Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib

Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib

05.11.2010 [09:34]

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildiriblər ki, bu ölkənin nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetinin 4 noyabr tarixli nömrəsində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc edilib. Məqalədə Heydər Əliyev Fondunun məqsədi, fəaliyyəti, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond gündən-günə inkişaf edir. Fəaliyyəti Azərbaycanın tərəqqisinə yönəlmiş qurum ölkənin mədəniyyətinin və tarixinin geniş təbliği üçün layihələr həyata keçirir. Qəzetdə, həmçinin, Fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində müxtəlif sahələri əhatə edən və cəmiyyəti düşündürən, Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı layihələr həyata keçirdiyi də xüsusi vurğulanır. Materialda Fondun təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, elm və texnologiya, ekologiya və s. sahələrdəki fəaliyyətinə də geniş yer verilib. Qurumun bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək fəaliyyətini təkcə Azərbaycan ilə məhdudlaşdırmadığı, Pakistanda, bir sıra digər ölkələrdə layihələr həyata keçirdiyi vurğulanıb. 2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Müzəffərabad şəhərinin Rara ərazisində inşa olunmuş məktəb binası haqqında məlumat verilən yazıda ölkəmiz tərəfindən edilən yardımlar da yüksək qiymətləndirilir. Məqalə ilə www.pakobserver.net saytında tanış olmaq olar.

Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30