Rəsmi Bakı prezidentlər arasında bəyannamə imzalanmasını mühüm hadisə hesab edir
30.10.2010 [12:06]
Rəsmi Bakı hesab edir ki, Ermənistan ATƏT-in Astanada keçiriləcək sammitinə qədər müəyyən addımlar atmalıdır. “Düşünürəm ki, bütün bu danışıqlar prosesi, həmsədrlərin də orada iştirakı, Rusiya prezidenti Dmitri Medvedevin fəal iştirakı elə bir situasiya yaradır ki, Ermənistan tərəfi öz mövqeyini bir daha götür-qoy edib, konstruktiv mövqe tutmaq üçün addımlar atmaq məcburiyyətində qalacaq, çünki qarşıdan ATƏT-in sammiti gəlir, o sammitə qədər müəyyən addımlar atılmalıdır”. Bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Həştərxanda keçirdikləri görüşü şərh edən Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Qeyd edək ki, ATƏT sammiti dekabrın 1-2-də Astanada keçiriləcək. Sammitdə təşkilata 56 üzv ölkənin, 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də, 68 beynəlxalq təşkilatın rəhbəri iştirak edəcək. N.Məmmədov bildirib ki, Həştərxanda danışıqlar prosesində hər üç prezident xarici işlər nazirlərinə ATƏT sammitinə qədər müəyyən addımlar atıb, danışıqları davam etdirib, sammitə hər hansı bir məqamla gəlib-çıxmaları ilə bağlı tapşırıq verib. “Xarici işlər nazirlərinə tapşırıqlar verilib ki, danışıqlar aparsınlar, əllərindən gələni etsinlər ki, ora hər hansı bir nəticə ilə gəlib-çıxmaq mümkün olsun. Amma bu, mümkün olacaq, ya olmayacaq, demək çətindir. Ermənistan tərəfi hələ də özünün qeyri-konstruktiv mövqeyində israrla qalır. Burada təəssüf doğuran bircə məqam var. Rusiya prezidenti və xarici işlər naziri bu məsələdə çox fəaldırlar və bunu da dəyərləndirmək, qiymətləndirmək lazımdır. Amma ABŞ-la Fransa tərəfi, çox təəssüflər olsun, belə fəallıq göstərmirlər. Baxmayaraq ki, onlar Həştərxanda olan görüşlərin nəticələrini bəyənirlər” - deyə, Novruz Məmmədov əlavə edib. PA rəsmisi Həştərxan görüşünü son 1 ildən artıq müddətdə Rusiya Federasiyası Prezidentinin xüsusi, çox fəal iştirakı ilə təşkil olunmuş görüşlərin növbəti bir prosesi adlandırıb. “Həştərxan görüşü də Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən təşkil olunub. Məqsəd də budur ki, mürəkkəb, çətin danışıqlar prosesində irəliyə bir addım atılsın. üç prezidentin bir yerə gəlməsi adi hadisə deyil və hamı bilir ki, Azərbaycan Prezidenti bu münaqişənin həlli ilə bağlı gedən danışıqlar prosesində irəliyə addım atılması üçün hər bir şeyi edir”, - deyə N.Məmmədov qeyd edib. O, prezidentlərin hərbi əsirlərin və həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı razılaşmanı mühüm hadisə hesab edir. “Bu, bir tərəfdən, prezidentlər arasında ən kiçik səviyyədə olsa da, anlaşmanın mümkün olduğunu, bir-birlərinə qarşı inam, etimad tədbirlərinin baş tutduğunu və bu istiqamətdə işləməyin mümkün olduğunu bir daha göstərir. Həm də bizim Milli Qəhrəmanımız Mübariz İbrahimovun cəsədinin alınması məsələsi də mühüm hadisədir” - deyə PA rəsmisi əlavə edib.
Xatırladaq ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünün yekunu olaraq Bəyannamə imzalanıb və həmin sənəd hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur, humanitar xarakter daşıyır. Rusiya prezidenti Dmitri Medvedevin sözlərinə görə, xüsusi Bəyannamə etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəldilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni, Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58

