Şuşa azad olunanda heç belə sevinməmişdi...
15.04.2022 [10:11]
Gah sorosçu, gah donosçu
Nurlan QƏLƏNDƏRLİ
O, bir daha etnik mənsubiyyətinə görə azərbaycanlı, siyasi dünyagörüşünə və əqidəsinə görə qeyri-azərbaycanlı olduğunu nümayiş etdirir. 30 ilə yaxındır ki, siyasətdə özünə yer tapa bilməyən, son zamanlar isə “müxalifətçilik ştatı”nı istismar etməklə qrant və qonorar hesabına onlayn siyasi teatr tamaşaları təşkil edən Ə.Kərimli bu dəfə ABŞ Dövlət Departamentinin qərəzli, subyektiv - reallığını əks etdirməyən hesabatını əldə bayraq edərək anti-Azərbaycan təbliğatı aparır. İlk dəfə deyil və son(uncu) olmayacaq. Bundan öncə də donoslar yazdığı - ötürdüyü “Freedom House”, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatların sənədlərinə istinad edərək Azərbaycan dövlətini tənqid, simpatiya bəslədiyi Ermənistanı, empatiya qurduğu Paşinyanı tərif yağışına tutmuşdu. Təəccüblü deyil!
O, bu dəfə Dövlət Departamentinin Azərbaycana qarşı absurd ittihamlarını yaxasında mikrofonla virtual küçələrdə, özü də desibel rekordunu təzələyəcək səs tonu ilə (bağıra-bağıra) təkrarlayır. Sevincinin həddi-hüdudu yoxdur. Və sosial şəbəkələrdə bir rəy nəzərimizə çarpır: “Əli Kərimli Şuşa azad olunanda heç belə sevinməmişdi”.
Trajikomik mənzərədir və həm gülüş, həm də ikrah doğurur. Məsələn, təhqir və böhtana yol verən bəzi şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasını - qanun qarşısında cavab vermələrini hüquq pozuntusu kimi təqdim edir. Bəli, özünü “siyasətçi” adlandırdığı halda, siyasətin “s” hərfindən xəbəri olmadığı kimi, ixtisasca hüquqşünas olsa da, qanunun deyil, qanunsuzluğun müdafiəçisidir. Digər tərəfdən, keçmiş səfir Riçard Kozlariçin “Azərbaycana qarşı sanksiyalar” çağırışını fərəh və məmnuniyyət hissi ilə təkrarlayır. Amma Kərimlinin 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, xalqımıza qarşı müxtəlif cinayətlər, o cümlədən soyqırımı törətmiş Ermənistana qarşı sanksiya tələbi və çağırışı ilə çıxış etdiyini xatırlamırıq. Heç xatırlamayacağıq da!
Digər məqam: sosial şəbəkələrin Ermənistan bölməsində bəzi səhifələr məhz bu hesabata istinadla Azərbaycana qarşı tənqidlər (hətta təhqirlər) tirajladığı şəraitdə Əli Kərimlinin də bu “siyasi xor”a qoşulması təsadüfidirmi? Əslində, özünü “siyasətçi” adlandıran (elə adlandırmayan da) belə bir vəziyyətdə və şəraitdə ölkəsini - dövlətini müdafiə etməlidir.
Əlbəttə, böyük və ya kiçik, real, yaxud virtual olmasından asılı olmayaraq, siyasətdə heç nə təsadüfi deyil. Elə siyasətçi olmasa da, siyasi fiqur olan Əli Kərimlinin və əqidədaşlarının (düşərgədaşlarının) hərəkətləri kimi. “Mətbuat katibi” adı altında Əli Kərimlinin mirzəliyini edən Seymur Həzinin bu hesabat hazırlanmamışdan bir müddət əvvəl ABŞ səfirliyində zühur etməsi, sənədin yayılmasından sonra erməni lobbisinin nümayəndələri ilə yanaşı, AXCP sədrinin də feysbukda Azərbaycanı hədəfə alan paylaşımlar etməsi (o cümlədən ermənipərəst təşkilatlardan nə alsa, qənimət hesab edən Q.Zahidin proqramında çıxış etməsi) siyasi kampaniyanın tərkib hissəsidir. Daha bir məqam odur ki, bəhs olunan hesabatda elə bundan əvvəl Əli Kərimlinin, Gültəkin Hacıbəylinin, Qənimət Zahidin, Cəmil Həsənlinin Azərbaycan dövlətinə qarşı səsləndirdikləri cəfəng iddia və ittihamlar yer alıb. Bu da təsadüfdür?!
Təbii ki, xeyr. Nə Seymur Həzinin ABŞ səfirliyinə getməsi, nə Əli Kərimli və kiçik ətrafının anti-Azərbaycan təbliğatı təsadüfi deyil. Görünən odur ki, hesabatda yer alan məqamlar Əli Kərimli və onun kimilərin donos materiallarıdır. Bəli, onlar yazırlar - Azərbaycan əleyhinə. Qrant almağın, siyasətdə qalmağın (halbuki çoxdan siyasi arenadan tozlu arxivə yollanıblar) yolunu bunda görürlər. Özlərini müxtəlif formada təqdim edirlər, önəmli görünmək və ya sadəcə görünmək üçün - gah sorosçu, gah donosçu kimi, ya da başqa qiyafədə. Amma hansı cildə girməsindən, hansı obrazı yaratmaq istəməsindən asılı olmayaraq, saxtakarlıq unudulmur, xəyanət isə bağışlanmır: nə tarixdə, nə siyasətdə, nə xalq, nə də dövlət tərəfindən!
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

