AXCP sədrinin yalançı qəhrəmanlığı
03.11.2010 [09:33]
Noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Bundan əvvəl olduğu kimi, budəfəki seçkilərə də istər ölkə daxilində, istərsə xaricdə böyük maraq var. Bu da səbəbsiz deyil. çünki hər kəs təbliğat-təşviqat kampaniyasının gedişində millət vəkilliyinə namizədlərin seçki platformaları, seçici ilə canlı ünsiyyəti, həmçinin, yazılı və elektron KİV-də çıxışı zamanı sərgilədiyi davranış tərzini yaxından izləyir. Bu proses zamanı seçicilər kifayət qədər ağıllı, reallıqlara əsaslanan fikirlərlə yanaşı, qeyri-adi gedişlərin, reallıqdan uzaq fikirlərin, “maraqlı açıqlamaların” da şahidi olur.
Məsələn, hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədləri keçirilən görüşlərdə və televiziya ilə çıxışlarında platformalarını, təmsil etdikləri siyasi qurumun seçki proqramını, qanunvericiliklərlə bağlı təkliflərini əsaslandırılmış və kifayət qədər təmkinli şəkildə seçicilərə çatdırırlar. Təəssüf ki, bu sözləri müxalifət düşərgəsindən olan namizədlər haqqında demək mümkün deyil. Bunun da əsas səbəbi müxalifətin öz təfəkkür, davranış və hadisələr baxış tərzini dəyişə bilməməsidir. Məhz bunun nəticəsidir ki, ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də müxalifət düşərgəsinin təmsilçiləri öz konsepsiyasızlığını, proqramsızlığını yalnız iqtidara qarşı böhtan, şər, yalan kampaniyası aparmaqla, həmçinin, əxlaqdan kənar ifadələrlə konpensasiya etməyə çalışır.
AXCP-Müsavatın seçki nağılları insanları sadəcə yorub
Məsələn, iki gün öncə keçirdiyi görüşdə özünə və əxlaqına uyğun fikirləri ilə yenidən gündəmə gəlməyə çalışan AXCP sədri Əli Kərimli kimi. öncə onu qeyd edək ki, Azərbaycan üçün xeyirli olacaq hər hansı iş görəcəyi barədə deyil, “yatıb yuxuda gördükləri” haqqında seçicilərə nağıl danışan Kərimliyə bir müddət öncə ermənilərlə qardaşlıq müqaviləsi imzalayan müttəfiqi İsa Qəmbər də “dəstək” olub. İ.Qəmbər deyib ki, hakimiyyəti xalqa bağışlamaq istəyir. Amma o, unundur ki, bu gün Azərbaycanda bərqərar olan hakimiyyət elə xalqın iradəsinə uyğun olaraq formalaşan hakimiyyətdir. Hansı ki, 1993-cü ildə respublikamız məhz İsa Qəmbərlərin, Əli Kərimlilərin ucbatından müstəqilliyini itirmək üzrə idi. Həmin günlər İsa Qəmbərin yadından çıxıbmı? Unudubmu ki, hərəsi başına bir dəstə qulduru toplayıb gecələr küçələrdə insanları soyurdular? Axı, onların səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması ucbatından ölkə etnik separatçıların girovuna çevrilmişdi, Azərbaycan bir dövlət kimi yox olmaq təhlükəsi ilə baş-başa qalmışdı. Bu qüvvələr yenidən Azərbaycandakı sabitliyi pozmaq, ölkəni vətəndaş savaşı meydanına çevirmək üçünmü hakimiyyətə yiyələnmək istəyirlər? Görəsən, o zamanlar İsa Qəmbərə deyilən “əlin xalqın qanına batıb” ifadəsini Müsavat başqanı niyə unudub? Bəlkə də unutmadığı üçün yenidən əli xalqımızın qanına batanlarla qardaşlıq müqaviləsi bağlayır.
Qısası, görünür, əslində, İsa Qəmbər və Əli Kərimlinin timsalında müxalifət hakimiyyəti xalqdan almaq, hansısa maraqlı güclərin girovuna çevirmək arzusu ilə yaşayır...
Əli Kərimlinin ucuz qəhrəmanlıq sevdası
Əli Kərimli iddia edir ki, vaxtı ilə başında 90 nəfər Laçına, Qubadlıya gedib. Və o, bunu az qala qəhrəmanlıq kimi təqdim etməyə çalışır. Bəli, ola bilsin ki, Əli Kərimli doğrudan da Laçına, yaxud da Qubadlıya gedib. Amma, onun bu gedişinin heç bir qəhrəmanlıqla bağlı olmadığı hər kəsə bəllidir. Kim bilir bəlkə də, o vaxtlar başı dostları ilə birgə ölkəni talamağa qarışan Əli Kərimli turist səfərini “cəbhə bölgəsinə səfər” qismində təqdim etməyə çalışır.
İkinci, bu gün Qarabağ məsələsi sanki biriləri üçün özünü reklam amilinə çevrilib. ölkə üçün hər hansı xeyirli bir iş görməyə qadir olmayan bəziləri çətinə düşən kimi özlərini Qarabağ savaşçısı kimi qələmə verməyə çalışırlar. Görünür, onlar düşünürlər ki, bununla xalqın rəğbətini qazanacaqlar. Lakin Əli Kərimli və onun kimi özlərini Qarabağ savaşçısı qismində təqdim etməyə çalışanlar bir şeyi unudurlar. Unudurlar ki, xalq kimin gerçək qəhrəman, kimin yalançı qəhrəman olduğunu yaxşı bilir. Eyni zamanda, Qarabağ savaşçısı olmaq üçün insanda gərək şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi iradə, cəsarət, Azərbaycana sevgi, düşməni məhv etməyə qadir hisslər ola. Bu keyfiyyətlərin heç biri isə nə Əli Kərimlidə, nə də onun müttəfiqlərində yoxdur.
Nəhayət, Azərbaycan xalqının yaxşı bir məsəli var. Deyir, “dostunu göstər sənin kim olduğunu deyim”. Yəni, bəlkə də hər zaman ermənilərlə işbirliyində olan (Ruslan Bəşirli kimi yetirmələri vasitəsilə) Ə.Kərimli o zaman da hansısa bir satqınlıq üçün bu rayonlara səfər edibmiş...
O ki, qaldı, 90-cı illərdə hazırkı dövlət başçısı İlham Əliyevin Azərbaycanda olmaması məsələsinə, Əli Kərimli bu yalanları ilə də özünü gülünc vəziyyətə salır. çünki bütün dünya bilir ki, Əli Kərimli və həmin vaxt hakimiyyətdə olanlar Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtmasının qarşısını almaq üçün nə qədər “əziyyət” çəkirdi. Həmin qüvvələr çox gözəl dərk edirdilər ki, Heydər Əliyevin Azərbaycana qayıdışı onların özbaşınalıqlarının, ölkəni talamalarının sonu deməkdir. Onlar dərk edirdilər ki, xalq Heydər Əliyevin ətrafında birləşərək bu yalançı avantüristləri siyasi səhnədən qovmaq üçün an gözləyir. Onlar bunu da yaxşı bilirdilər ki, silah, bandit dəstələri hesabına qoruduqları hakimiyyətləri çürük dayaq üzərindədir. Bunun üçün də hər vasitə ilə ümummilli liderimizin dönüşünün qarşısını almağa çalışırdılar. Digər tərəfdən, Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev öz həyatını təhlükə altına ataraq 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı imperiyanın paytaxtında Azərbaycanın haqq səsini ucaltdılar. Həmin vaxt Heydər Əliyev və ailəsinin həyatı tam təhlükə altında idi. Amma Əli Kərimlinin həmin vaxt harada gizləndiyi kimsəyə məlum deyil. Bu gün əsassız açıqlamaları ilə yenidən gündəmi zəbt etməyə çalışan Əli Kəirmli niyə demir ki, Ulu öndər Heydər Əliyevə Bakıya gəlməməsi üçün nə qədər təzyiqlər edilmişdi, hətta həyatına sui-qəsd cəhdləri olunmuşdu? Əli Kərimli niyə demir ki, onların taladığı, iqtisadi-siyasi sonunu yetişdirdikləri Azərbaycan məhz əsası Ulu öndər tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qurtuldu, inkişaf yoluna qədəm qoydu. Əli Kərimli və İsa Qəmbər niyə unudurlar ki, onların özünün fiziki mövcudluğu təhlükə altında olanda, qiyamçı polkovnik onları məhşər ayağına çəkməyə gələndə həyatlarını Ulu öndər Heydər Əliyev qurtardı. Siz bu can borcunuzu ödədinizmi? Əsla ödəyə bilməzsiniz. İndi sizlər bunu xatırlamasanız da, Azərbaycan xalqı yaxşı xatırlayır.
Əli Kərimli özü-özünü təkzib edir
Əli Kərimli məlum çıxışında onu da iddia edib ki, guya Azərbaycan müxalifəti böyük qüvvədir. Əslində, bununla o, növbəti dəfə özünü ifşa və təkzib edir. Axı, cəmi bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Əli Kərimli özü etiraf etmişdi ki, müxalifət cəmisi 40 faiz seçki dairələrində təmsil olunmaq iqtidarındadır. Budurmu onların gücü? Millət vəkilliyinə namizədliyin qeydə alınması üçün 450 imzanı doğru-düzgün toplaya bilməyənlər hansı qüvvədən dəm vurur görəsən?
Nəhayət, Əli Kərimli bu gün xalqdan dayaq istəyir. Maraqlıdır, görəsən, seçkilərdə özünü pərçim etdiyi beynəlxalq güclər, pul verən “Sem dayı”ları Əli Kərimlidən üzmü çeviriblər? Axı AXCP sədri adətən beynəlxalq güclərin süfrəsindən qidalanmağı sevərdi, xalqın iradəsini hesaba almazdı. Siyasi karyerası boyunca xalqının maraqlarını hər zaman heçə sayan, dövlətini hər an satmağa hazır olan birisinin xalqdan dayaq istəməsi nə qədər gülünc və qeyri səmimi səslənir. Əlbəttə ki, xalq Əli Kərimlinin, İsa Qəmbərin kim olduqlarını və onların bu dövlətin başına hansı oyunları açdıqlarını çox yaxşı bilir. Bu səbəbdən də, əl açıb xalqdan dayaq dilənən belələrinin əli hər zaman boş qalır...
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59

