Ermənistan KTMT-dən çıxır?
16.04.2022 [10:47]
Rəsmi İrəvan keçmiş müttəfiqdən uzaqlaşmaq yolunu axtarır
Nicat DİLQƏMLİ
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin ardından öz məğlubiyyətinə “səbəb axtaran” Ermənistanın hədəflərindən biri müttəfiqi Rusiya və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) oldu. Ermənistan müxalifətinin qərbyönümlü qolu, hətta Rusiya ilə əlaqələrin tam kəsilməsi ilə bağlı mitinqlər belə keçirdi. Sonradan proses zəifləsə də, son günlər yenidən bunun alovlandığını müşahidə etmək mümkündür. Rusiyanın Ukrayna ilə hərbi qarşıdurması, KTMT-nin öz aktuallığını itirməyə başlaması və ən əsası Ermənistan deputatlarının Azərbaycan sərhədindən Qarabağa buraxılmaması anti-Kreml çağırışlarını yenidən yüksəldib. Görünən budur ki, Ermənistan ictimaiyyəti də artıq müxalifətin bu arzularını dəstəkləməyə başlayıb. Hətta bəzi maraqlı dairələr müxtəlif strukturlar vasitəsilə ictimai rəyi Qərbin maraqlarına uyğun formalaşdırmağa çalışır.
Aparılan araşdırmaların nəticəsi də deyilənləri təsdiq edir. Bununla bağlı SOCIES Ekspert Mərkəzi Ermənistanda sorğu keçirib. Mərkəzin keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Erməni ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-yə səs verib.
Hazırkı geosiyasi vəziyyətdə Ermənistanın KTMT-dən çıxması, dolayısı ilə Rusiyaya arxa çevirməsi nə dərəcədə real görünür?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Ermənistan KTMT-ni tərk etməyəcək: “Çünki KTMT faktiki olaraq Rusiyanın partonajlığı altında yaranan və fəaliyyət göstərən qurumdur. KTMT-dən çıxmaq üçün də Rusiyanın razılığı alınmalıdır. Kremldən icazəsiz bunu etmək qeyri-mümkündür”.
Politoloq Ermənistanın hazırda KTMT ilə bağlı bəzi “planlar” müəyyənləşdirdiyini düşünür. Onun fikrincə, Ermənistan KTMT ilə yenə də alver etmək niyyətindədir. “Əsasən Ermənistanın qərbyönümlü müxalifətinin arzusu kimi meydana çıxan bu iddialar bəzi məqamlarda dövlət üçün də əlverişlidir. Düzdür, bu kimi hallar o qədər aşağı səviyyəli hərəkətlərdir ki, heç kim buna fikir vermir. Və rəsmi səviyyədə də heç kim məsələ qaldırmayıb. Bəllidir ki, hansısa siyasi dairənin nümayəndələri bu mövzu ilə siyasi spekulyasiya aparmaq istəyir. Rusiya özü də bu kimi iddiaları ciddi qəbul etmir. Nəzərə alınmalıdır ki, KTMT Ermənistanın Azərbaycana təsir göstərməsi üçün bir alət idi. Bunu hamı çox gözəl anlayır. Lakin hazırda nə KTMT, nə də digər amillər Azərbaycana təsir göstərmək gücündə deyil. Ən əsası isə yüksək səviyyəli Rusiya-Azərbaycan münasibətləri elə statusdadır ki, Ermənistan bu xətlə də hər hansı bir təsir imkanı qazanmaq iqtidarında deyil”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

