NATO-nun cavab qüvvələri...
02.03.2022 [10:37]
Alyans artan təhlükələrlə bağlı müdafiə tədbirləri həyata keçirir
Nardar BAYRAMLI
NATO Hərbi Komitəsinin bazar ertəsi Brüsseldə fövqəladə iclasdan sonra yaydığı bəyanatda bildirilib ki, kollektiv müdafiə kontekstində ilk dəfə olaraq alyans cavab qüvvələrinin elementlərini yerləşdirir. “NATO-nun müdafiə planları aktivləşdirilib və nəticədə ilk dəfə olaraq kollektiv müdafiə kontekstində NATO cavab qüvvələrinin elementləri yerləşdirilib”, - deyə məlumatda bildirilib. NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin qeyd etdiyi kimi, bu qərar operativ şəkildə qəbul edilib. “Müdafiə qalxanımız güclüdür. Bütün müttəfiqlərimizi və alyansımızı təcavüzdən qorumağa hazırdır”, - deyə Bauer bildirib.
NATO-nun cavab qüvvələrinin bölgədə Ukrayna sərhədləri yaxınlığında yerləşdirməsi mövcud vəziyyətə necə təsir edə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Ukraynada müharibə şiddətlənir və döyüşlərin dayanması üçün nikbinlik yoxdur. Onun sözlərinə görə, NATO-ya üzv dövlətlər Ukraynaya həm humanitar, həm də silah yardımı göstərir: “Alyansa daxil olan bir sıra ölkələr Ukraynaya hərbi dəstəyini artırır, bu ölkəyə müasir silahlar verir. Buraya hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr də daxildir. O cümlədən, NATO-nun cavab qüvvələri də yüksək hazırlıq səviyyəsinə gətirilib. Cavab qüvvələri gözlənilərin təhdidlərin qarşısını almaq üçündür. Doğrudur, NATO açıq şəkildə müharibəyə qoşulmayıb, amma üzv dövlətlər Ukrayna ilə ikitərəfli əməkdaşlıq çərçivəsində hərbi dəstək göstərirlər. NATO təşkilat olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, işğalı pislədiyini birmənalı şəkildə bəyan edib. Alyansa üzv olan bir sıra ölkələrdə hərbi qüvvələr yerləşdirilib. ABŞ Rumıniyaya bölmələr yerləşdirib, Almaniya Litvaya əlavə qüvvələr göndərib, Böyük Britaniya isə Estoniyadakı hərbi mövcudluğunu iki dəfə artırıb. İspaniya, Hollandiya, Danimarka da hərbi varlığını gücləndirmək üçün öz qüvvələrini, gəmilərini və təyyarələrini cavab qüvvələrinə göndərmək qərarına gəlib. Yəni, artan gərginlik fonunda Şimali Atlantika Alyansı Şərqi Avropada mövcudluğunu gücləndirir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

