/ / Ermənilər öz qonşularına qarşı ərazi iddialarını əsaslandırmaq üçün faktlarla heç bir əlaqəsi olmayan saxtalaşdırılmış tarix icad ediblər
Ermənilər öz qonşularına qarşı ərazi iddialarını əsaslandırmaq üçün faktlarla heç bir əlaqəsi olmayan saxtalaşdırılmış tarix icad ediblər
02.11.2010 [09:29]
Bu gün Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın rəhbərliyində olan cinayətkar qruplaşma tarixi torpaqlarımızda törətdiyi terrorizm əməllərilə bir daha özünün təcavüzkar təbiətini nümayiş etdirir. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması ilə bağlı faktların, dəllilərin ortaya qoyulmasına, dünya ictimaiyyətinin Sarkisyan rejiminin həm qonşu dövlətlərə, həm də öz xalqına qarşı həyata keçirdiyi terror siyasəti barədə kifayət qədər məlumat əldə etməsinə baxmayaraq, hələ də konkret addımlar atılmır. Bunun əksinə olaraq, Sarkisyan rejimi müxtəlif vasitələrdən istifadə etməklə, tarixi saxtalaşdırmağa və terrorçu əməllərinə haqq qazandırmağa çalışır. Ermənistan prezidenti Serj Sarkisyan görüşlərdə erməni diasporunu təmsil edən jurnalistlərə tarixi faktları tanınmaz dərəcədə təhrif etməyi, onu məqsədə müvafiq istiqamətə yönəltməyi, elmi mənbələri nəzərə almamağı və özünün təklif etdiyi mif və fərziyyələrə əsaslanmağı tövsiyə edir. Amma ermənilərin ortaya qoyduqları psevdofikirlərin kökü, əsası olmadığı üçün onlar ayaq tutub yerimirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Bakinskiy raboçiy” qəzetinin 29 oktyabr tarixli nömrəsində dərc edilmiş “Gorus-2010: absurd teatr mövsümü” məqaləsində də yarımçıq təfəkkürlü Ermənistan hakimiyyəti rəhbərlərinin tarixi saxtalaşdırmaqla bağlı cəhdlərini elmi dəlillər və faktlarla alt-üst edir.
Akademik məqaləsində yazır ki, Ermənistan rəhbərləri üçüncü reyx liderlərinin siyasətinə uyğun olaraq öz xalqlarını fəlakətə doğru istiqamətləndirir, tarixin acı dərslərindən nəticə çıxarmırlar. Ermənistan rəhbərliyi və sadə ermənilər fikirləşməlidirlər ki, “Krunk” və “Qarabağ” komitələrinin psevdovətənpərvərləri öz xalqlarını mənasız avantüraya sövq etməsəydilər, Cənubi Qafqaz bu gün necə ola bilərdi. Mənasız müharibə, minlərlə məhv edilmiş insan həyatı, milyonlarla qaçqın, dağıntı, minalanmış ərazilər və sosial xərclər əvəzinə hərbi xərclərdən başqa ermənilər heç nə əldə etmədilər.
Məqalədə göstərilir ki, ABŞ-da həbs edilmiş əslən Ermənistandan olan böyük cinayətkar qrup yaşlıları və yoxsulları qarət edərək oğurladıqları pulları seçki kompaniyasına dəstək pərdəsi altında korrupsiyalaşmış konqresmenlərin, senatorların satın alınmasına yönəltmiş, onların dili ilə Azərbaycan və regionda baş verən proseslər haqqında görünməmiş yalanlar yaymış və qara təbliğat aparmışlar. Bu kriminal şəbəkənin bir ucu Ermənistanın ali rəhbərliyinə kimi uzanmışdır: “Qonşu ölkəyə qarşı təcavüz etməklə, onun ərazisini işğala məruz qoymaqla, etnik təmizləmə həyata keçirməklə, şəhər və kəndləri vəhşicəsinə dağıtmaqla Ermənistan, əslində, qalib gəlməmiş və məğlub olmuşdur. Diplomatik sahədə Ermənistan birmənalı şəkildə tam məğlubiyyətə doğru gedir”.
Akademik tam haqlı olaraq, qeyd edir ki, Ermənistan bu gün tam təcrid olunmuşdur, nəqliyyat yolları və enerji ötürücülərindən kənarda qalmışdır. Bu ölkənin dənizə çıxışı yoxdur, sərhədlərinin böyük hissəsi qapalıdır. Ermənistanda əhalinin sayı durmadan azalır, ermənilər digər ölkələrə üz tuturlar: “Bütün böyük müəssisələr artıq dövlətə məxsus deyil və dövlət borcunu ödəmək üçün satılmışlar. Ermənistan öz sərhədlərini müstəqil şəkildə qorumaq imkanına malik deyil. Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi gücünün artması fonunda, Ermənistan bütün üzvləri Azərbaycanla dost olan hərbi blokun arxasında gizlənməyə çalışır”.
Akademik Ramiz Mehdiyev məlum məqaləsində, həmçinin, ermənilərin torpaq iddiaları ilə bağlı məqamlara da toxunaraq, təcavüzkar dövlətin tarixi saxtalaşdırmaq cəhdlərinə faktlarla sarsıdıcı zərbə vurur və onları alt-üst edir: “Ermənilər öz qonşularına qarşı ərazi iddialarını əsaslandırmaq üçün faktlarla heç bir əlaqəsi olmayan saxtalaşdırılmış tarix icad etmişlər. Başa düşəndə ki, müasir dünyada ərazi mübahisələri dar orta əsr təfəkkürü ilə deyil, beynəlxalq hüquq əsasında həll olunur, ermənilər öz ərazi iddialarını beynəlxalq qanunvericilikdə mövcud olan xalqların öz müqəddəratını təyin etmə hüququ ilə əlaqələndirməyə cəhd göstərmişlər. Ermənilərin arqument bazası olduqca zəifdir, çünki tarixi müstəvidə, o, uydurmalara, saxtakarlığa və qeyri-elmi nəticələrə, hüquqi müstəvidə isə beynəlxalq hüququn müddəalarının özünəməxsus şərhinə əsaslanır. Ermənilər Azərbaycan ərazisi olan İrəvan xanlığında yüzlərlə toponimi dəyişdirmək və erməniləşdirməklə bu ərazilərdə yaşayan türklərin izini tarixdən silməyə çalışmışlar. Elmi rəvayətə tabe etdirmək və xarici siyasət məqsədlərinə xidmətə yönəltmək cəhdləri ilə erməni tarixçiləri ağlasığmazlığın bütün sərhədlərini aşmışdır. Erməni kilsəsi həmişə Azərbaycanın xristian abidələrini saxtalaşdırmağa çalışmış, alban əlyazmalarının və epiqrafiyasının məhv edilməsi bu siyasətin bir hissəsi olmuşdur. Erməni tədqiqatçıları tarixi abidələri bərpa etmək adı altında onların saxtalaşdırılması ilə məşğul olmuş və hazırda Azərbaycanın işğal altında olan ərazilərində bu qeyri-qanuni fəaliyyəti davam etdirirlər. Mövcud olan bütün mənbələrdə, o cümlədən Osmanlı arxivlərində Qarabağ erməniləri haqqında heç nə deyilmir və bütün sənədlər ermənilərin Qarabağa XVII-XIX əsrlərdə köçürüldüyünü sübut edir. 1828-ci ildə Rusiya imperatoru I Nikolay tərəfindən İrəvan və Naxçıvan xanlıqları ləğv edilmiş, həmin ərazilərdə Erməni vilayəti yaradılmışdır. 1918-ci ildə müstəqilliyini elan etmiş ermənilərin siyasi mərkəzi olmamış və qədim Azərbaycan şəhəri olan İrəvan böyük dövlətlərin təzyiqi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ermənistana verilmişdir. Həmin vaxt 9,5 min kv/km ərazisi olan Ermənistan dövlətinin hazırda ərazisinin 29 min kv/km təşkil etməsi nəyin hesabına mümkün olmuşdur?”.
Məqalədə, eyni zamanda, vurğulanır ki, Sumqayıt, Gəncə və Bakı hadisələri haqqında ağzıdolusu danışan ermənilər Qafan, Mehri, Əskəran, Qukarkdakı hadisələr zamanı azərbaycanlıların qətlə yetirilməsini xatırlamamağa çalışır, Sumqayıt hadisələri zamanı ermənilərin öz soydaşlarını qətlə yetirmələri barədə susurlar. Ermənistanın siyasi tarixi onu deməyə əsas verir ki, siyasətçilərin və ideoloqların səyi nəticəsində ermənilərin şüuru azərbaycanlılara və türklərə qarşı nifrətlə doldurulub. Ermənistan rəhbərləri başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri beynəlxalq hüquq əsasında həll olunur və tarixin saxtalaşdırılması, abidələrin dağıdılması digər ölkələrin ərazilərinin işğalına əsas ola bilməz.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

