Anti-NATO koalisiyası yaradılır?
16.04.2022 [11:13]
M.ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsi uzandıqca ortaya yeni təfərrüatlar və versiyalar çıxır. Bunlardan biri də Şimali Atlantika Alyansına (NATO) qarşı koalisiyanın formalaşdırılması ilə bağlıdır. Belə bir iddianın ortaya çıxması heç də təsadüfi deyil. Məsələ burasındadır ki, ABŞ başda olmaqla, əksər NATO dövlətləri müharibə tərəflərindən birinə - Ukraynaya qarşı hücuma keçən və burada bir sıra yaşayış məntəqələrində ciddi dağıntılar törədən Rusiyaya qarşı vahid koalisiyada birləşiblər. Əslində, müharibənin başlamasına rəvac verən amillərdən biri də NATO-nun genişlənmə siyasəti oldu. Rusiya Alyansın nüfuz dairəsini onun sərhədlərinə doğru genişləndirmək istiqamətindəki səylərini qəbul etmədi.
Müharibə başlayandan sonra isə ABŞ və Avropa dövlətləri Rusiyaya qarşı, necə deyərlər, ikinci cəbhə açıblar. “Qoca qitə”dən Ukraynaya dəstəyin miqyası kifayət qədər əhatəlidir və getdikcə daha da genişlənir. İndiyədək buradan Rusiyaya qarşı beş mərhələdə sərt sanksiyalar gəlib. Hədəf şimal qonşumuzun iqtisadi-maliyyə sistemini tamam çökdürməkdən və bu imkanlarını məhdudlaşdırmaqdan ibarətdir. Son günlərdə isə artıq NATO dövlətlərinin açıq şəkildə müharibə tərəfinə çevrildiyi müşahidə edilir. Belə ki, sözügedən ölkələr Ukraynaya silah tədarükünü artırıblar. Həm də Ukraynaya ötürülən hərbi texnika yalnız müdafiə xarakterli silahlar deyil. NATO ölkələrinin yüksəksəviyyəli rəsmilərindən ard-arda Ukraynaya hücum və yaxud daha dağıdıcı silahların verilməsinin zəruriliyini əsaslandıran açıqlamalar gəlməkdədir. Məhz NATO ölkələrindən tədarük olunan müasir silahlar sayəsində Ukrayna Rusiya qoşunlarına qarşı ciddi müqaviməti təşkil etməyə, hətta bir sıra yaşayış məntəqələrini geri qaytarmağa müvəffəq olub. Bu günlərdə isə sosial şəbəkələrdə NATO-nun hərbi karvanının Ukrayna ərazisinə keçdiyini əks etdirən videomaterial paylaşılıb. Həmçinin NATO-nun təlimçi kimi fəaliyyət göstərən bir qrup zabiti Mariupolda mühasirəyə düşdü və döyüş bölgəsindən çıxmaq üçün Rusiya hərbçilərindən humanitar dəhliz istədi.
Alyansın Ukraynaya belə açıq dəstəyinin müqabilində Rusiya tərəfində anti-NATO koalisiyasının formalaşdırılması barədə fikirlər müzakirə mövzusuna çevrilib. Bu barədə Rusiya dövlət dumasının deputatı Mixail Şeremet danışıb. O, beynəlxalq anti-NATO koalisiyasının yaradılmasının nəhayət zamanının yetişdiyini bildirib. Deputat vurğulayıb ki, Şimali Atlantika Alyansı bütün hədləri aşıb, qurum Rusiyaya hücum üçün Ukraynada platsdarm hazırlamağa çalışır. M.Şeremetin ehtimallarına görə, təklif olunan yeni koalisiyaya KTMT-nin sıralarında yer alan ölkələr (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan ) qoşula bilərlər. O əlavə edib ki, Hindistanın və Çinin də anti-NATO koalisiyasına qoşulmaları yaxşı olardı.
Rusiyada anti-NATO koalisiyasının yaradılması ideyasının yenidən gündəmə gətirilməsinə səbəb olan başqa amillər də var. Məlumata görə, Finlandiyanın da NATO-ya üzvlüyə qəbul olunması müzakirə mövzusudur. Bəs bu dəfə necə, Rusiya əzəli rəqibinin onun digər istiqamətdən sərhədlərinə yaxınlaşmasına seyirçi qalacaqmı?
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

