“Əfqandaxili barışıq” planı...
25.05.2022 [10:41]
“Taliban” mühacirləri geri qayıtmağa çağırır
Nardar BAYRAMLI
“Taliban” mühacirətdə olan Əfqanıstan siyasətçiləri və hərbçilərinin geri qayıtmaları üçün 15 maddədən ibarət qanun layihəsi hazırlayır. Əfqanıstanın Keçmiş Məmurları və Siyasətçiləri ilə bağlı Qayıdış və Əlaqələr Komissiyası əfqan siyasətçiləri və hərbçilərinin geri qayıtdıqları təqdirdə müvəqqəti yaşayış yerlərinin nəzərdən keçirilməsi və qanuni tələblərinin yerinə yetirilməsi ilə əlaqədar müddəaları özündə əks etdirən siyahısını açıqlayıb. Xarici kütləvi informasiya vasitələri xəbər verir ki, siyahını “Taliban” sözçüsünün müavini İnamullah Samanqani komissiyanın rəhbəri Şahabuddin Delavara istinadən “Twitter”də paylaşıb və o, “Əfqandaxili barışıq” planının son doqquz ayda nəzərdən keçirildiyini bildirib. Layihənin 2-ci maddəsinə uyğun olaraq, Əfqanıstanı tərk etmiş şəxslər haqqında ətraflı məlumat tərtib ediləcək. 3 və 4-cü maddələrdə qeyd olunan Komissiya Katibliyi texniki aspektlərə, habelə geri qayıdanların mühafizəsinə və müvəqqəti yaşayış yerinin təmin edilməsinə cavabdehdir.
Belə olduğu halda, həmin mühacirlərin təhlükəsizliyi həqiqətən təmin olunacaqmı? Onlar “Taliban”a inana bilərlərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, sözügedən qanun layihəsində Əfqanıstana qayıtmaq istəyən insanların müəyyən edilməsinə və həvəsləndirilməsinə ciddi diqqət yetirilib. Qeyd olunur ki, əgər onlar geri qayıtsalar, komissiya onların əmlakını, həyatını və reputasiyasını qoruyacağına söz verib. Eyni zamanda, lazım gələrsə, geri qayıdanların təhlükəsizliyi üçün mühafizəçilərlə təmin etməyə hazır olduqları bildirilir. Geri qayıdanlar üçün çətinlik yaranarsa, “Taliban” cinayətkarlara qarşı şəriət qanunları çərçivəsində ciddi tədbir görəcək.
Politoloq xatırladıb ki, bir müddət öncə Türkiyənin paytaxtı Ankarada keçirilən görüşdə 40-a yaxın nüfuzlu siyasətçi və hərbçi “Taliban”a qarşı müharibəni qanuniləşdirib: “Milli Hərəkat Partiyasının lideri, general Əbdül Rəşid Dostumun evinə toplaşanlar bəyannamə qəbul edərək, “Taliban”la danışıqların nəticəsiz qalacağı təqdirdə müharibəyə və hərbi qarşıdurmaya keçəcəkləri barədə xəbərdarlıq edib. Yəqin ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” əlavə problemlər istəmir. Əgər öz hakimiyyətini qorumaq istəyirsə, müəyyən güzəştlərə getməlidir. Bütün məsələlər silah gücü ilə həll olunmur. Əgər “Taliban”ın siyasəti ölkə əhalisi tərəfindən qəbul edilməzsə, onda bir müddət sonra əhali kütləvi etirazlara qalxa bilər ki, bu da “Taliban” üçün yaxşı heç nə vəd etmir. O da məlumdur ki, “Taliban” öz hakimiyyətinin dünya birliyi tərəfindən tanınmasına çalışır. Artıq Rusiya belə bir addım atıb. Rəsmi Moskva “Taliban”la diplomatik münasibətlər qurub və Əfqanıstanın yeni hökumətinin diplomatları akkreditə olunub. Təbii ki, Rusiya üzləşdiyi sanksiyalarla əlaqədar Asiyada öz tərəfdaşlarını artırmağa çalışır. “Taliban” rejimi ilə diplomatik münasibətlərin qurulması da bu kontekstdə izah oluna bilər. Bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekində keçirilən konfransda Qərbi Talibana qarşı sərt mövqeyinə görə tənqid edib. Ümumilikdə isə, rəsmi Moskva ABŞ və Avropa ölkələrinin sanksiyalarından sığortalanmaq üçün dünyada öz tərəfdaşlarının sayını artırmaq istəyir. Asiya ölkələri də Rusiya üçün bu baxımdan yaxşı imkandır. Bu səbəbdən Rusiyanın müxtəlif manevrlər etməsi başadüşüləndir. Amma dünyanın aparıcı ölkələrinin, o cümlədən Qərbin anoloji addım atması hələ ki, sual altındadır. Belə bir şəraitdə “Taliban” rejimi beynəlxalq birlik tərəfindən legitim hakimiyyət kimi tanınması üçün radikal mövqeyini bir qədər yumşaltmalıdır. Bu mənada “Taliban” mühacirlərin qayıdışını təmin etmək üçün bütün vədləri yerinə yetirməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17

