Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qaçqın və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir

Qaçqın və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir

05.10.2010 [10:32]

Bərdə rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri ikiotaqlı 17 fərdi ev tikilir, Ağdam rayonunda isə məcburi köçkünlər üçün 70 hektar ərazidə salınan 689 ailəlik yeni qəsəbədə tamamlama işləri aparılır
Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb. İşğalçı Ermənistanın sərgilədiyi siyasət nəticəsində bu insanların hüquqları pozulub, onlar məcburi köçkün həyatı yaşamağa məcbur olublar.
Torpaqlarımızın işğaldan azad olunması istiqamətində davamlı siyasət yürüdən, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə nail olunması üçün illərdir ki, danışıqlar aparan dövlətimizin mövqeyi isə birmənalıdır: bu problem yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düzdür, işğal altındakı torpaqların azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyini bəyan edən Azərbaycan hələlik sülh prosesinə sadiqlik nümayiş etdirir. Bununla belə, Ermənistanın qeyri-konstruktiv mövqeyi əbədi sülhün əldə edilməsinə mane olur. Belə olan halda Azərbaycan tərəfi öz vətəndaşlarının hüquqlarını və ərazi bütövlüyünü bərpa etmək üçün alternativ yollara əl atılacağını istisna etmir.
Təbii ki, işğal olunmuş torpaqların azad edilməsi istiqamətində aktiv mövqe nümayiş etdirməklə, danışıqlar prosesini davamlı şəkildə aparmaqla yanaşı, ölkə rəhbərliyi qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində də Dövlət proqramları həyata keçirir, ölkəmizdə quruculuq, abadlıq işləri aparılır. ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi məsələsinin dövlətin diqqətində olduğunu bildirib. Bir sözlə, hazırda məcburi köçkünlərin həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər  davam etdirilir.
Belə ki, Bərdənin Qaradəmirçi, Kətəlparaq, Qazaxlar, Mehdili, Ləmbəran, Alpoud, Kafarlı, Seyid Yusifli, Yeni Daşkənd, Göyüşlü, Tağılar, Kürdborakı, Qaraqoyunlu və Həsənqaya kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri ikiotaqlı 17 fərdi ev tikilir. Evlərin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda, son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə Bərdə rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 1 ədəd 24 mənzilli, 1 ədəd 36 mənzilli yaşayış binaları, 2 fərdi ev tikilib istifadəyə verilib.
Ağdam rayonunda məcburi köçkünlər üçün 70 hektar ərazidə salınan 689 ailəlik yeni qəsəbədə isə tamamlama işləri aparılır. Qəsəbədə 55 birotaqlı, 322 ikiotaqlı, 264 üçotaqlı, 48 dördotaqlı mənzil var. Burada istirahət parkı salınıb, 440 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, klub və körpüdə işlər tezliklə başa çatdırılacaq. Hazırda qaz, elektrik, içməli su xətləri çəkilir, küçələrə asfalt döşənir.
Yuxarıda da vurğuladığımız kimi, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial müdaifəsi məsələsinin dövlətin prioritetlərindən olduğunu hər zaman bəyan edib. Xatırladaq ki, dövlət başçısı hələ Ağdam rayonunda “Bənövşələr” qəsəbəsinin açılışında bəyan etmişdi ki, qəbul edilmiş qərarlar sürətlə icra edilir və gələcəkdə də bütün problemlər öz həllini tapacaq. İlk növbədə qaçqınların, köçkünlərin problemləri həll edilməlidir, çünki onlar Azərbaycanda ən ağır şəraitdə yaşayan insanlardır: “Mən bilirəm ki, qaçqın-köçkün bacı-qardaşlarımızın sosial problemləri kifayət qədərdir. Elə bilməyin, mən hesab edirəm ki, bu şəhərciyi salmaqla biz burada öz işimizi, necə deyərlər, yekunlaşdıracağıq. Elə deyildir. Burada iş yerlərinin açılması məsələsi çox aktualdır. Eyni zamanda, kreditlərin verilməsi. Əgər kreditlər verilməsə, onda əlbəttə ki, hansısa bir işi görmək çox çətin olacaqdır. Rayonların elektrik enerjisi ilə təminatı məsələsi çox ciddidir və burada bizi narahat edən məsələlər var, bu da aradan qaldırılmalıdır. Yəni məsələyə hərtərəfli, kompleks şəkildə yanaşma var”.
Məlumat üçün deyək ki, ümumiyyətlə, Ağdam və Ağcabədi rayonlarında indiyə qədər salınan qəsəbələrdə ümumi sahəsi 190632 kvadratmetr olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati bina, 1 yanğın postu tikilib, 113,8 kilometr yol, 139,2 kilometr su xətti, 43,2 kilometr qapalı irriqasiya sistemi, 211,9 kilometr elektrik hava xətti çəkilib, 124 artezian quyusu qazılıb. Bütün bunlarla yanaşı, rayon ictimaiyyəti ilə görüşlərində münaqişənin mütləq şəkildə həll olunacağını və bu həllin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirən Prezident İlham Əliyev buna Azərbaycan hakimiyyəti ilə xalqın birliyi sayəsində nail olunacağını vurğulayıb: “Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, mən buna şübhə etmirəm. Ondan sonra yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər tikəcəyik. Ancaq hələ ki, biz müvəqqəti olaraq burada məskunlaşan insanların həyat səviyyəsini qaldırmalıyıq. Bildiyiniz kimi, bu məqsədlə, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində qəbul edilmiş qərarlar, sərəncamlar bu gün çox uğurla icra edilir. Hər il bu məqsədlərə yüz milyonlarla manat vəsait sərf edilir, yeni qəsəbələr, yeni şəhərciklər salınır. İndi Ağdam rayonunun işğaldan azad olunmuş yerlərində 86 min insan yaşayır. Bu, rayon əhalisinin, demək olar ki, yarısıdır. Yəni biz buna müvəqqəti olaraq nail ola bilmişik. İnsanları normal şəraitlə təmin edə bilmişik və Ağdamda salınan qəsəbələr, digər bölgələrdə, Füzulidə, başqa yerlərdə salınan qəsəbələr bizim siyasətimizi əks etdirir. Ancaq o da həqiqətdir ki, bütün bu tədbirlər müvəqqəti xarakter daşıyır. Əsas məsələlər, əsas böyük işlər torpaqlarımız işğaldan azad olunandan sonra başlayacaqdır. Biz yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər yaradacağıq və buna hazır olmalıyıq. Onu da bilirik ki, biz ancaq öz gücümüzə arxalana, ancaq öz gücümüzə istinad edə bilərik”.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 1020 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30