Ermənistan parlamentindəki müzakirələr siyasi blefdir
07.10.2010 [09:12]
“Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə, o cümlədən, BMT, ATƏT və Avropa Şurasının qəbul etdiyi qətnamə və qərarlarda birmənalı olaraq Azərbaycan ərazi kimi tanınır. Eyni zamanda, sovetlər ittifaqı dağılan zaman hər bir respublika öz müstəqilliyini elan etdikdə sərhədlər müəyyənləşib. Azərbaycan beynəlxalq müstəvidə müstəqil dövlət kimi tanınarkən Dağlıq Qarabağ da onun ərazisi kimi qəbul edilib. Ona görə də, Ermənistan tərəfindən Qarabağın hansısa bir formada tanınması faktiki olaraq bu dövlətin işğalçı siyasətinin hüququ qiymətinin alması demək olacaq”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.
Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu xatırladan M.Qurbanlı qeyd edib ki, bu ərazilərdə Ermənistanın yaratdığı bu və ya digər qurumlar qanunaziddir. Onun sözlərinə görə, qondarma “DQR” adlanan qurumu yaradanlar faktiki olaraq Ermənistanın rəhbərləridir. Onların sırasında Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan kimilər öndə gedirlər. Ona görə də, Ermənistan nə qədər çalışsa da, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması faktını gizlədə bilmir və bilməyəcək. İşğalda olduğuna görə, burada Ermənistanın yaratdığı istənilən qurum qanunaziddir. Azərbaycan bu əraziləri işğal olunmuş torpaqları kimi dünyaya tanıdıb. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, eləcə də, ATƏT-in qəbul etdiyi sənədlərdə həmin ərazilərin ölkəmizə məxsus olduğunu göstərməklə, Ermənistan tərəfindən işğal olunduğunu birmənalı şəkildə ifadə edib.
M.Qurbanlı bildirib ki, dünyada işğal olunmuş ərazilər anlayışı var və həmin ərazilərlə bağlı beynəlxalq hüququn norma və prinsiplərində müəyyən müddəalar mövcuddur. Bu müddəalara istinad etsək, Ermənistan parlamentində aparılan müzakirənin özü faktiki olaraq bu dövlətin işğalçılıq siyasətinin parlament səviyyəsində müzakirəyə çıxarılması deməkdir. Yəni Ermənistan bununla özünün işğalçılıq siyasətini açıq şəkildə ifadə edir.
“Düşünürəm ki, Ermənistan parlamentindəki bu müzakirələr siyasi blefdir. İşğal olunmuş ərazilərimizdə yaradılmış oyuncaq rejimi Ermənistanın tanıyıb-tanımamasından asılı olmayaraq, bu, ölkəmizin tutduğu mövqeyə təsir göstərmir. Ermənistan parlamenti bu oyuncaq rejimi tanısa belə, beynəlxalq müstəvidə bu tanınma heç bir rol oynamayacaq. Beynəlxalq sənədlər yenə də həmin əraziləri işğal olunmuş hesab edəcək. Eyni zamanda, Ermənistan həmin qondarma qurumu tanısa belə ikinci bir ölkənin bu addımı atması ehtimalı sıfra bərabərdir. Bundan əlavə, bu məsələ Ermənistanın özündə də ciddi fikir ayrılığı yaradıb. Bütövlükdə, bu cür addımlar sülh danışıqlarına və ATƏT-in barışdırıcı missiyasına zərbə vurur, eləcə də BMT səviyyəsində qəbul edilmiş sənədlərə zidd olan hərəkətlərə gətirib çıxarır. Belə addımlar məsələnin sülh yolu ilə həllindən hərbi yolla həllinə keçidinə müəyyən mənada təkan verə bilər. Ermənistan həmişə odla oynayaraq sonda həmin odda yanıb. Bu dəfə də odla oynayırlar, yenə də vəziyyəti gərginləşdirmək mövqeyini tutublar. Hesab edirəm ki, Azərbaycanın təmkinli diplomatiya xətti, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bizim xeyrimizə vəziyyəti dəyişdirəcək. Ermənistanın hansı qərar qəbul etməsi bizim üçün təsiredici deyil və beynəlxalq təşkilatlara da təsir göstərməyəcək. Bu siyasi blef ermənilərin özünə qarşı çevriləcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26

