beynəlxalq iqtisadi əməkdaşlıq” mövzusunda məruzə edib. Nazir bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır.
Natiq Əliyev qeyd edib ki, Azərbaycanın yerləşdiyi Xəzər regionu dünyanın enerji təchizatında mühüm yer tutur. Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır və Azərbaycan bu prosesdə başlıca rol oynayan regionunun flaqmanıdır. Azərbaycan hökumətinin nümayiş etdirdiyi siyasi iradə olmasaydı və respublikamızın 16 il əvvəl imza atdığı eneji siyasəti reallaşmasaydı, hazırki neft və qaz layihələri çəkilə bilməyəcəkdi, eləcə də, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılması bu qədər gerçəyə çevrilməzdi.
Respublikamız 100, 200 il dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacaq
Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə “Xəzər dənizinin neft və qaz ehtiyatlarının mənimsənilməsinin müasir vəziyyəti” mövzusunda çıxış edərək respublikamızın dünya enerji bazarında aparıcı yer tutduğunu diqqətə çatdırıb. X.Yusifzadə bildirib ki, Azərbaycan zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilib. Hazırda Azərbaycanda neft hasilatı 50 milyon tondan çoxdur. Qaz hasilatı isə 25 milyard kubmetrə yaxındır. X.Yusifzadənin fikrincə, yeni inkişaf mərhələsində ölkəmizin enerji siyasətində qaz sənayesi mühüm əhəmiyyət kəsb edir. İxrac siyasəti qaz nəqli ilə zənginləşməkdədir. Azərbaycan hazırda, Gürcüstan, Türkiyə, Rusiya, Yunanıstana və digər ölkələrə qaz nəql edir. Hazırda “Şahdəniz” qazı Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan kəmərləri vasitəsilə Avropaya ixrac olunur.
ARDNŞ-in vitse-prezidenti bildirib ki, ölkəmiz yaxın illərdə Avropanın böyük hissəsinə qaz ixrac edəcək. Təkcə, “Şahdəniz” yatağından 18 milyard kubmetr qaz çıxaracaq ki, bunun da böyük hissəsi Avropaya nəql olunacaq. X.Yusifzadə “Şahdəniz”lə yanaşı, “ümid”, “Babək”, “Abşeron”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Araz-Alov-Şərq”, “Asiman-Şəfəq” yataqlarında böyük qaz ehtiyatlarının mövcud olduğunu qeyd edib. Hazırda bu perspektiv bloklarda geoloji-kəşfiyyat işləri sürətləndirilib. “ümid” yatağında qazma işləri ilin sonuna kimi başa çatdırılacaq. Digər yataqlarda da hasilat işləri genişləndiriləcək və Azərbaycanın qaz resurslarının həcmi ən azı iki dəfə artacaq. X.Yusifzadənin fikrincə, qeyd olunan perspektiv qaz yataqlarındakı ehtiyatların proqnozlaşdırılan həcmi 5 trilyon kubmetrdən artıqdır. Bu isə Azərbaycanın 100, 200 il dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.
Respublikamızda həyata keçirilən siyasət digər ölkələr üçün örnək ola biləcək qədər uğurlu və mükəmməldir
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf proqramları respublikamızın keçid iqtisadiyyatına malik ölkə deyil, dünya dövlətləri içərisində inkişaf etmiş sabit dövlət olmasını təsdiqləyib. Azərbaycan hazırki inkişaf mərhələsinə, bazar iqtisadiyyatına malik idarəetmə sisteminə genişmiqyaslı, kompleks islahatlar aparmaqla nail olub. İqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən biri olan özəlləşdirmə siyasətinin aparılması, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icra olunması, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edilməsi, orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlar yaratması və digər faktorlar keçid dövrünün sona çatması və yeni inkişaf dövrünün start götürməsinə əhəmiyyətli zəmin yaradıb.
İqtisadi siyasət komitəsinin sədri bildirib ki, yeni inkişaf erasının tələbləri isə tam başqa iqtisadi-siyasi-sosial tədbirlərin gerçəkləşməsini zəruri edir. Azərbaycanın son illərdə, xüsusilə də böhranın dərinləşdiyi son bir ildə həyata keçirdiyi siyasət inkişafın dinamikasına baza yaratmaqla, digər ölkələr üçün örnək ola biləcək qədər uğurlu və mükəmməldir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

