Azərbaycanda növbəti demokratiya zəfəri...
08.11.2010 [09:41]
İyirmi üç gün davam etmiş təbliğat-təşviqat kampaniyasından sonra nəhayət dünən Azərbaycan xalqı növbəti 5 il ərzində onları parlamentdə layiqli şəkildə təmsil edəcək millət vəkillərini seçdi.
Bütövlükdə demək olar ki, bu dəfəki seçki prosesi də şəffaf və ədalətli keçdi.
Qeyd edək ki, hələ ötən müddət ərzində seçki qanunvericiliyi təkmilləşdirilmiş, seçki prosesinin tam şəffaf keçirilməsi üçün bütün texniki tədbirlər həyata keçirilmişdi. Bu isə öz növbəsində seçicilərin siyasi prosesdə olan aktivliyini və seçkilərə olan marağını daha da artırmışdı. Məhz bu maraq, aktivlik budəfəki siyasi kampaniyada da özünü qabarıq şəkildə büruzə verdi.
“Yeni Azərbaycan” qəzeti olaraq, Nizami rayonunda yerləşən 24 saylı birinci və 25 saylı ikinci seçki dairələrinin məntəqələrində bu prosesi daha yaxından müşahidə etdik.
Apardığımız müşahidələr zamanı gördük ki, seçkilərdə rayon əhalisi yüksək aktivlik nümayiş etdirərək layiq bildikləri namizədlərə səs verirdilər.
Müşahidə apardığımız seçki məntəqələrinin çoxunda seçicilərin yüksək aktivliyinin və əhval-ruhiyyəsinin şahidi olduq. Seçki məntəqələrində seçicilərin müstəqil şəkildə səs vermələrinə, müşahidəçilərin isə monitorinq aparmalarına yüksək səviyyədə şərait yaradılmışdı. Səsvermə prosesi zamanı isə heç bir qanun pozuntusu baş vermədi. Bu məntəqələrdə seçki prosesini izləyən müşahidəçilər də etiraf edirdilər ki, seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb və səsvermə şəffaf, maneəsiz şəkildə keçirilir.
Seçkilərdə ən vacib olan mütəşəkkillik, yüksək əhval-ruhiyyə və siyasi mədəniyyət də sezilirdi. Seçkiləri beynəlxalq standartlara uyğun şəkildə keçirmək üçün bütün lazımi tədbirlər görülmüşdü. Veb-kameraların işlədiyi seçki məntəqələri də var idi. Barmaqlar yoxlanılırdı, seçici siyahısında dəqiqləşmələr aparılırdı və s.
Əlbəttə ki, Nizami rayonundakı müşahidələrimizə əsasən, bu dəfəki seçkiləri də demokratiya bayramı, demokratiya zəfəri adlandırmaq olar. çünki, bu atmosfer hiss edilirdi. Seçki prosesində hər hansı bir ciddi qanun pozuntusuna yol verilmir, seçicilər yüksək aktivlik nümayiş etdirir, layiq bildikləri namizədlərə səs verirdilər. Seçicilər çətinlik çəkmədən öz seçimlərini edirdilər. çünki onlar səs verəcəkləri namizədləri yaxşı tanıyırdılar.
İnsanların Yeni Azərbaycan Partiyasına olan sevgisini, inamını daha qabarıq müşahidə etdik. Düşünürük ki, bu, rayonda siyasi aktivliyin yüksək olmasına təsir edən amillərdən sayıla bilərdi. Bir sözlə, rayonda seçkilər mütəşəkkil şəkildə təşkil olunduğu kimi, gedişatı da yüksək səviyyədə oldu.
Qeyd edək ki, ümumilikdə 80 mindən artıq seçicisi olan Nizami rayonunda seçkilərin şəffaf, ədalətli və demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı.
Bütövlükdə isə, rayon üzrə parlament seçkilərində iştirak etmək üçün 11 nəfərin namizədliyi (yalnız 24 saylı Nizami birinci və 25 saylı Nizami ikinci seçki dairələri üzrə) irəli sürülüb.
Əlbəttə ki, seçki gününün mühüm sualı bu idi ki, seçicilər hansı partiyanın namizədlərini parlamentdə görmək istəyirdilər. Bu məqsədlə də Nizami rayonunun seçicilərilə görüşdük və onların fikirlərini öyrəndik. Seçicilərin fikirləri və seçimləri bir idi. Onların bəzilərini ixtisarla diqqətinizə çatdırırıq.
24 saylı Nizami birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsinin seçicisi Qərib Əliyev Yeni Azərbaycan Partiyasının namizədinə - Rövnəq Abdullayevə səs verdiyini söylədi: “Əlbəttə ki, YAP-ın namizədini, Rövnəq müəllimi rayon sakinlərinin hər biri tanıyır. Onun insanlarımız və rayonumuz üçün deputat kimi gördüyü işləri hər kəs yüksək qiymətləndirir. Ona görə də, mən Rövnəq Abdullayevə səs verdim”.
17 saylı seçki məntəqəsində səs verən Məsdurə Təhməzova da YAP-ın irəli sürdüyü namizədə səs verdiyini bildirdi: “Düşünürəm ki, tərəqqi və inkişafın nailiyyətlərini davamlı görmək istəyən hər bir kəs düzgün seçim etməklə, mənim kimi YAP-ın namizədinə səs verir. Mən şəxsən bizi parlamentdə təmsil etmək üçün Rövnəq müəllimə səs verdim”.
18 saylı seçki məntəqəsində YAP-ın namizədinə səs verən Əli Mehdiyev isə dedi ki, rayonumuzu parlamentdə təmsil etməyə layiq yalnız YAP-ın namizədləridir.
25 saylı Nizami ikinci seçki dairəsinin 27 saylı məntəqəsində səs verən Elmarə Tağıyeva da güclü dövlət, yüksək rifah naminə seçkilərə qatılmış YAP-ın namizədinə - Sədaqət Vəliyevaya səs verdiyini dedi.
28 saylı məntəqənin seçicisi Zenaida Platonova isə yaradılmış şəraitdən razılığını ifadə etdi və YAP-ın namizədinə səs verdiyini söylədi: “Namizədlər arasında yeganə qadın namizəd Sədaqət Vəliyevadır. O bizim hüquqlarımızı da layiqli şəkildə qoruya bilər. Ona görə də, yaradılmış şəraitdən razıyam və təbii ki, YAP-ın namizədinə səs verdim”.
5 saylı məntəqədə səs verən digər seçici Abdil Şahbazova da söylədi ki, Sədaqət Vəliyeva parlamentdə bizi təmsil etməyə ən layiqli namizəddir. Ona görə də, ona səs verdim.
Seçkiləri müşahidə edən müşahidəçilər də seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, sakit, şəffaf və ədalətli şəkildə getdiyini söylədilər.
Müstəqil Dövlətlər Birliyi müşahidə missiyasının rəhbəri Sergey Lebedev:
- Missiyamızın üzvlərindən daxil olan məlumatlara görə və mənim nəzərimcə, seçkilər yüksək səviyyədə təşkil olunub. Biz bir çox seçki məntəqələrində, mən şəxsən 10-dan artıq seçki məntəqəsində olmuşam. Mənim həmkarlarım da söyləyirlər ki, seçkidə qanun pozuntusu praktiki olaraq, yoxdur. Biz yerli müşahidəçilərlə də söhbətlər aparmışıq. Onların da seçki prosesində pozuntularla bağlı qeydləri yoxdur. ümumilikdə, seçkilər yüksək səviyyədə təşkil olunub. Mütəşəkillik isə lazımi səviyyədədir. Aktivlik artan tepmdə davam edir. İnsanların əhval-ruhiyyəsi də yüksəkdir. Mən bir qədər əvvəl bir seçici ilə danışdım. Yaşlı nəslin nümayəndəsi olan bu qadın dedi ki, biz seçkiləri bayram kimi qəbul edirik. Əgər insanlar seçkiləri bayram kimi qəbul edirlərsə, bu o deməkdir ki, hər şey yaxşıdır.
Türkiyə Böyük Millət Məclisinin üzvü, müşahidəçi Yılmaz Tunç:
- Səhər saatlarından etibarən, bu bölgədəki seçki məntəqələrini gəzdik, seçki dairələri, seçki məntəqələrinin sədrlərilə görüşdük. Ayrıca şəkildə müşahidəçilərlə görüşlərimiz oldu. Hər hansı bir qanun pozuntusuna rast gəlmədik. Əksinə seçkilərin necə mütəşəkkil şəkildə keçdiyini müşahidə edirik. Amma bütün bunlara baxmayaraq, biz müxalifət müşahidəçilərinin az olduğunu da görürük. Yəni, seçkilərin təşkilində çatışmazlıq bundan ibarətdir. Bunun isə konkret nədən qaynaqlandığını deyə bilmərəm. Bu, ola bilsin, müxalifətin seçkilərə maraqsız yanaşmasından irəli gəlir. Lakin bu məsələ araşdırılmalıdır.
25 saylı Nizami ikinci seçki dairəsinin 4 saylı məntəqəsinin sədri Zemfira Şixəliyeva seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini dilə gətirdi: “Gördüyünüz kimi, seçkilərin ədalətli və demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”.
Sədr seçkilərin qanun pozuntusu olmadan, sakit və şəffaf keçdiyini dedi: “Veb-kameraların quraşdırılması, barmaqların yoxlanılması və rəngsiz maye ilə boyanması, həm seçicilər, həm də bizlər üçün yaradılmış şərait seçkilərin daha demokratik şəkildə keçirilməsinə imkan verir”.
“İslahat” blokunun müşahidəçisi Məcid Abbavos dedi ki, seçkilər yaxşı təşkil olunub və normal keçir.
“Müsavat” partiyasının müşahidəçisi Sirac Cavadov da bildirdi ki, hal-hazırda seçkilər normal keçir, hər hansı bir neqativ hadisə baş verməyib.
10-a yaxın seçki məntəqəsində olduğunu söyləyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Həbibə Abdulla isə seçkilərin gedişatını normal qiymətləndirib: “Normal demək olar. Hardasa 10 seçki məntəqəsində olmuşuq və onların 3-4-də problemlər aşkarlanıb”.
“Problemlər nədən ibarətdir” sualını cavablandıran müşahidəçi dedi ki, seçki məntəqələrində müşahidəçilər uzaqda əyləşdirilir: “Bizim AXCP-Müsavat blokunun müşahidəçiləri qanun pozuntusu ilə bağlı etiraz etdikdə onlara təzyiqlər edilir”.
Konkret pozuntu faktının göstərilməsini istədikdə H.Abdulla bildirdi ki, onların Elşən adlı müşahidəçisi 25 saylı Nizami ikinci seçki dairəsinin 21 saylı məntəqəsində “ərin həyat yoldaşının əvəzinə səs verməsi” faktı ilə bağlı etiraz edərkən, xoşagəlməz hal baş verib.
Məhz, müxalifət müşahidəçisinin dilə gətirdiyi qanun pozuntusunu araşdırmaq üçün 21 saylı seçki məntəqəsinə yollandıq. Amma bu seçki məntəqəsində AXCP-Müsavat blokunun müşahidəsiçi Nəriman Məmmədov mövcud seçki mənqətəsində belə bir olayın baş vermədiyini söylədi. O, bildirdi ki, bu məntəqədə hər hansı bir qanun pozuntusu olmayıb və seçkilər normal keçir.
Sonradan məlumat aldıq ki, belə bir hal 20 saylı seçki məntəqəsində olub. Amma müşahidəçi Elşən İsmayılov məsələyə don geyindirərək, bunu siyasiləşdirməyə çalışıb. Əslində isə hadisə AXCP-Müsavat blokunun müşahidəçisi Elşən İsmayılovun beynəlxalq müşahidəçilərə yalnış məlumat verməsi zamanı baş verib. Bunun qarşısını alan məntəqə sədri, katiblər və üzvlər akt tərtib edərək qanunamüvafiq şəkildə tədbir görüblər.
Bununla yanaşı, 25 saylı Nizami ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan da digər həmkarı kimi, problemlərin mövcudluğundan danışdı: “Bizim müşahidəçilər təsbit ediblər ki, maşınlar kütləvi şəkildə insanları bu məntəqəyə gətirirlər”.
“Səsvermə necə gedir?” sualının cavabında isə Azər Ayxan dedi ki, səsvermə prosedur qaydalarına uyğun gedir. Bütövlükdə isə seçkilərin hansı səviyyədə keçməsinə qiymət verməyin tez olduğunu əsas gətirən Azər Ayxan birbaşa cavabdan yayındı.
Amma onun iddiası üzrə insanların kütləvi şəkildə maşınlarda gətirilməsi məsələsini də araşdırarkən, məlum oldu ki, belə bir hadisə olmayıb. Məntəqə sədri Rəsul Mehdixanov dedi ki, ümumiyyətlə, bu məntəqədə qeydiyyatdan kənar səs verən olmayıb: “Bir nəfər ünvanı səhv salmışdı. Onu da səs verməli olduğu məntəqəyə gördərdik. Maşınlarda insanların kütləvi şəkildə səsverməyə gətirilməsi iddiası gülüncdür”.
Müstəqil müşahidəçi Ariz Ağamalıyev bildirdi ki, elə bir hal olmayıb: “Əksinə bayaqdan bir neçə nəfər gəlib Azər Ayxanla məntəqədə nəsə danışırlar. Əslində, bu qanun pozuntusudur. Onlar ki, özlərinin qanun pozuntularını yalan məlumatlarla ört-basdır etməyə çalışırlar”.
Dairə üzrə müşahidəçi Ramiz Orucov da söylədi ki, səsvermə başlayandan Azər Ayxan müşahidəçi kimi bütün səlahiyyətləri aşaraq, qanun pozuntularına yol verib: “İçəri daxil olan seçicilərə yaxınlaşır, nəsə deyir. Onların səs verməsinə mane olur”.
Bir sözlə, Nizami rayonunda səsvermə prosesi zamanı ciddi qanun pozuntuları müşahidə edilmədi, bəzi kiçik nöqsanlar olsa da, bunlar seçkilərin nəticələrinə təsir etmir. Bununla yanaşı, həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkilərin qanuna və demokratik standartlara uyğun keçirildiyini təsdiq etdilər.
Son olaraq qeyd edək ki, Bakı və regionlarda seçkilərin qanunauyğun keçirilməsi üçün tam şərait yaradılıb, seçki komissiyalarının üzvləri yüksək peşəkarlıq nümayiş etdiriblər. Seçicilər də öz növbəsində, yaradılmış şəraitdən razılıqlarını ifadə edib, öz seçimlərini azad şəkildə həyata keçirdiklərini bildiriblər.
Beləliklə də, layiq bildikləri namizədlərə səs verən Nizami rayonunun seçiciləri Rövnəq Abdullayevi və Sədaqət Vəliyevanı parlamentə millət vəkili seçdi. İlkin nəticələrə görə, Rövnəq Abdullayev seçicilərin 85,47 faizinin, Sədaqət Vəliyeva isə 66,95 faizinin dəstəyini qazanıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxGündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47

