Türkiyə-İsrail münasibətlərinin yeni fazası
24.05.2022 [10:23]
Nicat PAŞA
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü İsrailə səfər etməyi planlaşdırır. Bu səfər son 15 ildə türkiyəli XİN rəhbərinin İsrailə ilk səfəri olacaq. Siyasi şərhçilər bu səfəri olduqca yüksək dəyərləndirirlər və səfərin bölgənin siyasi-iqtisadi inkişafına da əsaslı təsir göstərəcəyi qənaətindədirlər. Belə ki, İsrail ilə Türkiyə arasında münasibətlərin bərpası geniş coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. Qeyd edilməlidir ki, bu ilin fevralından intensivləşən qarşılıqlı səfərlər region üçün yeni perspektivlər vəd edir. Xatırladaq ki, bu ilin fevralında Türkiyə nümayəndə heyəti İsrailə səfər etmişdi. Mart ayında isə İsrail prezidenti İsaak Hersoqun Türkiyəyə 15 illik fasilədən sonra səfəri reallaşmışdı. Yeni mərhələdə bu səfərlər iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasında mühüm rol oynamaqla yanaşı, bütövlükdə bölgədə təhlükəsizliyin və əməkdaşlığın genişlənməsinə də təsir göstərəcək.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, regionda yaranan yeni reallıqlar qlobal iqtisadi - siyasi mənzərəyə də mühüm çalarlar əlavə etməkdədir. Azərbaycanın yaxın tərəfdaşı olan Türkiyə ilə İsrail arasında münasibətlərin genişlənməsi bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Nəzərə alsaq ki, İsrail də Azərbaycanın mühüm tərəfdaşlarından sayılır, ölkələr arasındakı qarşılıqlı səfərlər olduqca böyük maraqla izlənir: “İki ay öncə İsrail prezidenti İsaak Hersoq 15 illik fasilədən sonra Türkiyəyə səfər etmişdi. Bu tarixi səfər Türkiyə-İsrail münasibətlərində yeni bir dönüş nöqtəsi hesab olunur. Hər iki dövlətin başçısı ikitərəfli əlaqələrin inkişafında ortaq maraqlara əsaslanan siyasi dialoqun canlandırılmasını əsas məqam kimi diqqətə çatdırmışdılar. Türkiyə-İsrail əlaqələrinin inkişafı və güclənməsi regional sabitlik və sülh üçün böyük əhəmiyyət daşıyır. Hər iki dövlət enerji təhlükəsizliyi ilə bağlı layihələrdə əməkdaşlığa hazır olduğunu deyir. Bəlli olduğu kimi, Türkiyənin belə layihələri həyata keçirmək üçün təcrübəsi və imkanları var. İsrail bu təcrübədən və imkanlardan yararlana bilər”.
Millət vəkilinin fikrincə, bu iki dövlət arasında vaxtilə yaşanan problemlərin həlli üçün də dialoq mühitinin formalaşdırılması əsas şərtdir. Bu mənada, Çavuşoğlunun İsrail səfəri olduqca əhəmiyyətlidir. Hazırda qlobal siyasətdə olduqca ciddi proseslər getməkdədir. Hətta yeni dünya nizamının formalaşması aktuallıq kəsb edir. “Türkiyə xarici işlər naziri səfər çərçivəsində israilli həmkarı ilə də görüşəcək. İnanıram ki, bu görüş bölgədə sülhün və əməkdaşlığın inkişafına böyük töhfələr vəd edir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə bizə dost ölkədir. Onların arasında isti münasibətlərin formalaşması regional əməkdaşlığın inkişafına töhfə verəcək. Qarşıdakı dövrdə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gələcək. Ümumilikdə, prosesi müsbət dəyərləndirirəm. Fikrimcə, regionun aparıcı dövlətlərindən olan İsrail ilə Türkiyə arasında bu cür qarşılıqlı səfərlərin intensivləşməsi bölgədə bütövlükdə ümumi vəziyyətə çox müsbət təsir göstərəcək”, - deyən R.Həsən əlavə edib ki, müasir çağırışlar çoxtərəfli və çoxşaxəli əməkdaşlıqların inkişafını tələb edir. Onun sözlərinə görə, səfər çərçivəsində bu istiqamətdə imkanlar araşdırılacaq. Eyni zamanda, mövcud siyasi-hərbi gərginliklər də müzakirə obyekti ola bilər. Çünki bölgədə sabitliyin bərqərar olması həm Türkiyənin, həm də İsrailin maraqları ilə uzlaşır.
Xəbər lenti
Hamısına baxDünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59

