/ / Dağlıq Qarabağ münaqişəsi təkcə region ölkələri deyil, həm də beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır
Dağlıq Qarabağ münaqişəsi təkcə region ölkələri deyil, həm də beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır
13.10.2010 [09:28]
“Dövlətlərarası münasibətlərdə yeni sistemə keçid bəşəriyyət qarşısında mürəkkəb strateji məsələlər qoyub”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş Birinci Beynəlxalq Görüşündə “Beynəlxalq münaqişələrə çevrilə biləcək beynəlxalq təhlükəsizliyə təhdid və çağırışların dəyərləndirilməsi” mövzusunda çıxışı zamanı deyib. Ramiz Mehdiyev bildirib ki, XXI əsrin əvvəlləri beynəlxalq münaqişəyə çevrilə biləcək ümumi təhlükəsizliyə qarşı keçmiş təhlükə və çağırışların aktuallaşması və yeni təhdid və çağırışların meydana çıxması ilə yadda qalıb: “Təcavüzkar separatçılıq, transmilli terrorçuluq və silahlı münaqişələr təhlükəli gücə çevrilib, buna qarşı bütün beynəlxalq ictimaiyyətin öz aktiv səylərini birləşdirməsi, müasir təhdidlərin qarşısının alınması və aradan qaldırılması probleminə yeni strateji yanaşmanın formalaşdırılması tələb olunur. Qeyd olunan şərtlər kontekstində Qafqaz-Xəzər regionunun geosiyasi statusu da dəyişib, burada gənc müstəqil dövlətlərin öz inkişaf modellərini seçməsi üçün yeni perspektivlər yaranıb”.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bu gün Cənubi Qafqazda təhlükəsizlik və stabilliyə təhlükə yaradan faktorların əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair sazişin mövcud olmaması dayanır: “Hansı ki, bu münaqişə təkcə region ölkələri deyil, həm də beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır. Məhz buna görə də regionda stabillik və təhlükəsizlik bu münaqişənin qısa zamanda ədalətli həllindən və gələcəkdə yeni münaqişələrin baş verməsinin qarşısını alacaq effektli mexanizmin yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu isə öz növbəsində ümumi beynəlxalq təhlükəsizliyinin ayrılmaz hissəsi olan Cənubi Qafqazın regional təhlükəsizlik sisteminin yeni arxitekturasının formalaşdırılması prosesini sürətləndirməyə imkan yaradacaq”.
Ramiz Mehdiyev bildirib ki, Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət sülh yolu ilə inkişafa və sosial-siyasi stabilliyin qorunmasına istiqamətlənib: “Bu kursun reallaşması yalnız müəyyən xarici və daxili şərtlərdən asılıdır, çünki Azərbaycanın təhlükəsizliyinin dünyadakı durumdan, iri dövlətlərin maraqlarından və onların regionda siyasi, iqtisadi, hərbi, ekoloji və digər problemlərin həllinə yanaşmasından asılı olduğu aydındır. Hazırkı regional geosiyasi situasiyanın bütün mürəkkəbliyinə baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlamağa can atır, stabillik, təhlükəsizlik və iqtisadi inkişaf üçün şərait yaratmağa tərəfdar çıxır, regional və dünya dövlətləri ilə daimi əlaqələr saxlayır. Başqa sözlə desək, Azərbaycan öz təhlükəsizlik paradiqmasını, beynəlxalq və regional təhlükəsizlik sistemlərində ölkənin milli maraqlarına uyğun gələn etibarlı nöqtə tapmağa çalışır”.
Ramiz Mehdiyev bildirib ki, Ermənistanın öz ərazisini Azərbaycan torpaqların hesabına genişləndirmək cəhdləri nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aləmdə mövcud olan ən “yaşlı” gərginlik ocaqlarındandır: “Buna görə də, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması beynəlxalq birliyin gündəmində mühüm yerlərdən birini tutmalıdır. Azərbaycan rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların azad olunması məsələsini erməni əhalinin təhlükəsizliyinin təminatı və nəqliyyat kommunikasiyalarının açılması, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi ilə əlaqələndirməyə, yekun statusun nizamlanmanın ikinci mərhələsində müzakirə etməyə hazırdır. Azərbaycan erməni əhalisinin təhlükəsiz yaşayışı üçün şərait yaratmağa qadirdir. 200 mindən artıq azərbaycanlını yurd-yuvasından qovan Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsi istisna olmaqla, digər bölgələrində 20 mindən artıq erməni yaşayır, erməni dilində televiziya verilişləri yayımlanır, erməni dilində informasiya agentliyi fəaliyyət göstərir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir. ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İslam Konfransı Təşkilatı kimi beynəlxalq strukturlar hesab edir ki, işğal olunmuş torpaqlar dərhal boşaldılmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, azərbaycanlı və erməni icması sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamalıdır. Hesab edirik ki, erməni tərəfi uydurma iddialar irəli sürmək yolu ilə problemin həllini uzatmaq taktikasından imtina edib, konstruktiv yanaşma nümayiş etdirərsə, münaqişənin nizamlanmasına dair danışıqlar prosesindən nəzərəçarpacaq dəyişikliklər gözləmək olar. Rəsmi İrəvan öz təcavüzkar siyasətində inadkarlığı dayandırmalı və dərk etməlidir ki, münaqişənin tezliklə nizamlanması və regionda stabilliyin bərqərar olması Ermənistanın özünün də maraqlarına cavab verir”.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, beynəlxalq təşkilatların münaqişəni sülh yolu ilə nizamlamağa qabil olmaması regional və ümumavropa təhlükəsizliyinin konfiqurasiyasını kövrək və ümidsiz edir ki, bu da öz növbəsində ağır nəticələrə səbəb ola bilər: “Azərbaycanın Dağlıq Qarabağ regionunda silahlı münaqişənin həll olunmamış qalması bu gün də genişmiqyaslı regional əməkdaşlıq üçün maneə olaraq qalmaqdadır. Bu, Avropanın və qlobal enerji təhlükəsizliyinin təminatına yönəlmiş perspektivli transmilli layihələrə ciddi zərər vura bilər”.
Ramiz Mehdiyevin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, münaqişələrin süni şəkildə dondurulması bir qayda olaraq arzu olunan nəticəni vermir: “Bundan başqa, münaqişə zonasında “nə sülh, nə müharibə” vəziyyətinin uzun müddət davam etməsi regional və ümumavropa təhlükəsizlik sistemi üçün ciddi təhdiddir, çünki terror təşkilatları, cinayətkar qruplaşmalar işğal altında olan və nəzarətdən kənar qalmış ərazilərdə sığınacaq tapır, öz strukturlarını yaradırlar”.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanması və nizamlanma prosesinin sonsuz danışıqlar hesabına uzadılması ilə heç vaxt razılaşmayacaq: “Azərbaycanın erməni işğalı altında olan ərazilərində insanlığa qarşı törədilən cinayətlər, etnik təmizləmə siyasətinin yürüdülməsi, monoetnik mədəniyyətin yaradılması beynəlxalq hüququ kobud şəkildə pozur, mövcud işğal “status-kvo”nun möhkəmlənməsinə, ələ keçirilmiş ərazilərin süni şəkildə məskunlaşdırılmasına xidmət edir ki, bu da regionda təhlükəsizlik üçün ciddi təhlükə yaradır”.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, həmçinin, təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş Birinci Beynəlxalq Görüşündə “Transmilli cinayətkarlıq, onun ən təhlükəli növləri arasında qarşılıqlı əlaqə” mövzusunda müzakirələrdə çıxışı zamanı deyib ki, transmilli mütəşəkkil cinayətkarlığın təzahür formaları Azərbaycandan da yan keçməyib. Ramiz Mehdiyev bildirib ki, ölkənin münbit coğrafi mövqeyi, Avropa ilə Asiya arasında ticarət-nəqliyyat və kommunikasiya yollarının kəsişməsində yerləşməsi, stabil inkişaf edən müasir iqtisadiyyatı, reallaşdırdığı irimiqyaslı enerji, nəqliyyat və digər layihələr təkcə əlverişli iqtisadi mühit formalaşdırmır, həm də qanunsuz fəaliyyətini genişləndirmək, gəlirlərini artırmaq üçün istənilən imkandan istifadə edən, daim yeni marşrut və bazarlar axtaran müxtəlif növ kriminal strukturları cəlb edir: “Buna görə də, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında və Hərbi Doktrinasında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı ilə yanaşı, beynəlxalq terrorçuluq, narkotik maddələr və silah-sursatın qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və insan ticarətinin ölkənin milli təhlükəsizliyinə qarşı təhdid qismində qeyd olunması tam qanunauyğundur. Azərbaycan torpaqlarının bir hissəsinin işğalı kontekstində beynəlxalq mütəşəkkil cinayətkarlıq fəaliyyətindən qaynaqlanan təhlükələri təsadüfən sadalamadım. “Boz zonalar” adlanan ərazilərdə terrorçu qruplaşmaların müxtəlif profilli kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və ən təhlükəli tendensiyalardan biridir. Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik Azərbaycanın daha yeddi rayonu ərazisində məhz belə nəzarət olunmayan zona yaradılıb. Daxil olan operativ məlumatlar və sübuta yetirilmiş faktlar göstərir ki, bu ərazi, o cümlədən Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Bu zona milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda olduğuna görə qeyd olunan təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək mümkünsüzdür. Buna görə də, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə milli və regional təhlükəsizliyin təminatı, terrorçu fəaliyyət və digər təhlükələrin aradan qaldırılması işinin bir hissəsi kimi baxırıq”.
Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının aktiv üzvü kimi terrora qarşı mübarizədə aktiv iştirakını davam etdirir: “Son illər ərzində ölkəmizin xüsusi xidmət orqanlarının effektiv fəaliyyəti nəticəsində “Əl-Qaida”, “Hizbullah”, “Taliban” kimi terrorçu və radikal-ekstremist qruplaşmaların Azərbaycandakı özəkləri zərərsizləşdirilib. Qanunsuz dövriyyədən böyük miqdarda narkotik maddə və silah çıxarılıb. Biz qanunsuz miqrasiyanın və insan ticarətinin qarşısının alınması işində ciddi nailiyyətlər əldə etmişik. Bununla belə aydındır ki, nə qədər böyük iqtisadi, insan və digər resurslara malik olsa belə, ayrıca bir dövlətin səyləri transmilli cinayətkar təşkilatlara qarşı durmaq üçün kifayət etmir. Hesab edirəm ki, nəticə aydındır - bu sahədə beynəlxalq əməkdaşlığını daha da inkişaf etdirilməsinin alternativi yoxdur. Bu əməkdaşlıq bütün səviyyələrdə - ikitərəfli, regional və qlobal səviyyələrdə möhkəmləndirilməli, transmilli cinayətkarlığın səbəbləri, mexanizmləri və nəticələrinin analizi üçün informasiya toplanması, qarşılıqlı hüquqi yardım, aktivlərin müsadirə olunması və qaytarılması, ekstradisiya praktikası və digər sahələri əhatə etməlidir”.
Akademik Ramiz Mehdiyev, eyni zamanda, təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş Birinci Beynəlxalq Görüşündə “Qlobal informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə qarşı təhdidlər: əməkdaşlıq istiqamətləri” mövzusunda çıxışı zamanı söyləyib ki, qlobal inteqrasiya və texnologiya müxtəlifliyi prosesləri informasiya-kommunikasiya nailiyyətlərinin intensiv yayılması üçün əsas yaradıb, informasiya cəmiyyətinin formalaşdırılmasının əsasını qoyub. Ramiz Mehdiyev bildirib ki, informasiya mühiti milli təhlükəsizlik arxitekturasının siyasi, iqtisadi, müdafiə və digər tərkib hissələrinə aktiv təsir göstərir: “Lakin formalaşan informasiya cəmiyyəti özü ilə yeni təhdidlər də yaradır. Buna görə də dövlətin milli təhlükəsizlik konsepsiyasının reallaşdırılması dünyadakı yeni situasiyanı nəzərə almadan mümkün deyil. Bu gün beynəlxalq münasibətlərin istisnasız olaraq bütün subyektləri informasiya təhlükəsizliyinin təhdid obyektinə çevrilib. Kibercinayətkarlığa qarşı zəruri və adekvat müdafiənin olmaması ölkənin idarəetmə mexanizmini iflic vəziyyətinə sala və düzəldilməsi mümkün olmayan nəticələrə, insan və maliyyə itkilərinə səbəb ola bilər. Beynəlxalq institutlar intellektual mülkiyyətin internet şəbəkəsi vasitəsilə oğurlanması nəticəsində özəl sektora dəyən zərərin bir trilyon dollara çatdığını bildirir”.
Ramiz Mehdiyev Azərbaycanın informasiya texnologiyalarının inkişafına böyük diqqət ayırdığını bildirib: “Prezident İlham Əliyev bu sahəni ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqaməti elan edib. Azərbaycan inkişaf etmiş ölkələrin İT sahəsində təcrübəsini aktiv şəkildə öyrənir və müasir texnologiyalar dövlətin bütün sferalarında aktiv qaydada tətbiq olunur”.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan informasiya təhlükəsizliyinə təhdidlərə dair beynəlxalq gündəmi diqqətlə izləyir: “Dərk edirik ki, Azərbaycan da dünya birliyinin digər üzvləri kimi, ölkənin informasiya-kommunikasiya məkanına xarici müdaxilələrdən sığortalanmayıb. Məsələn, 2010-cu ildə çoxlu sayda bank kartının nömrə və parollarını ələ keçirməyə müvəffəq olmuş və kart sahiblərinin hesablarından pul çıxarmış beynəlxalq mütəşəkkil qruplaşma zərərsizləşdirilib. Həmçinin milli aviaşirkətin biletlərin elektron satışı sisteminə xarici müdaxilə və qanunsuz bilet almaq kimi hal da qeydə alınıb. Azərbaycan daim kiberhücumların obyektinə çevrilib. 2010-cu ildə qarşısı alınan hücumların statistikası göstərir ki, bu hücumların coğrafiyası genişdir. Son altı ayda Azərbaycana qarşı kiberhücumların 30 faizi çin, 25 faizi Ermənistan, 15 faizi ABŞ, 10 faizi Rusiya, 20 faizi isə digər ölkələrin ərazisindən edilib”.
Ramiz Mehdiyev Azərbaycanın tez-tez açıq informasiya təxribatları ilə üzləşdiyini vurğulayıb: “ümumdünya şəbəkəsində separatçı fəaliyyətə çağırışlar müşahidə olunur, ölkənin ərazi bütövlüyü şübhə altına alınır, dövlətin ictimai-siyasi xadimləri təhqir obyektinə çevrilir. Qeyd etmək lazımdır ki, bu cür fəaliyyət növü daha çox Azərbaycanla müharibə vəziyyətində olan qonşu Ermənistanın informasiya strukturları tərəfindən həyata keçirilir. “İnformasiya silahı”nın istifadəsinə dair qeyd olunan misallardan başqa, Azərbaycanın informasiya resurslarına ardıcıl haker hücumları da həyata keçirilir. Bu hücumlar xüsusilə 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlı əhalinin kütləvi şəkildə öldürülməsi kimi faciəvi tarixin ildönümündə gerçəkləşdirilir. Təəssüf olsun ki, bəzən təxribat xarakterli hücumlar Azərbaycanın dinc qonşuluq münasibətləri olan dövlətlərdəki informasiya resursları tərəfindən də həyata keçirilir”.
Ramiz Mehdiyev bildirib ki, hər bir dövlətin qlobal şəbəkədəki milli seqmentə görə məsuliyyət daşımasının vaxtı çatıb: “Artıq hər bir dövlətin qlobal şəbəkədə milli seqmentə görə məsuliyyəti öz üzərinə götürməsinin və milli informasiya məkanındakı internet resurslarının mahiyyətinə diqqətlə yanaşmasının vaxtı çatıb. Bu ideyanı inkişaf etdirdikcə, terrorçu, ekstremist və separatçı yönümlü saytların fəaliyyətinin dayandırılması prosesinə başlamaq üçün vahid standartların işlənib hazırlanması mümkündür”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

