Liderin sözü
14.04.2022 [10:00]
Etibarlı və təkzibedilməzdir!
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev nümunəvi lider və müasir, peşəkar siyasətçi, təcrübəli dövlət xadimi kimi ictimai münasibətlərə xüsusi önəm verir. O, cəmiyyətə açıqdır, jurnalistlərin dostu kimi mediaya diqqət və qayğı göstərir, qələm adamlarına etibar edir, onların fəaliyyətinə dəyər verir və jurnalistləri özünün köməkçisi adlandırır: “...Jurnalistlər, bəlkə də, özləri də bilmədən mənim köməkçilərimdir”.
Dövlət başçısı daim mətbuatdan informasiya aldığını söyləyir. Jurnalistlər üçün isə, şübhəsiz ki, O, inam - güvən ünvanı kimi ən etibarlı mənbədir. KİV nümayəndələri dəfələrlə ifadə ediblər ki, mətbuat dövlət qurumlarından ala bilmədiyi vacib informasiyaları - zəruri məlumatları Prezidentdən alır. Çünki dövlət başçısı daim çıxışlarında, müsahibələrində, müraciətlərində ictimaiyyət üçün maraqlı və önəmli olduğu qədər, həm də zəruri məsələlərə aydınlıq gətirir. Beləliklə, suallar cavabını tapmış olur.
Müşahidə edirik: bəzən ictimai, iqtisadi, siyasi və hərbi-strateji məsələlərlə əlaqədar sosial şəbəkələrdə hansısa şayiələr yayılır, sonra dezinformasiyaya çevrilərək saytları “bəzəyir”. Bu, daha çox iki səbəbdən qaynaqlanır: aidiyyəti dövlət qurumlarının məsələyə vaxtında aydınlıq gətirməmələri; verdikləri məlumatların məsələnin mahiyyətini tam əks etdirməməsi. Üçüncü amil də var, əslində. Qurumların yaydıqları və media resurslarının, o cümlədən çap mətbuatının da həvəslə dərc etdiyi press-relizlərin mövzunu aydınlaşdırmaq əvəzinə, situasiyanı mürəkkəbləşdirməsi, suala cavab vermək yerinə, yeni suallar yaratmasıdır. Belə olan halda, informasiya məkanında boşluq, ictimai rəydə isə qeyri-müəyyənlik yaranır.
Dövlət başçısının 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəkı çıxışı da bu baxımdan əlamətdar və diqqətçəkəndir. İlham Əliyev mühüm məqamlara toxunmaqla, vacib mesajlar ifadə etməklə yanaşı, media üçün yeni məlumatlar verdi, ekspertlərə isə yeni müzakirə istiqamətləri göstərdi. Məsələn, son zamanlar ictimai rəydə Fərrux dağında nəzarətin təmin olunmasının strateji əhəmiyyətindən bəhs olunsa da, iki hal nəzərə çarpırdı: birincisi, spekulyasiyalara yer verilirdi - bəzi şəxslər Fərrux dağında Azərbaycanın mövqelərinin dəyişdiyini - geri çəkildiyini iddia edirdilər; ikincisi isə, ekspertlər Fərrux zirvəsinin Azərbaycan üçün hansı strateji əhəmiyyətə malik olduğunu ətraflı şərh etmirdilər (edə bilmirdilər). Prezident İlham Əliyevin bir neçə cümləsi isə məsələyə nöqtə qoydu. Həm yeni məlumat olaraq, həm də fərqli yanaşma kimi: “... Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var”.
Azərbaycan Prezidenti diplomatik arenada olduğu kimi, informasiya müstəvisində də zaman və məkan amillərinin vəhdətini təmin edir. Yəni O, nəyi, nə vaxt və necə edəcəyini yaxşı bildiyi kimi... hansı sözü nə vaxt və hansı formada deyəcəyini də hamıdan yaxşı bilir. Bu, 44 günlük müharibə dövründə Azərbaycanın hərb meydanında olduğu kimi, informasiya cəbhəsində də mütləq üstünlüyünü və qələbəsini təmin edən amil oldu. Dövlət başçısı həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu media orqanlarına müsahibələri, həm də xalqa müraciətləri ilə reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Onun səsləndirdiyi fikirlər həm xalqın ruh yüksəkliyini artırdı, həm milli həmrəyliyin güclənməsini təmin etdi, həm də media orqanlarımız üçün “yol xəritəsi” oldu. Bu müddət ərzində dünya mətbuatında İlham Əliyevin xalqa müraciətləri və müsahibələrində əksini tapmış fikirlərinə istinad olunmaqla Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxsaylı informasiyanın və analitik materialların dərc olunması isə ölkəmizə böyük üstünlük qazandırdı, erməni yalanları və dezinformasiyalar zərərsizləşdirildi. Postmüharibə dövründə də Azərbaycan Prezidentinin hər çıxışı, müsahibəsi, hər sözü və cümləsi sərrast atış kimi strateji hədəfi vurur, Azərbaycanın beynəlxalq ictimai rəydə mövqelərinin daha da möhkəmlənməsini təmin edir.
Beləliklə, İlham Əliyevin sözü Azərbaycanın imzasıdır. Eyni zamanda, etibarlı və təkzibedilməzdir!
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

