Prezidentdən müjdə...
14.04.2022 [10:07]
Böyük Qayıdışa start verildi
Bu il Ağalı kəndinin sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlar...
Nicat DİLQƏMLİ
44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə yüksək səviyyəli abadlıq-quruculuq işlərinə, Böyük Qayıdışın reallaşdırılmasına hesablanmış tədbirlərə başlanılıb. Görülən işlər, qısa zaman kəsiyində əldə olunan nailiyyətlər dünya dövlətlərinin də diqqətini özünə cəlb etdi. Beləliklə, bu gün böyük nüfuza sahib olan beynəlxalq şirkətlər dövlət tərəfindən həyata keçirilməkdə olan bu işlərə qatılmaq, investisiya yatırımı etmək üçün sanki bir növ rəqabətə giriblər. Bu, Azərbaycanın sabit, dayanıqlı, gələcək potensialı çox yüksək olan ölkə olduğunu bir daha sübut edir.
Quruculuq işlərində diqqət yetirməli məsələlərdən biri də həmin ərazilərdə minatəmizləmə işlərinin sürətləndirilməsi, təhlükəsizliyin tam şəkildə bərpa edilməsidir. Minatəmizləmə işinin azad edilmiş ərazilərimizdə uzun sürən bir proses olduğunu Prezident İlham Əliyev srağagün keçirilən müşavirədə bildirib və vurğulayıb ki, bu məsələ həll olunmadan vətəndaşlarımız o ərazilərdə yerləşə bilməzlər. Elə bu səbəbdən də minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub. Hazırda yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır. Minatəmizləmə, abadlıq-quruculuq işlərinin hansı ağır şəraitdə həyata keçirildiyini anlamaq üçün yalnız Qafqazın Herosimasını - Ağdamı nümunə gətirmək kifayət edir.
Dövlətimizin başçısı da hər zaman çıxışlarında Böyük Qayıdışın prioritet istiqamət olduğunu vurğulayır. 44 günlük müharibə dövründə işğaldan azad edilmiş ərazilər haqqında xalqına mütəmadi olaraq məlumatlar verən Ali Baş Komandanın deyəcəyi hər bir cümlə bu gün də vətəndaşlarımız tərəfindən diqqətlə, böyük maraqla gözlənilir. Ölkə başçısı isə ənənəni davam etdirir - xalqına müjdəli xəbərlər verir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirənin sonunda söylədiyi yekun nitqində də Ali Baş Komandan Ağalı kəndinin sakinlərinin bu il öz dədə-baba yurdlarına qayıdacaqları müjdəsini verdi: “Digər layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.
Bununla da sözün bütün mənalarında Qarabağa hər gün bir addım daha atır, Böyük Qayıdışı yaxınlaşdırırıq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

