Antalya görüşü müharibəni dayandırmadı
11.03.2022 [10:40]
XİN rəhbərlərinin ilk müzakirəsi nəticəsiz oldu
Pərviz SADAYOĞLU
Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, müharibə başlayan dövrdən Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşüb. 1,5 saat davam edən görüşdən sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sammitlə bağlı mesaj paylaşaraq bildirib ki, sülhə ehtiyacın ən böyük olduğu vaxtda rusiyalı və ukraynalı həmkarları Lavrov və Kuleba ilə Antalyada üçtərəfli formatda görüşüb. “Ümid edirik ki, bölgəmizdə sülhün bərqərar olması, Rusiya ilə Ukrayna arasında diplomatik təmasların qurulması üçün səylərimizi davam etdirəcəyik”, - deyə XİN rəhbəri bildirib.
Kuleba: Görüşləri davam etdirməyin tərəfdarıyam
Görüşdən sonra açıqlama verən Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə görüşün həm asan, həm də çətin keçdiyini dilə gətirib. O bildirib ki, Antalyaya humanitar məqsədlə gəlib və görüşdən sonra humanitar dəhlizlərin açılmasını hədəfləyib: “Çavuşoğlu bizim üçün böyük əhəmiyyətə malik vasitəçilik etdi. Ukrayna hücum edən tərəf deyil və biz müharibəni dayandıra bilmərik. Biz hazırda torpaqlarımızı müdafiə edirik. Rusiya XİN rəhbəri Lavrovun tələbləri isə təslim aktı kimidir. Problemlərin həllinə kömək edəcəksə, bu formatda görüşləri davam etdirməyin tərəfdarıyam”.
D.Kuleba 24 saatlıq humanitar dəhlizin açılması ilə bağlı fikirlərini bildirib. O, Rusiyanın ukraynalı uşaqların dərmana ehtiyacı olduğunu düşünərək 24 saatlıq humanitar dəhliz açmaq üçün addım atacağına inandığını deyib. “Ölkəmizdə rus ordusu tərəfindən çoxlu insan öldürülüb. Mən bunu nazir Lavrovla paylaşdım. Bizim atom elektrik stansiyalarımız Rusiyanın hücumundan əvvəl işləyirdi və heç bir problemimiz yox idi. Rusiya ordusunun edə biləcəyi ən yaxşı şey geri çəkilmək, atom elektrik stansiyalarından uzaqlaşmaqdır”“, - deyə Kuleba əlavə edib.
Lavrov: Zelenski bizi anlamağa başlayıb
Görüşlə bağlı danışan Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, aparılan danışıqlar bir qənaət formalaşdırıb - danışıqları əvəz edə biləcək yol yoxdur: “Türkiyəli dostlarımızın təşəbbüsü ilə humanitar məsələləri müzakirə etdik. Mülki vətəndaşların zərər görməməsi üçün hansı tədbirlərin görülə biləcəyi müzakirə olundu. Mülki insanlardan qalxan kimi istifadə olunur. Biz ən təhlükəsiz marşrutları seçirik. Ukrayna böhranının bütün tərəflərin və Aİ-nin fikirləri nəzərə alınmaqla həllini istəyirik, bu istiqamətdə danışıqlar aparırıq. Zelenski bizi anlamağa başlayıb, bunu alqışlayırıq”.
Ukraynaya xaricdən gətirilən silahlar məsələsinə toxunan Lavrov qeyd edib ki, Ukraynaya minlərlə öldürücü silah və qanadlı raket ötürüldüyünü görürük. Rusiya sərhədi yaxınlığında bioloji tədqiqatlar aparılır. “Onların qadağan olunmuş fəaliyyətlə məşğul olduqları aydındır. BMT rəsmiləri bu barədə məlumatın olmadığını bildirdilər və bu, bizi təəccübləndirmir. ABŞ hərbi rəsmiləri bunu çox gizli həyata keçirirlər. Ukraynaya qaçaqmalçılıq yolu ilə silah aparanlar cavabdehlik daşıyacaqlar”, - deyən Lavrov onu da əlavə edib ki, Qərb Ukraynanı Rusiyaya qarşı qoyur.
Açıqlamalarda Ukrayna Prezidenti Zelenski ilə Rusiyanın dövlət başçısı Putin arasında mümkün görüşün baş tutma ehtimalına da toxunulub. Lavrov qeyd edib ki, bu baş verməmişdən əvvəl müəyyən hazırlıq işləri görülməlidir. Rusiya tərəfi öz təkliflərini Ukrayna tərəfinə təqdim edib və vəd olunan cavabı gözləyir: “İstərdik ki, Ukrayna ilə bağlı veriləcək qərarlarda fikrimiz nəzərə alınsın. Biz Ukraynanın müstəqil ölkə olmasını arzulayırıq. Pravoslav kilsəsinin də fəaliyyət göstərməsini istəyirik. Biz vəziyyəti diplomatik yollarla həll etməyi arzulayırıq. Pentaqonun Ukrayna torpaqlarında onlarla hərbi bioloji laboratoriya yaratması ilə bağlı iddialar bizi narahat edir. Bu suallara cavab istəyirik. Qərbin Ukraynadan istədiyi yeganə şey bu ölkənin daim Rusiya əleyhinə işləməsi idi. Sanksiya məsələsini isə elə həll edəcəyik ki, heç vaxt qərblilərdən asılı olmayaq. Elə tədbirlər görəcəyik ki, bir daha analoji vəziyyətlə üzləşməyək”.
Ramil Həsən: Yaxın təmaslar problemin həlli üçün vacib şərtdir
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü və Antalya Diplomatiya Forumunda iştirak edən Ramil Həsən Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkilini yüksək dəyərləndirib. Millət vəkilinin fikrincə, davam edən hərbi əməliyyatlar bütün dünya tərəfindən həyəcanla və narahatlıqla izlənilir. Sülhün və sabitliyin təmin edilməsi istiqamətində atılan addımlar isə təqdirəlayiqdir: “İlk növbədə, Türkiyə bir daha mühüm regional güc mərkəzi statusunda çıxış etdiyini ortaya qoydu. Müharibə başlanan gündən döyüşən tərəflərin bu səviyyədə rəsmi nümayəndələrinin görüşü baş tutmamışdı. İlk dəfə idi ki, Antalyada Ukraynanın və Rusiyanın XİN rəhbərləri yaxın təmasda oldular, müzakirələr apardılar. Bu, hər iki tərəfin Türkiyəyə inamını nümayiş etdirməkdədir. Müzakirələrə baxış fərqli ola bilər. Əldə olunan uğuru və ya uğursuzluğu bəlkə də indi görmək çətindir. Bu, qarşıdakı günlərdə daha açıq şəkildə bəlli olacaq. Hər bir halda yaxın təmaslar problemin həlli üçün vacib şərtdir. İnanıram ki, cənab Çavuşoğlunun da vurğuladığı kimi, bu yöndə səylər davam edəcək”.
Millət vəkili qeyd edib ki, müharibə hər iki tərəf üçün böyük itkilərə yol açır. Döyüşlərdə günahsız insanlar, hətta uşaqlar öldürülür. Bununla yanaşı, iqtisadi gərginliklər dünya maliyyə bazarına mənfi təsirlər göstərməkdədir. Bunun qarşısını almaq üçün isə intensiv müzakirələr aparılmalı, vasitəçilərin iştirakı ilə təmaslar qurulmalı, çıxış yolları araşdırılmalıdır. “Biz müharibənin çətinliyini yaşamış xalqıq və onun ağrısını, acısını hiss edirik. Bu baxımdan da, bütün problemlərin danışıqlar yolu ilə həllini tapmasını istərdik. İndiki halda danışıqlar uğursuz kimi görünsə də, təmaslar qarşıdakı perspektivdə tərəflərin masa arxasında müzakirə aparmaq imkanlarının tükənmədiyini nümayiş etdirdi. Beynəlxalq aləm davamlı sülhün təmini üçün öz dəstəyini əsirgəməməli, tərəflərin anlaşması üçün bütün səylərini səfərbər etməlidir”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

