Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Akademik Ramiz Mehdiyev: Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünü müsbət qəbul etmək lazımdır

Akademik Ramiz Mehdiyev: Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünü müsbət qəbul etmək lazımdır

05.11.2010 [09:36]

“Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda keçirilmiş son görüşünü müsbət qəbul etmək lazımdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bildirib. “Dövlət başçıları Rusiya prezidentinin təklifi ilə görüşüblər. Bu gələcək işlər üçün mühüm addımdır”, - deyə akademik Ramiz Mehdiyev əlavə edib. Astanada keçiriləcək ATƏT sammiti çərçivəsində prezidentlərin nəzərdə tutulan görüşündə hər hansı nəticə gözlənilib-gözlənilmədiyinə gəlincə, akademik Ramiz Mehdiyev bununla bağlı əvvəldən proqnoz verməyin çətin olduğunu bildirib. PA rəhbəri Azərbaycan və Ermənistan arasında əsir və meyitlərin dəyişdirilməsi barədə əldə olunmuş razılaşmaya da toxunub: “Bununla bağlı dövlət başçıları tərəfindən sənəd imzalanıb. Azərbaycan tərəfdə bu məsələnin həlli üçün lazımi addımlar atılır. Hələ danışıqlar gedir, hazırlıqlar aparılır. Görünür ki, bu məsələdə qarşı tərəfin də fikrini bilməliyik”.

Paylaş:
Baxılıb: 921 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30