Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev: Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi çox əhəmiyyətli idi və bu, baş verdi

İlham Əliyev: Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi çox əhəmiyyətli idi və bu, baş verdi

29.04.2022 [10:47]

Qarşımızda duran ən mühüm məsələlərdən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da gücləndirmək, regionla bağlı strategiyamızı və vizyonumuzu təqdim etməkdən ibarət idi. Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi də çox əhəmiyyətli idi və bu da baş verdi.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”.

Paylaş:
Baxılıb: 1296 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30