Dövlətin vergi siyasəti yerlərdə uğurla icra edilir
21.09.2010 [09:17]
Azərbaycanda bütün sahələrdə olduğu kimi, vergi sahəsində də dövlətin müəyyən etdiyi siyasət öz müsbət nəticəsini verməkdədir. Buna səbəb isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin mühüm tərkib hissəsi olan vergi siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Prezident İlham Əliyevin 12 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nın 2005-2007-ci illər ərzində həyata keçirilməsi vergi inzibatçılığında keyfiyyətcə yeni idarəetmə modelinin yaradılmasına səbəb olub. Vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin işə salınması isə vergi sistemində sənəd dövriyyəsinin elektron formaya keçirilməsinə, məlumatların işlənməsi sürətinin dəfələrlə artmasına, operativ və çevik vergi nəzarətinin qurulmasına yol açıb.
Vergi siyasətinin yerlərdə icrası ilə bağlı hazırladığımız ötən reportajımızda da qeyd etdiyimiz kimi, dövlət başçısının müvafiq Sərəncamına əsasən, 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılıb. ölkə iqtisadiyyatı, xüsusilə, sahibkarlıq mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyan bu tədbirin reallaşdırılması isə Vergilər Nazirliyinə həvalə edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən vergi siyasəti hər bir vətəndaşın, o cümlədən, vergi ödəyicilərinin fəaliyyəti üçün daha münbit şərait yaradıb. Vergilər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ərazi Vergi idarələri ilə yanaşı, son iki ildə regionlarda vergi ödəyicilərinə xidmət üzrə ən müasir kompüter terminallarının qurulmasına başlanıb və artıq 16 terminal vergi ödəyicilərinin istifadəsinə verilib.
Bu da bir həqiqətdir ki, dövlətin vergi siyasətinin uğurlu nəticələr verməsi üçün qəbul edilən qərarlarla yanaşı, vergi ödəyiciləri tərəfindən onlara əməl edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Yəni, iş adamları, həmçinin, hər bir vətəndaş dövlətin vergi siyasəti sahəsində yaratdığı əlverişli və münbit şəraitdən yararlanmaqla yanaşı, öz üzərlərinə düşən vəzifəni də yerinə yetirməli, vergiləri vaxtında ödəməlidir. Və vətəndaşların bu istiqamətdə fəal olması üçün əsas işlərdən biri də (təbliğat baxımından) biz KİV təmsilçilərinin üzərinə düşür. Artıq ikincisi baş tutan press-turların əsas məqsədi də budur.
Beləliklə, geniştərkibli jurnalist heyətinin növbəti dayanacağı Qəbələdə yerləşən 10 saylı Ərazi Vergilər İdarəsi oldu. Məlumat üçün deyək ki, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə aparılan növbəti islahat vergilər nazirinin 13 noyabr 2002-ci il tarixli A-188 nömrəli əmri ilə Ərazi Vergilər İdarələrinin yaranması ilə nəticələnib və hazırda Azərbaycanda 12 Ərazi Vergilər İdarəsi fəaliyyət göstərir. Onlardan biri də 10 saylı Ərazi Vergilər İdarəsidir.
Jurnalistlərin bu idarədə olması isə heç də təsadüfi deyil. çünki sentyabrın 18-də 10 saylı Ərazi Vergilər İdarəsində “açıq qapı” təşkil olunmuşdu. “Açıq qapı” çərçivəsində 40-a yaxın KİV nümayəndələri Qəbələ rayonunda yerləşən 10 saylı Ərazi Vergilər idarəsinin struktur bölmələri ilə tanış oldu, idarənin fəaliyyəti barədə ətraflı məlumatlar əldə etdilər.
Jurnalistlərə açıqlama verən idarənin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İntiqam Hidayətzadə qeyd etdi ki, idarə Oğuz, İsmayıllı və Qəbələ rayonlarını əhatə edir. Həmin rayonlarda 8752 vergi ödəyicisi var ki, onlardan 1123-ü hüquqi, 6529-u isə fiziki şəxslərdir. Onun sözlərinə görə, vergi ödəyicilərinə idarə tərəfindən müxtəlif xidmətlər göstərilir: “İdarəmizdə vergi ödəyicilərinə xidmət, kommersiya hüquqi şəxslərin qeydiyyatı, vergi borcları, bəyannamələr, audit, operativ nəzarət şöbələri, həmçinin, koordinasiya bölməsi fəaliyyət göstərir”.
İ.Hidayətzadə konkret olaraq özünün rəhbərlik etdiyi şöbə haqqında aşağıdakıları qeyd etdi: “Biz əsasən vergi ödəyiciləri ilə yaxşı münasibət qurmağa çalışırıq. Bu sahədə uğurlarımız da, nöqsanlarımız da olub. Nöqsanların ortaya çıxmasının başlıca səbəbi isə regiondakı vergi ödəyicilərinin yeniliyə laqeyd, yaxud da loyal münasibət göstərmələri ilə bağlıdır. Lakin zaman keçdikcə bu laqeydlik də aradan qalxacaq. Hesab edirəm ki, biz vergi orqanı əməkdaşları ilə siz KİV təmsilçilərinin daha sıx fəaliyyəti nəticəsində yerlərdə vergi ödəyiciləri həm bu sahədəki yeniliklərdən daha operativ şəkildə məlumat alacaq, həm də bu yeniliklərin öz fəaliyyətlərində tətbiqi üçün çalışacaqlar. Təbliğatın mühüm rol oynadığını mən bir faktla diqqətinizə çatdırmaq istərdim. 2007-ci ilin mart ayından elektron bəyannamə tətbiq olunmağa başlayanda biz vergi ödəyiciləri ilə müqavilələr bağlayıb, onları bu internet xidmətindən istifadə etməyə dəvət edirdik. Lakin ilkin vaxtlar onlar bu yeniliyə bir qədər soyuq yanaşırdılar. Bununla belə, aparılan təbliğatın nəticəsi olaraq hazırda bu gün bizim ərazimizdə qeydiyyatda olan vergi ödəyicilərinin 91,7 faizi artıq bu xidmətdən istifadə edir”.
İ.Hidayətzadə onu da bildirdi ki, onlar vergi ödəyicilərinin vergi qanunvericiliyi haqqında məlumatlandırılması ilə kifayətlənmir, eyni zamanda, məktəblərdə, digər müəssisə və idarələrdə, həmçinin, Oğuz və İsmayıllı rayonlarında vergi xidmətləri günləri keçirirlər: “Bizi ən çox fərəhləndirən hallar məktəblilərlə olan münasibətlərimizdir. Məlum olduğu kimi, 2004-cü ildən məktəblərə “Vergilər” adlı dərsliklər paylanıb. Həmin dərsliklər 3-5, 6-8 və 9-11-ci sinifləri əhatə edir. Biz məktəblilərlə mütəmadi olaraq ünsiyyət qurur, dialoq aparır və hər il “Vergi uşaqların gözü ilə” adlı inşa müsabiqəsi keçiririk. Sevindirici haldır ki, şagirdlər bu müsabiqələrdə fəal iştirak edirlər”.
“Mənim qənaətimə görə kim ki, vergini həvəslə və vaxtında ödəyir, o həm ədalətli, həm də mərhəmətli olur”, - deyən İ.Hidayətzadə, həmçinin, media nümayəndələrinə vergi ödəyicilərinə göstərilən xidmətlər, o cümlədən, vergi ödəyicilərinin qeydiyyatı, bəyannamələrin qəbulu və kameral yoxlanılması, vergi borclarının aradan qaldırılması və əməkhaqlarının vergiyə cəlb olunması istiqamətində görülən işlər, kommersiya hüquqi şəxslərin “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınması, 195 saylı telefon məlumat xidmətinin fəaliyyəti barədə ayrı-ayrılıqda məlumat verdi. Eyni zamanda, vergi xidmətində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin işi əyani şəkildə KİV nümayəndələrinə nümayiş etdirildi.
Qeyd edək ki, səfər çərçivəsində media işçiləri İsmayıllı rayonunda yerləşən vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalı ilə də tanış oldu, terminal haqqında ətraflı məlumat aldılar. KİV nümayəndələrinə kompüter terminalları vasitəsilə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirildiyi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirildiyi, sahibkarların maarifləndirildiyi, biznes fəaliyyəti subyektlərinə müxtəlif növ (hüquqi, informasiya, metodiki və s.) xidmətlərin göstərildiyi bildirildi.
Yerli vergi ödəyiciləri KİV təmsilçiləri ilə söhbətlərində bildirdilər ki, kompüter terminalının yaradılması onların fəaliyyətinə müsbət təsir göstərib. Vergi ödəyiciləri burada həm vaxta qənaət etdiklərini, həm kompüter xidmətləri ilə təmin olunduqlarını, həm də peşəkar mütəxəssislər tərəfindən zəruri məlumatlar aldıqlarını vurğuladılar. Məsələn, yerli iş adamı, xalçaçılıqla məşğul olan “Xoşbəxt” kiçik müəsissəsinin direktoru Ruhiyyə Süleymanovanın sözlərinə görə, terminalın açılışı yerli iş adamlarının fəaliyyətinə xüsusi dəstək verib: “1993-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. Həm fiziki, həm də hüquqi şəxs kimi dövlətə vergi ödəyirəm. 2008-ci ilin mart ayından bu terminalın fəaliyyətə başlaması biz sahibkarlara böyük bir dəstək olub. çünki bu terminal açılana qədər biz sənədləşmə işlərinə çox vaxt sərf edirdik. Hazırda isə bu məsələlər kiçik bir zaman kəsiyində öz həllini tapır. Burada həm vaxta qənaət edirik, həm də peşəkar mütəxəssislər tərəfindən zəruri məlumatlar alırıq. Bütün bunlar isə bizə əlavə ruh verir və bizlər öz fəaliyyətimizi daha da genişləndiririk. çünki biz vergi ödəyiciləri üçün yerlərdə bütün lazımi şərait yaradılıb”.
Bir sözlə, görünən odur ki, dövlətin vergi siyasəti yerlərdə də uğurla icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti vergi ödəyicilərinin fəaliyyətinə əlavə stimul verir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

