/ / Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətidir
Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətidir
09.10.2010 [12:36]
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş “Ərəb filologiyası sahəsində tələbələrin və gənc alimlərin arasında ən yaxşı elmi-tədqiqat əsəri” mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıblar.
AQUPDK-nın və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları, respublikanın qadın ictimaiyyətinin nümayəndələri əvvəlcə İkinci Fəxri xiyabana gələrək XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə əklillər və gül dəstələri qoyublar.
İqtisadi İnkişaf Nazirliyinin akt zalında davam edən tədbiri AQUPDK-nın sədri Hicran Hüseynova açaraq bildirib ki, belə bir müsabiqənin keçirilməsi qərarına gəlməyimiz Aida İmanquliyevanın xatirəsini onun adına və yerinə yetirdiyi şərəfli missiyaya layiq şəkildə qeyd etmək istəyindən yaranıb: “Aida xanım o qədər qeyri-adi, təkrarsız şəxsiyyət olub ki, onun adı ilə bağlı hər hansı bir tədbir dərin məna və məzmunu ilə seçilməlidir”.
AQUPDK-nın sədri bildirib ki, komitənin “Ərəb filologiyası sahəsində tələbələrin və gənc alimlərin arasında ən yaxşı elmi - tədqiqat əsəri” mövzusunda artıq ikinci dəfə keçirdiyi müsabiqə ölkəmizdə şərqşünaslıq elminin inkişafına əlavə təkan verəcək: “Bu il müsabiqənin münsiflər heyətinə 20-dən artıq iş təqdim edilmişdir. Bu gün onların arasından seçilmiş üç ən yaxşı işin müəllifi mükafatlandırılacaq”.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva və akademik Vasim Məmmədəliyev AQUPDK-nın keçirdiyi müsabiqənin gənc şərqşünas alimlər arasında ərəb dilinə, ədəbiyyatına marağı daha da artıracağını söyləyiblər.
Natiqlər Aida İmanquliyevanın bu gün də aktuallığını itirməyən zəngin elmi irsindən danışıb, onun mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etdiyini, şərqşünaslıq elmində silinməz iz qoyduğunu bildiriblər. Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətidir. Qələmə aldığı bütün əsərləri bu insanın əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını edib. Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər görüb.
çıxış edənlər bildiriblər ki, bu gün ölkəmizin hər yerində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida xanım İmanquliyevanın anadan olmasının 71 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. On səkkiz il əvvəl dünyasını dəyişmiş Aida xanım keçdiyi 53 illik ömür yolunda həm alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verib, həm də qadın, ana, həyat yoldaşı kimi Azərbaycan xanımına örnək bir tale yaşayıb.
Vurğulanıb ki, AMEA-nın Şərqşünaslıq İnstitutu Aida xanım İmanquliyevanın elmi məqalələrini və tərcümələrini toplu halında çap etdirib. Yaxın günlərdə bu kitabın təqdimat mərasimi keçiriləcək.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıblar. Müsabiqədə üçüncü yerə “Müasir Misir ədəbiyyatında qadın şairələrin rolu” mövzusunda elmi məqaləsinə görə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş laborantı Cəmilə Dəmirova, ikinci yerlərə isə “Aida İmanquliyeva Ər-Reyhaninin yaradıcılığının tədqiqatçısı kimi” və “Əndəlis qrammatika məktəbi” mövzularında araşdırmaları üçün Şərqşünaslıq İnstitutunun dissertantı Fatma Məcidova və Bakı Dövlət Universitetinin müəllimi Tərlan Məlikov layiq görülüblər. Onlara diplomları akademiklər - AMEA-nın prezidenti Mahmud Kərimov və Vasim Məmmədəliyev, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva təqdim ediblər.
“Füzulinin ərəbcə bədii irsi” mövzusunda yazdığı elmi məqaləyə görə birinci yeri tutmuş AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Ruhəngiz Cümşüdlüyə diplomu M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim edib.
Bütün iştirakçılara minnətdarlığını bildirən professor Nərgiz Paşayeva deyib ki, bu tədbir Azərbaycan elminə, mədəniyyətinə, qadınına verilən qiymətin göstəricisidir: “Bu tədbir yeni nəslə, gənc alimlərə ünvanlanıb, onların istedadının, bacarığının üzə çıxmasına yönəlib. Aida xanımın ad günü ərəfəsində keçirilmiş bu müsabiqə gənc şərqşünas alimlərə öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verməklə yanaşı, onları həm də gələcəyin əsl mütəxəssisi kimi yetişməyə sövq edib”.
Nərgiz Paşayeva bildirib ki, ötən il paytaxtımızda keçirilmiş “Qərb və Şərq: ümumi mənəvi dəyərlər, elmi mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu Şərq ölkələrində əsl hadisəyə çevrilib: “Aida xanımın 70 illiyinə həsr edilmiş bu möhtəşəm tədbir həm də Qərbdən gəlmiş alimlər üçün son dərəcə maraqlı olmuşdur. çünki onlar bir daha Azərbaycan elminin, mədəniyyətinin, musiqisinin necə yüksək bir səviyyədə inkişaf etdiyinin şahidi olmuşlar. Bu, bizi olduqca sevindirir”.
Elmi biliklərə yiyələnməyin vacibliyini diqqətə çatdıran N.Paşayeva vurğulayıb ki, Şərq ədəbiyyatını, eləcə də ərəb ədəbiyyatını tədqiq etmək, öyrənmək olduqca çətin, amma şərəfli bir işdir: “Bu elmi araşdırmalara fransalı alimlər 150 il vaxt sərf etmişlər. Bütün bunlar göstərir ki, Şərq ədəbiyyatını tədqiq etmək heç də asan məsələ deyildir. Bu, xüsusi istedad tələb edir. Biz çalışmalıyıq ki, bu sahənin güclü tədqiqatçıları yetişsin”.
Müsabiqə qaliblərini bir daha təbrik edən alim onlara yeni-yeni uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

