“Soyuq qitə”: Çıxış yolunun əvvəli
15.04.2022 [10:33]
Şimal qonşumuzun Arktika ilə planları nə qədər realdır?
Pərviz SADAYOĞLU
Rusiyaya qarşı tətbiq olunan iqtisadi, siyasi sanksiyalar defoltu reallaşdırdı. Rəsmi Kreml xarici borclarını xarici valyuta ilə ödəmək iqtidarında deyil. Sənayeləşmiş qərbi Rusiya çökmüş vəziyyətdədir. Rusiya Federasiya şurasının spikeri Matviyenko bu ağır durumu özü etiraf edir. Sanksiyaların təsirini azaltmaq üçün yerli istehsalı genişləndirməyin zəruriliyinə dair müzakirələrdə çıxış edən dövlət rəsmisi bildirib ki, hətta mismarı belə xaricdən idxal edirlər.
Göründüyü kimi, Rusiyanın Avropa hissəsi həm iqtisadi, həm də təhlükəsizlik baxımından “qara zolaq”a daxil olduqca, Asiya və şimal zonaları daha cəlbedici hal alır. Bir müddət öncə paytaxtı belə Şərqə köçürməyi müzakirə edən Rusiya rəhbərliyi çıxış yolunu indi də “soyuq qitə”də axtarır.
“Soyuq qitə”yə tuşlanan isti ümidlər
Rusiya prezidenti Vladimir Putin Rusiyanın inkişafının qarşısını almaq cəhdlərinə cavab olaraq Arktikada cari və gələcək vəzifələrin sürətini maksimum dərəcədə artırmağı qarşısına “məqsəd qoyub”. Siyasi ekspertlərin fikrincə isə bu, həm maliyyə məsələləri, həm də Moskvanın sanksiyalarla bağlı əvəzedici tapa bilmədiyi texnologiyalardan asılılığı ucbatından çətinliklər yarada bilər. Beynəlxalq gərginlik şəraitində Rusiyanın Arktika ümidlərinin necə olacağını fikirləşmək olduqca çətindir. Amma Putin bu məsələdə inadından əl çəkmir. O, keçirdiyi müşavirədə qeyd edib ki, yüz minlərlə vətəndaş Arktika ərazilərində yaşayır və işləyir. Prezident qeyd edib ki, ölkəsinin milli təhlükəsizliyinin demək olar ki, bütün sahələri - ekoloji, resurs, hərbi-siyasi, texnoloji” sahələri Arktikada cəmləşib. “Bu gün sanksiyaların təzyiqini nəzərə alaraq, regionla bağlı bütün layihə və planlara xüsusi diqqət yetirmək, onları təxirə salmamaq lazımdır”.
Putin bu açıqlaması ilə Qərbin müharibənin hələ illərlə davam edəcəyi “proqnozunu” da təsdiqləyir. Ən azından, iqtisadi sanksiyaların aradan qaldırılacağı tarix çox uzaqdır və Rusiya rəhbərliyi gələcək vəzifələrin sürətini mümkün qədər artırmaqla kompensasiya əldə etməyə nail olmaq istəyir. Bu baxımdan, Arktika diqqət mərkəzinə düşüb. Rusiyanın Baş nazirinin müavini Yuri Trutnevin qeyd etdiyi kimi, Arktikada dövlət dəstəyi ilə 460-dan çox layihə həyata keçirilir, sazişlər üzrə investisiyaların həcmi 1,3 trilyon rublu ötür. Yeni dönəmdə Arktikaya ayrılacaq diqqətin sərhədləri isə çox genişdir: uşaq bağçaları, məktəblər, xəstəxanalar, feldşer-mama məntəqələri. Dövlət Proqramında, milli layihələrdə nəzərdə tutulan ən xırda detal belə gözdən qaçmamalıdır.
Şərqi Rusiya həm də yeni ixrac dəhlizinə malikdir. Əgər investisiyalar şərqə yol alacaqsa, ticarətin nisbəti şərqdə daha ağır olacaqsa, vacib marşrut xətti kimi Baykal-Amur magistral xətti (BAM) və Trans-Sibir dəmir yolu (Transsib) bütün gücü ilə bunun öhdəsindən gələ bilər. V.Putin hökuməti yüklərin etibarlı və təhlükəsiz daşınmasını təmin etmək üçün Şimal Dəniz Marşrutunun 2035-ci ilə qədər inkişafı üzrə ümumiləşdirilmiş planın təsdiq edilməsinə də çağırıb.
Arktika layihələri sönəcək...
Bu baş verəcəkmi? Rusiyanın inkişaf tərəzisinin Şərq gözünü daha da ağırlaşdırmaq üçün atılan addımların effektivliyi bir az şübhə doğurur. Səbəblər çoxdur. Düzdür, yeni ticarət tərəfdaşları baxımından Şərq cəlbedici görünə bilər. Amma investisiya yatırımı üçün Rusiyanın “soyuq qütbünü” əlverişli saymaq olmaz. Coğrafi şəraiti, kadr çatışmazlığı, daha real olsaq, inkişaf fərqli bütün komponentlərdə özünü göstərir. Arktikaya ayrılacaq investisiya, görüləcək işlər gələcək üçün yatırım sayıla bilər. İndiki məqamda sanksiyalardan yaxa qurtarmaq üçün Şərq əlverişli “cəbhə” deyil. Və oraya investisiya yatıracaq tərəfdaş tapmaq olduqca çətindir. Rusiyanın tanınmış siyasətçisi Oleq Barabanov da bildirib ki, Arktikanın inkişafında, Şimal dəniz marşrutu boyunca Arktikada nəqliyyat strukturunun saxlanmasında Rusiya öz gücünə arxalanmalıdır. “Məsələ bunun üçün kifayət qədər pulun və Arktikada ölkənin demək olar ki, bütün sənayesinin sıfırdan yüksəldilməsi üçün lazımi şəraitin olub-olmayacağındadır. Burada Arktikanın inkişafı məsələləri arxa plana keçə bilər. İnanıram ki, Arktika layihələri sönəcək, çünki bu, əsas maliyyə prioriteti deyil”, - deyə Barabanov bildirib.
Valday Klubunun proqram direktoru Timofey Bordaçev isə hesab edir ki, çətinliklər yalnız o mərhələdə üzə çıxacaq ki, Rusiyaya indi əvəzed?ci tapa bilmədiyi yüksək texnologiyalar lazım olacaq. Bu ərazilərə isə Rusiya hətta çinliləri belə alternativ tərəfdaş kimi dəvət etməyə hazır deyil.
Göründüyü kimi, Rusiyanın planlaşdırdığı “Qərbdən Şərqə” iqtisadi inteqrasiya planları pozitivlik vəd etmir. Kremlin “soyuq qitədə” axtardığı çıxış yolları qar altında itir...
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

