Rəzil olmaq onların siyasi həyat tərzidir
01.03.2022 [10:21]
NURLAN
Rusiya-Ukrayna müharibəsi bütün dünyanın diqqət mərkəzindədir. İnsanlar hadisələri diqqətlə izləyir, öz mövqelərini, hiss-həyəcanlarını müxtəlif formalarda ifadə edirlər. Azərbaycan xalqı da bu mənada istisna deyil. Sosial şəbəkələrdə bununla bağlı çox sayda - həm dəstək, həm də tənqid xarakterli paylaşımlara rast gəlmək mümkündür. Yeri gəlmişkən, fevralın 27-də Bakıda Ukraynaya dəstək aksiyası keçirilib, şüarlar səsləndirilib. Aksiyada cəmiyyətin müxtəlif nümayəndələri iştirak ediblər. Amma təəssüflər olsun ki, öz cılız niyyətləri üçün aksiyadan yararlanmağa çalışan fürsətbazlar da iş başında olublar.
Söhbət “mitinqlərin yaraşığı”na çevrilmiş siyasi şoumen Tofiq Yaqubludan, özünü müxalif düşərgənin “siyasi afroditası” hesab edən Gültəkin Hacıbəylidən, sıralarında bir həsir, bir də məmmədnəsir qalan AXCP-nin nümayəndəsi Seymur Həzidən və s. gedir. Azərbaycan cəmiyyətinin nümayəndələri aksiya zamanı Ukrayna xalqına səmimi münasibətlərini - birmənalı dəstəklərini ifadə etdikləri halda, bəhs olunan şəxslər yenə də öz maraqlarını güdməyə çalışıblar. Onlar səfirliyin əməkdaşına yaxınlaşaraq “biz hakimiyyətimizin hərəkətinə görə çox xəcalət çəkirik” deyiblər. Səfirliyin əməkdaşı isə onların sözünü kəsərək Azərbaycan xalqına və Prezident İlham Əliyevə minnətdar olduqlarını qətiyyətlə söyləyib.
Bu fakt göstərir ki, Azərbaycan xalqı tərəfindən tarixin tozlu arxivinə yollanmış ünsürlər nəinki siyasət meydanında, cəmiyyətdə - adi insanlar arasında belə özlərinə yer tapa bilmirlər. Əgər sağlam və normal düşüncəli olsaydılar, aksiyaya qoşulmuş hər bir insan kimi mədəni formada Ukrayna xalqına səmimi və mənəvi dəstəklərini ifadə edər, özlərini mitinq-şou meydanında hiss etməz, dövlət və hakimiyyət əleyhinə şüar səsləndirmək xəstəliklərini nümayiş etdirməzdilər. T.Yaqublu kimilər yaxşı ki, biraz daha irəli gedərək özlərinə xəsarət yetirməyiblər. Hər halda, bu hal bizə yad deyil...
Digər tərəfdən, Tofiq Yaqublu feysbuk paylaşımında “Bu gün Ukraynanın Azərbaycandakı səfirliyi önündə keçirilmiş Ukraynaya dəstək aksiyasında Gültəkin Hacıbəyli ilə birlikdə milli şuranı təmsil etdik” ,- deyə yazıb. Qəribə və absurddur: insanların səmimi hisslərinin və mənəvi dəstəyinin ifadəsi olan bu yığıncaq məgər siyasi qüvvələrin aksiyası idi? Bu məsələdən də qondarma “milli şura” üçün dividend qazanmaq məqsədilə istifadə etmək nə qədər sağlam düşüncə məhsuludur və etikdir?
Görünən odur ki, Tofiq Yaqublu və düşərgədaşları ya ağıllarını itirib və özlərini qanunsuz mitinqdə hiss edirlər, ya da siyasi mənəviyyatsızlıq sindromu pik həddə çatıb. Bununla yanaşı, onlar anlamırlar ki, “milli şura” adlandırdıqları oyuncaq qurumu heç Azərbaycan cəmiyyətində tanıyan yoxdur, nəinki Ukrayna ictimaiyyətində. “Milli şura”nın özünü dəstəkləyən yoxdur, belə olan halda, onun dəstəyi kimə və nəyə lazımdır?!
Bütün bunlar daim pusquda duraraq nə isə əldə etməyə çalışan ağılsızlar və fürsətbazların növbəti dəfə biabır olduqlarını göstərir. Burada təəccüblü heç nə yoxdur. Çünki rəzil olmaq onların siyasi alın yazısı və həyat tərzidir.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

