Nehammerin Moskva səfəri son “xəbərdarlıq” idi
13.04.2022 [09:53]
Rusiyanı daha sərt təzyiqlər gözləyir
P. İSMAYILOV
Moskvada Avstriyanın Federal Kansleri Karl Nehammer ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı danışıqlar gözləniləndən daha sərt keçdi. Fevralın 24-dən etibarən Avropa ölkələrindən Moskvaya gələn ilk hökumət başçısı kimi “tarixə düşən” federal kanslerlə Rusiya prezidentinin görüşü qapalı formatda keçirilib - dövlət başçıları hətta tərcüməçilərin və müşavirlərin iştirakını belə lazım bilməyiblər. Görüşsonrası təəssüratlar isə müxtəlifdir. Rusiya Nehammerin “işarəsini” anlayıb - Ukraynada münaqişə davam etdikcə Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar nəinki qüvvədə qalacaq, hətta daha da sərt xarakter alacaq. Kreml ən azı yeni sanksiyalara hazır olmalıdır.
“Stəkanda fırtına” qopacaqmı?
Nehammer Moskvaya yol almazdan öncə ziyarət etdiyi Kiyevdə və Buçada maraqlı açıqlamalar vermişdi. Hökumət başçısı bu səfərin Moskva ilə Kiyev arasında dialoqun inkişaf etdirilməsi məqsədi daşıdığını bildirmişdi. Bir məqama xüsusi toxunaq ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə başlayandan rəsmi Vyana özünün hərbi neytrallığını dəfələrlə vurğulasa da, əxlaqi, siyasi və diplomatik sahədə məsələyə biganə qalmayacağını bəyan etmişdi. Bu nöqteyi-nəzərdən Nehammerin hər iki paytaxta səfərinin münaqişənin tənzimləyəcəyi faktora çevriləcəyi gözlənilirdi.
Təəssüf ki, gözləntilər özünü doğrultmadı. İkitərəfli qapalı görüşdən sonra mətbuata açıqlama verən Avstriya kansleri deyib ki, səfər dostluq səfəri olmayıb. O, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib. “Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər fırtınaya işarə edir”, - o deyib. Avstriya kansleri əmindir ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır. Kansler qeyd edib ki, görüş zamanı onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın təqsirkar olmasında təkid edib.
Avropa İttifaqının “elçisi” statusu ilə Moskvaya gedən avstriyalı kanslerin bu fikirləri iki dövlət arasındakı münaqişənin miqyasının böyümə imkanlarını özündə əks etdirir - artıq Qərbin münaqişəyə “müdaxiləsi” beynəlxalq hüququn təmini tezisinə söykənəcək. Buça faciəsi anti-Rusiya koalisiyası üçün həm də bir siyasi fürsət yaradıb. Nehammerin səfəri isə bəlkə də Rusiyaya son “xəbərdarlıq” idi.
Anti-Rusiya koalisiyası sıxlaşır, mərkəzçilərin liberal mövqeyi dəyişir
Avstriya kanslerinin Moskva səfəri öncəsi səsləndirdiyi “dialoq arzusu” da baş tutmadı. Putin Nehammerin ifadə etdiyi fikirlərə reaksiya verməyib. Daha doğrusu, Rusiya lideri Ukrayna prezidenti ilə təkbətək danışıq aparmaq fikrindən uzaqdır. “Ona bunu da dedim ki, prezident Zelenski danışıqlar aparmaq üçün onunla birbaşa əlaqə qurmaq istəyir. Lakin buna ciddi reaksiya verilmədi”, - Nehammer Moskvada Putinlə danışıqlardan sonra avstriyalı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Prosesin bu istiqamətdə inkişafı bəzi nüansların da üzərinə işıq salır. Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalara “ürəklə hə deməyən” Almaniya və Avstriya Zelenski-Putin görüşü vasitəsilə gərginliyi azaltmaq niyyətində idi. Səfər öncəsi Almaniya hökuməti belə dialoqun qurulacağından əminliyini ifadə etmişdi. Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofman bildirmişdi ki, kansler Nehammer Moskva səfəri ilə bağlı kansler Şolsu məlumatlandırıb: “Biz Avstriya kanslerinin Putinlə birbaşa əlaqə yaratmaq təşəbbüsünü alqışlayırıq”.
Amma proses fərqli istiqamətdə inkişaf etməkdədir. Rusiyaya münasibətdə daha liberal olan “mərkəzçi avropalılar” radikal “anqlo-sakson ittifaqına” uduzur. Bu isə Rusiyaya qarşı koalisiyanın sıralarını daha da sıxlaşdıracaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

