ABŞ və Rusiya regiondakı siyasi məsuliyyətlərini dərk etməlidir
24.09.2010 [09:42]
Cənubi Qafqaz mühüm siyasi, iqtisadi əhəmiyyətə malik strateji bölgədir. Təsadüfi deyil ki, regionda maraqları olan iri beynəlxalq güclər bölgədə gedən proseslərə xüsusi maraq göstərirlər. Bu baxımdan, bölgənin siyasi, iqtisadi baxımdan ən əhəmiyyətli ölkəsi olan Azərbaycanın atdığı bütün addımlar beynəlxalq aləm tərəfindən diqqətlə izlənilir. Eyni zamanda, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 65-ci sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri də xüsusi maraq doğurur.
Məlum olduğu kimi, dövlət başçısı səfər çərçivəsində ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə nümayəndəsi Riçard Morninqstarla görüşüb. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordonun da iştirak etdiyi görüşdə Azərbaycanla Birləşmiş Ştatlar arasında enerji sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, Prezident İlham Əliyevin ABŞ prezidenti Barak Obama ilə də görüşəcəyi gözlənilir. Qeyd edək ki, ABŞ prezidenti sessiya çərçivəsində Cənubi Qafqaz respublikaları içərisində yalnız Azərbaycan dövlət başçısı ilə görüşəcək.
Azərbaycanla ABŞ tərəfdaş ölkələrdir
ümumiyyətlə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ regionda enerji layihələrinin reallaşmasına böyük maraq göstərir və bu ölkənin şirkətləri bölgədəki layihələrin gerçəkləşməsinə investisiyalar yatırırlar. Avropa ilə Asiya arasında mühüm enerji dəhlizi rolunu oynayan Azərbaycanla bu sahədə əlaqələrə ABŞ hər zaman xüsusi önəm verib. Məlum olduğu kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. İki ölkə arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində də yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edib. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaşdır. Onu da qeyd edək ki, bu tərəfdaşlıq münasibətlərinin qorunub saxlanması və möhkəmlənməsi müəyyən dərəcədə Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqedən də asılıdır.
Azərbaycanın haqlı mövqeyi dəstəklənməlidir
Qeyd etdiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərində vacib məqamlardan biri bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olmasıdır. Digər tərəfdən, ABŞ həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Məlum olduğu kimi, Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasını tələb edən dörd qətnaməsi mövcuddur. Lakin indiki şəraitdə, istər Təhlükəsizlik Şurasının üzvü, istərsə də həmsədr ölkə kimi ABŞ-ın işğalçı Ermənistana qarşı tutduğu mövqe Azərbaycanı tam razı sala bilməz. çünki dünyada haqqın, ədalətin müdafiəçisi kimi tanınan bir ölkənin (yəni ABŞ-ın) 20 ilə yaxın bir müddətdə davam edən işğal faktına yetərincə diqqət göstərməməsi, işğalçı ölkə ilə işğala məruz qalan ölkəyə eyni münasibət göstərilməsi Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi üçün imkanlar açmış olur. Nəhəng güc mərkəzi olan ABŞ-ın beynəlxalq aləmdə formalaşmış imicini və nüfuzunu nəzərə aldıqda bu ölkənin münaqişənin həllinə və münaqişə tərəflərinə olan münasibəti danışıqların gedişatına əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Azərbaycan haqlı olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışır. ölkəmizin ədalətli mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır ki, bu da ABŞ və digər həmsədr ölkələrə işğalçı Ermənistana təcavüzkar siyasətdən əl çəkməsi üçün təzyiq göstərməyə tam əsas verir.
ABŞ və Rusiya regiondakı təsir imkanlarını düzgün dəyərləndirməlidir
Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-la yanaşı, Rusiya da vasitəçilik missiyasını yerinə yetirir. Hər iki ölkə rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Eyni zamanda, bu ölkələrin mövqeyini təmsil edən həmsədrlərin hazırladığı Madrid təkliflərini Azərbaycan tərəfi qəbul etsə də, Ermənistan münaqişənin ədalətli həllinə apara biləcək addımı atmaqdan çəkinir. üstəlik, qeyd etdiyimiz kimi, işğalçı ölkə ABŞ və Rusiyanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasından da boyun qaçırır. Olduqca zəif olan və bir dövlət kimi öz ayaqları üzərində dayana bilməyən Ermənistanın iki nəhəng dövlətin çağırış və qərarlarını heçə sayaraq işğal siyasətini davam etdirməsi həm Rusiyanın, həm də ABŞ-ın regiondakı nüfuzuna ciddi xələl gətirir. Digər tərəfdən, rəsmi Moskva və Vaşinqton davamlı olaraq tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə dəvət edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 16 ildir ki, danışıqlar prosesində iştirak etməsi məhz ölkəmizin sülhpərvər mövqeyindən xəbər verir. Lakin unutmaq lazım deyil ki, nüfuzlu dövlətlərin və münaqişə tərəfləri arasında vasitəçiliyi üzərinə götürən həmsədr ölkələrin işğalçı Ermənistana loyal münasibəti münaqişənin sülh yolu ilə həllini çətinləşdirir. Buna görə də, ABŞ və Rusiya üzərlərinə düşən məsuliyyəti və sahib olduqları siyasi imkanları düzgün dəyərləndirməli, bölgədə haqq-ədalətin tezliklə bərpası üçün Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini tələb etməlidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42

