/ / "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilib
"Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilib
21.09.2010 [09:27]
Dünən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK), ATƏT-in Bakı ofisinin nümayəndələri, Bakı və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Sessiyanı ATƏT-in Bakı ofisinin rəhbər
i səfir Əli Bilge Cankorel açaraq bildirib ki, Azərbaycanda son seçkiləri müşahidə etmiş beynəlxalq təşkilatların hesabatlarında seçki sahəsində ildən-ilə irəliləyişlərin olduğu qeyd edilib: “Son seçkilərlə bağlı ATƏT-in hesabatında da demokratiyaya doğru növbəti addımın atıldığı vurğulanıb. ümid edirik ki, bu sahədə nailiyyətlər davamlı olacaq”.
Hazırda qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesindən razılıq ifadə edən səfir, siyasi partiyaların bloklarının MSK tərəfindən qısa müddət ərzində və maneəsiz qeydiyyata alınmasını da müsbət qiymətləndirib.
Bu sessiyanın seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusuna həsr olunduğunu diqqətə çatdıran Ə.B.Cankorel ümidvar olduğunu bildirib ki, tədbir seçkilərin demokratik keçirilməsinə öz töhfəsini verəcək. Qeyd olunub ki, bugünkü tədbir Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilib. Sentyabrın 21-də Şirvanda, 22-də Mingəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün məlumat sessiyaları keçiriləcək. Bu sessiyalar seçkilərin daha demokratik keçirilməsinə öz töhfəsini verəcək.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sessiyaların ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, cəmiyyətdə fəal seçki mühitinin formalaşması baxımından mühüm rol oynayacağını vurğulayıb.
Əli Həsənov cəmiyyətin seçkilərə hazırlanması prosesinin seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri olduğunu və qarşıdan gələn seçkilərdə yüksək siyasi fəallıq müşahidə edildiyini diqqətə çatdırıb. Şöbə müdiri qeyd edib ki, qarşıdan seçki sınağı gəlir və bu seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi üçün hakimiyyət qanunla üzərinə düşən bütün vəzifələri yerinə yetirir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə demokratiyanın əsas siyasi xətt elan edildiyini vurğulayan şöbə müdiri bildirib ki, atılan bütün addımlar ölkədəki demokratik təsisatların daha da möhkəmləndirilməsinə xidmət edir.
Əli Həsənov bildirib ki, yerli icra hakimiyyəti orqanları seçki prosesində birbaşa iştirak etməsələr də, yerlərdə normal seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar. Bundan başqa, namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün müvafiq yerlərin ayrılması da yerli icra hakimiyyətlərinin vəzifəsidir.
Əvvəlki illərdən fərqli olaraq bütün tərəflərin seçki prosesinə iddiasız qatıldığını diqqətə çatdıran şöbə müdiri bildirib ki, bu, parlament seçkilərinin xüsusi fəallıq şəraitində keçəcəyini deməyə əsas verir.
Seçkiqabağı və seçki dövründə ictimai proseslərə toxunan Əli Həsənov əvvəlki seçkilərdə formalaşmış yaxşı ənənələri xatırladıb, yerlərdə xoş əhval-ruhiyyənin yaradılması məqsədi ilə müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Şöbə müdiri bildirib ki, seçicilərin azad səs verməsinin təmin edilməsi də yerli strukturların qarşısında duran mühüm vəzifələrdəndir.
Əli Həsənov əmin olduğunu bildirib ki, qarşıdakı seçkilərdə icra hakimiyyəti strukturları üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizin çox mühüm tarixi tədbir ərəfəsində olduğunu vurğulayaraq bildirib ki, seçkilər seçicilərlə yanaşı, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Seçkilər ölkə əhəmiyyətli tədbir olduğundan bu prosesdə müxtəlif dövlət strukturları da iştirak edirlər. İcra hakimiyyətinin seçkilərlə bağlı əsas vəzifələrindən biri bu seçkilərin keçirilməsi üçün normal şəraitin yaradılmasıdır. Eyni zamanda, icra hakimiyyəti orqanları seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı öz üzərilərinə düşən vəzifələri icra edərək seçki komissiyalarına yardım göstərirlər.
MSK sədri minnətdarlıq hissi ilə vurğulayıb ki, ölkədə seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik mövcuddur, seçki komissiyalarının normal fəaliyyət göstərmələrinə də hərtərəfli şərait yaradılıb. Bütün seçki komissiyaları müasir standartlara cavab verən binalarla təmin edilib, onların maddi-texniki bazaları möhkəmləndirilib. Azərbaycanda seçki komissiyaları üçün yaradılan şərait bir çox ölkələrə nümunə ola bilər. MSK aşağı seçki komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, peşəkarlıq səviyyələrinin artırılması və seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi üçün əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də genişmiqyaslı maarifləndirmə proqramı hazırlayaraq icra edir. ATƏT-in təşəbbüsü ilə təşkil edilən sessiyalar da həmin qəbildəndir. Bu sessiyalar seçkilərin tam qanunauyğun və ədalətli keçirilməsini təmin etməklə, ölkəmizdə hüquqi dövlətin güclənməsinə və vətəndaş cəmiyyətinin daha da inkişafına yardım edəcək.
Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyinə dair məruzələrlə çıxış ediblər.
Sonda sessiya iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

