Nərimanov rayon bələdiyyəsi abadlıq işlərini daha da genişləndirəcək
06.10.2010 [09:30]
Seçki prosesinin birinci mərhələsi başa çatmaq üzrədir. Artıq imzatoplama kampaniyası yekunlaşır və qısa müddətdən sonra 2010-cu il parlament seçkilərinin təşviqat dövrü başlayır. Amma təəssüf ki, müxalifət düşərgəsi və onların nəzarətində olan bir sıra mətbu orqanlar tələskənliyə yol veriblər. Yəni, müxalifət düşərgəsi hər zaman olduğu kimi, bu dəfə də zamanı “qabaqlamaq” istəyib və bununla da həm KİV haqqında Qanunun, həm də Seçki Məcəlləsinin tələblərini kobudcasına pozub. Belə ki, “Azadlıq” qəzetinin 5 oktyabr 2010-cu il tarixli sayında Nərimanov rayonundan hazırlanmış “Yolumuzu düzəldin, amma bizdən səs gözləməyin” sərlövhəli reportaj-yazı bütövlükdə Yeni Azərbaycan Partiyasının (YAP) adıgedən ərazidən parlament seçkilərinə namizədi haqqında böhtana və antitəbliğata köklənib. Qeyd olunduğu kimi, təşviqat kampaniyasına start verilmədiyi halda “Azadlıq” qəzetinin atdığı bu addım qara piardır. Yazıda iddia olunur ki, Nərimanov rayonunun Daş Karxanası küçəsində və digər ərazilərində aparılan yolların asfaltlanması prosesi Yeni Azərbaycan Partiyasının həmin ərazidən millət vəkilliyinə namizədi olan, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tərəfindən həyata keçirilir.
Təbii ki, bütün bunlar hamısı yalan və əsassız, iddialardan başqa bir şey deyil. Hər zaman şantajçı və qərəzçi mövqedən çıxış edən “Azadlıq” qəzetinin yeganə məqsədi YAP-ın Nərimanov rayonundan parlamentə irəli sürdüyü namizədə qarşı antitəbliğat kampaniyası aparmaqdan ibarətdir. Beləliklə, daima qanundan, demokratiyadan dəm vuran, özünü “demokratik” libasda cəmiyyətə təqdim etməyə cəhd göstərən “Azadlıq” qəzeti bir daha qanunvericiliyi pozmaqla öz simasını Azərbaycan cəmiyyətinə yenidən nümayiş etdirib.
“Yeni Azərbaycan” qəzeti olaraq, biz də həmin ərazilərə baş çəkməyə qərar verdik. Ərazi ilə tanışlıq zamanı bəlli oldu ki, Nərimanov rayon bələdiyyəsi tərəfindən aparılan abadlıq işləri təkcə Daş Karxanası küçəsi ilə məhdudlaşmır. Hələlik Şahin Mustafayev, Məmməd Arif, Orucəliyev, Ağa Nemətulla və digər küçələrdə aparılan abadlıq işləri bütün Nərimanov rayonunu əhatə edəcək. Qeyd olunduğu kimi, abadlıq işləri Nərimanov rayon bələdiyyəsi tərəfindən aparılır.
Məsələni araşdırmaq üçün üz tutduğumuz Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev qəzetimizə bildirdi ki, 2009-cu il bələdiyyə seçkilərindən sonra 2010-cu ilin birinci yarısı ərzində bələdiyyəyə ünvanlanmış bütün müraciətlər araşdırılıb, təhlillər aparılıb: “2010-cu ilin birinci yarısında rayonun bir sıra ərazilərində yaşayan sakinlər bələdiyyəmizə müraciətlər ediblər. Onların müraciətlərində fərqli problemlər əks olunub, amma ən əsas problem yolun yararsız hala düşməsi məsələsidir. O baxımdan bələdiyyəmiz tərəfindən xüsusi qruplar yaradıldı və müraciətlər edilən yerlərə baxış keçirildi. Məlum oldu ki, bu müraciətlərin edildiyi ərazilərin bəzisində yeni asfalt örtüyünün çəkilməsi olduqca vacibdir. Bu baxımdan, mərhələlərlə həmin ərazilərdə asfalt örtüyü çəkilişinə başlanıldı. Bu gün də təmir işləri davam etdirilir. Yəqin ki, qışa qədər daha bir neçə küçədə tam təmir işləri aparılacaq və yeni asfalt örtüyü salınacaq”.
Bələdiyyə sədri qeyd etdi ki, görülən işlər yalnız asfalt örtüyünün yenilənməsi ilə məhdudlaşmır. Müraciətlərdə əks etdirilən digər problemlərlə bağlı da aparılan araşdırmalar sona çatıb və yaxın zamanlarda bu istiqamətdə də işlər görüləcək. T.Tağıyev sakinlərin müraciətləri əks olunan ərizələrinin surətlərini də bizə təqdim etdi. Məlum oldu ki, həqiqətən də istər mənzil istismar idarələrinə göndərilən və oradan da bələdiyyəyə yönləndirilən, istərsə də birbaşa bələdiyyənin özünə edilən müraciətlərin əksəriyyəti əsasən hazırda yeni asfalt döşənmiş küçələrin sakinləri tərəfindən edilib.
Maraqlıdır ki, “Azadlıq” qəzetinin yazdığı qeyri-obyektiv və əsassız reportajda T.Tağıyev də hədəfə alınıb. Bələdiyyə sədrinin Yeni Azərbaycan Partiyasının yerli rayon təşkilatının sədri olması da qəzetin niyyətinə uyğun olaraq şantaj edilib. Belə ki, T.Tağıyev YAP Nərimanov rayon təşkilatının sədri olmaqla yanaşı, həm də həmin rayonun bələdiyə sədridir. “Azadlıq” qəzetinin T.Tağıyevi sadəcə YAP rayon təşkilatının sədri kimi təqdim etməsi isə göründüyü kimi, məntiqsizlikdən və qərəzdən başqa bir şey deyil. çünki dünyanın heç bir dövlətində bələdiyyə sədrinin hakim partiyanın üzvü olması qəbahət sayılmır. Əksinə, yerli özünüidarə orqanlarında hakim partiyanın təmsil olunması həmin təşkilatın yerlərdəki nüfuzundan və gücündən xəbər verir. Məsələn, qardaş Türkiyədə hazırda yerli özünüidarə strukturlarının üzvlərinin əsas hissəsi hakim AKP-nin nümayəndələridir...
Bələdiyyə sədri ilə söhbətdən sonra abadlıq aparılan ərazilərdə olduq. Sözügedən Daş Karxanası küçəsinin sakinləri bildirdilər ki, Nərimanov bələdiyyəsinin gördüyü işdən çox razıdırlar. Yolların bərbad vəziyyətə düşməsinə gəldikdə isə, bu ərazidə yeni evlər tikilir. Bu evlərin tikilişi ilə əlaqədar küçəyə girib-çıxan böyük həcmli maşınlar asfalt örtüyündə çala-çuxurun yaranmasına, dağılmasına səbəb olub. Nərimanov bələdiyyəsinin gördüyü abadlıq işləri nəticəsində sakinlərin yol problemi həll edilir. Daş Karxanası küçəsinin sakini Telli Qasımova bildirdi ki, görülən işdən çox razıdırlar. Küçələrinin bərpası istəyi ilə bələdiyyəyə müraciət etdiklərini söyləyən T.Qasımova abadlıq işlərinin müraciətə əsasən aparıldığını söyləyir: “Biz dövlətimizdən, hökumətimizdən çox razıyıq. Azərbaycan dövləti varlandıqca küçələrimiz genişlənir, abadlaşır. Sağ olsun rayon bələdiyyəsi yolların asfaltlanmasını hər zaman diqqətdə saxlayır. Mən elə sizin qəzetiniz vasitəsilə öz təşəkkürümü bildirirəm”.
Həmin küçənin sakini Nailə Turabıyeva bildirdi ki, yağış yağanda küçədən keçmək çətin olurdu. Uşaqların məktəbə gedib-gəlməsi əməlli-başlı problem idi: “Böyük maşınlar bu ərazidə tikilən yeni evlərə daş daşıyır. Buna görə də, asfalt örtüyü bu hala düşmüşdü. Sağ olsunlar, hökumətimiz küçəmizi təmir etdi, artıq rahat asfalt yolla gedib-gəlirik. Düzdür, bizim küçədə təmir işləri tam aparılmayıb, amma bələdiyyə işçiləri bildirdilər ki, hava şəraiti düzələn kimi işlərini davam etdirəcəklər. Yağış dayanan kimi gəlib işlərini görəcəklər”.
Təmir olunan Məmməd Arif küçəsini gəzdiyimiz zaman da eyni mənzərənin şahidi olduq. İnsanlar yeni çəkilmiş asfalt örtüyü ilə bağlı dövlətimizə, onun rəhbərinə öz təşəkkürlərini ifadə etdilər. “Azadlıq” qəzetinin yalandan “narazı” kimi təqdim etdiyi, adını belə yazmadığı şəhid ailəsi də elə həmin küçədə yaşayır. Şəhid Xaliq Abbasovun anası Şikar Qasımova bildirdi ki, küçələrin bu cür gözəlləşməsi, ölkəmizin inkişaf etməsi Prezidentimizin millətə qayğısından irəli gəlir: “Şəhid ailəsi olaraq mən hər zaman bu diqqəti və qayğını hiss etmişəm. Digər sakinlər də mənim bu fikrimi dəstəkləyir. Bəzi insanlar könül bulandırmaq istəsə də, milləti hakimiyyətdən aralı salmaq üçün min cildə girsə də, xeyri yoxdur. Azərbaycan xalqı hər zaman öz dövlətinə, hökumətinə, Prezidentinə inanıb və inanacaq. Mən qəzetiniz vasitəsilə Prezidentimizə öz təşəkkürümü bildirirəm ki, bu yolu çəkdirir, küçələri təmizlətdirir”.
Məmməd Arif küçəsində yaşayan çimnaz Ələkbərova da bizi görüb yaxınlaşdı və qəzetdən olduğumuzu biləndə küçələrə asfalt çəkilməsinin çox savab bir əməl olduğunu bildirdi. 1988-ci ildə Ermənistandan məcburi deportasiya edilən soydaşlarımızdan olan çimnaz nənə 22 ildir ki, bu küçədə yaşayır: “Bala, həmişə hökumət adamlarının bu küçələrlə, evlərlə maraqlandığını görmüşəm. Bizə həmişə diqqət göstəriblər. Allah dövlətimizi daha da güclü, Prezidentimizin canını sağ eləsin. O gün olsun ki, Qarabağı da alıb bizə qaytarsın, daha dərdimiz qalmasın. Yol çəkmək çox savab işdir, vacib əməldir. Sağ olsun rayonumuzun bələdiyyəsi ki, bu yolun təmirinə başlayıb”.
Elə Məmməd Arif küçəsindən üzü aşağı düşürdük ki, əlində bel köhnə asfalt örtüyünün üstündə işləyən küçə sakini ilə rastlaşdıq. Sərraf Abdullayev də bu ərazinin sakinidir. Köhnə asfaltı qazmasının isə maraqlı bir səbəbi var: “Bütün küçələr asfaltlanır və artıq yeni asfalt döşəmə bizim küçəyə çatmaqdadır. Burada bir müddət öncə evimdən çıxan kanalizasiyanı özüm bərpa etmişdim, amma deyəsən borunu üzlə aparmışam, indi də asfalt çəkən qardaşlara mane olacaq. Ona görə də, onları ləngitməmək üçün özüm qərara gəldim ki, bu borunun yerini bir az da dərinləşdirim ki, sonradan həm çökmə baş verməsin, həm də boru zədələnməsn. Sağ olsunlar ki, bizim bu problemlərimizi diqqətdə saxlayırlar, yol məsələsi çox mühümdür. Qarşıdan soyuq gəlir, uşaqlar palçıqlı küçədən deyil, təmiz asfalt küçədən keçib məktəbə gedəcəklər”.
Bəli, təmir olunan yol küçələrin kəsişməsi istiqaməti ilə davam etdirilir. Artıq Aşıq Qərib küçəsinin bir hissəsi tam təmir edilib, digər hissəsində isə sonuncu hazırlıq işləri görülür. Təbii ki, hava şəraiti ilə əlaqədar olaraq ərazidə olduğumuz zaman iş dayanmışdı. Hətta bəzi sakinlər işin dayanmasından təlaşa belə düşmüşdülər. Amma Aşıq Qərib küçəsinin təmir olunan hissəsində yaşayan sakinlər işçilərin hava açılan kimi gələcəklərini dediklərini diqqətə çatdırdı. Küçənin yeni asfalt döşənən hissəsində yaşayan Saleh Almazov görülən işlərdən razı qaldıqlarını bildirdi.
Aşıq Qərib küçəsinin təmir olunacaq hissəsinin sakini Suğra Azadə də yolun düzəldilməsini alqışladı: “Sağ olsun dövlətimiz, insanların rifahı üçün bütün işləri görür. Yolun çəkilişi bizim küçə ilə davam edir. Bir müddət öncə, həm mənzil istismar idarəsinə, həm də Nərimanov rayon bələdiyyəsinə müraciət etmişdik. Gəlib xəbər verdilər ki, müraciətlərimiz araşdırılıb və bu ərazilərdəki yollara yeni asfalt örtüyü çəkiləcək. çox sevindik. Sağ olsunlar ki, bu yolu çəkirlər və bununla da bizim yol problemimiz həll edilir”.
Bəli, qeyd olunduğu kimi, Nərimanov rayon bələdiyyəsi adıçəkilən küçələrlə yanaşı, digər ərazilərdə də abadlıq işləri aparacaq. ümumiyyətlə, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri böyük sürətlə davam etdirilir. Bu gün ucqar dağ kəndlərinə qaz çəkilir, yollar təmir olunur. Bütün bu işlər isə bir amilə əsaslanır-Azərbaycan dövlətinin güclü iqtisadiyyata və inkişafa malik olmasına... Bu güclü iqtisadiyyatın yaranmasının təməlində isə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti dayanır.
...ümumiyyətlə, hər hansı bir rayonu, onun bələdiyyəsini iş gördüyü üçün böhtan hədəfinə almaq olduqca yararsız və məntiqsiz bir işdir. Dünyanın heç bir yerində bu cür müxalifətçilik yoxdur. çünki, sağlam düşüncəli hər bir adam yaxşı bilir ki, belə məntiqsiz üsulla seçici rəğbəti qazanmaq olmaz. Amma hər zaman olduğu kimi, bu seçkilərdə də özlərini müxalifət sayanlar bir daha əməllərinə görə xalq içində nüfuzdan düşdülər. Məgər seçkilərin keçirilməsi ölkədə həyatın dayanması deməkdirmi? Onların məntiqincə, bütün dövlət strukturları öz fəaliyyətini seçki dövründə saxlamalı və insanların problemləri həll edilməmiş qalmalıdır?! Amma nə edəsən ki, müxalifətin təfəkkürü, məntiqi, düşüncəsi bundan ibarətdir. Bu da boş yerə deyil. çünki bu gün müxalifətdə olub sağa-sola şər, böhtan atan, dövlət strukturlarını işləməkdə günahlandıran (?!) düşərgə təmsilçiləri özləri hakimiyyətdə olan zaman xalqın problemindən başqa hər şeylə maraqlanıblar...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

