Xarici müşahidəçilər seçkilərin gedişatını yüksək qiymətləndiriblər
08.11.2010 [09:42]
Azərbaycanda keçirilmiş parlament seçkilərini beynəlxalq müşahidəçilər yüksək qiymətləndiriblər. Onlar seçkilərin təşkilinin beynəlxalq standartlara uyğun olduğunu bildiriblər və bunu demokratiya yolunu tutmuş Azərbaycanın növbəti uğuru kimi qiymətləndirirlər.
Bolqarıstan parlamentinin üzvü Rəmzi Osman seçkilərin gedişatını yüksək qiymətləndirib: “çox diqqətəlayiq haldır ki, Azərbaycanda səsvermə prosesi Avropanın bir çox ölkələrinə nümunə göstəriləcək şəkildə veb-kameraların nəzarəti altında aparılır. Hər bir vətəndaş evində əyləşərək internet vasitəsilə səsvermə prosesini müşahidə edə bilər. Seçki məntəqələrinin hamısında həm müxalifətdən, həm iqtidardan olan müşahidəçilər səsvermənin gedişini sərbəst şəkildə izləyirlər. Onlar mənə heç bir qanun pozuntusu olmadığını dedilər. ümumilikdə heç bir gərginlik müşahidə olunmur, seçicilərin səs verməsi üçün demokratik şərait yaradılıb”.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Yelena Markova: Avropa Seçki Müşahidə Akademiyası gənc, demokratik ölkələrdə seçkiləri müşahidə etməklə məşğuldur. 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmişəm. Həm o zaman, həm də indi seçkilərdə yüksək seçici aktivliyi müşahidə olunub. Müşahidə apardığımız 21 saylı Nəsimi birinci seçki dairəsinin ərazisindəki məntəqələrdə həm müxalifət, həm iqtidardan müşahidəçilər səsvermə prosesini izləyirlər. Məntəqələrin birində bir qadının yaşlı anasının əvəzinə də səs vermək istədiyinin şahidi olduq. Lakin komissiya üzvləri bunun Seçki Məcəlləsinin müvafiq müddəalarına zidd olduğunu bildirdilər. ümumilikdə, seçkilər normal keçirilir, səsvermə prosesi texniki baxımdan yaxşı təşkil olunub.
Tatarıstan MSK-nın sədri Anatoli Fomin: Biz məntəqələrin açılış prosesində iştirak etdik. Hələ ki, heç bir qanun pozuntusu və bu kimi meyllər müşahidə etməmişik.
İspaniyadan olan beynəlxalq müşahidəçi Pelar Villar Antonia: Müşahidə apardığımız seçki məntəqələrinin 90 faizində səsvermə şəffaf və qanunlara uyğun şəkildə keçirilir.
MDB Müşahidə Missiyasının 52 saylı Quba seçki dairəsi üzrə səsvermənin gedişini izləyən Dağıstandan olan müşahidəçisi İrina Şıxşayeva: Müşahidəçilər qrupu səhər saatlarından başlayaraq Quba şəhərindəki seçki məntəqələrini gəzir: Səsvermənin gedişində isə qanun pozuntusu halı qeydə almamışıq.
Dağıstandan olan daha bir beynəlxalq müşahidəçi Gülçöhrə Seyidova isə 52 saylı Quba seçki dairəsi üzrə bütün ucqar məntəqələrdə səsvermənin gedişini izlədiyini bildirib: “Səsvermənin gedişini normal qiymətləndirirəm. Müşahidə apardığım məntəqələrdə hər cür şərait yaradılıb. Qanun pozuntusu halı ilə rastlaşmamışam”.
54 saylı Şabran-Sizəyən seçki dairəsində seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçi Arnis Cimdars: Səsvermənin gedişi normaldır, seçicilərin səsverməsi üçün hər cür şərait yaradılıb. Hər şey qanunvericiliyə uyğun keçir. Arnis Cimdars səhər saatları olduğundan seçicilərin aktivliyinin az olduğunu, amma günorta saatlarında aktivliyin artacağına ümid etdiyini bildirib.
13 saylı Xəzər 1-ci seçki dairəsində səsverməni izləyən rusiyalı müşahidəçi Nina Tkaçova müşahidə zamanı heç bir qanun pozuntusuna rast gəlinmədiyini deyib: “Səhər saat 8-dən başlayan seçkiləri bu saata kimi müşahidə etmişik və hələ ki, heç bir qanunsuzluqla qarşılaşmamışıq. Sənədləşmələr qaydasındadır, seçkilərə düzgün hazırlığın nəticəsidir ki, hər şey şəffaf qaydada gedir”.
ATƏT-in müşahidə missiyasının nümayəndəsi Lotos Rodriges: Hazırda apardığımız müşahidələr zamanı yaradılan şəraitin beynəlxalq normalara cavab verdiyinin şahidi olduq. Normal səsvermənin aparılması üçün bütün münbit şərait yaradılıb. Seçki məntəqələrində kameraların quraşdırılması və internet vasitəsilə səsvermənin izlənilməsini böyük nailiyyət kimi qiymətləndirmək olar. ümidvarıq ki, demokratiya və şəffaf seçkilər uğrunda Azərbaycanın atacağı hər bir addım onu daha da irəli aparacaq.
İspaniyalı deputat Eskudera Sançes Mariya: Hazırda Yasamal rayonunda 2 məntəqəni gəzmişik. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Səsvermə beynəlxalq tələblərə uyğun olaraq aparılır. Məntəqələrdə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. Demokratik, şəffaf seçkilər ölkənin inkişaf rentabelliliyinin göstəricisidir və ümid edirəm ki, seçki prosesi günün sonuna kimi belə davam edəcək.
92 saylı Zərdab-Ucar seçki dairəsində 46 saylı məntəqədə müşahidə aparan ATƏT-in müşahidə missiyasının üzvü Roman Dekanski APA-nın əməkdaşına açıqlamasında seçkilərin normal təşkil olunduğunu deyib. O, indiyə kimi müşahidə apardıqları məntəqələrdə qanun pozuntuları ilə rastlaşmadıqlarını, prosesin demokratik keçdiyini deyib.
Yasamal birinci seçki dairəsinin 12 və 13 saylı məntəqələrində səsvermənin gedişini izləyən türkiyəli müşahidəçi Mustafa Ataş: “Səsvermə prosesində heç bir qanun pozuntusuna rast gəlinməyib”. Hazırda 3 seçki məntəqəsini gəzmişik. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Avropanın heç bir ölkəsində veb-kameraların quraşdırıldığı məntəqələrin sayı bu qədər çox olmayıb. Belə bir halın mövcudluğu Avropada çox az rast gəlinir. Azərbaycanda 500-dən çox seçki məntəqəsində veb-kameraların quraşdırılması çox yüksək nailiyyətdir”. Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərini də müşahidəçi qismində izləmişəm. ötən 5 il ərzində bu sahədə müsbətə doğru ciddi dəyişikliklər var.
15 saylı Yasamal seçki dairəsinin 19 saylı məntəqəsində seçki fəallığı ispaniyalı müşahidəçi Xoakin Ramirez tərəfindən müsbət qiymətləndirilib: “Əsas məqsədimiz odur ki, burada seçki sistemini görək. Azərbaycanda ilk dəfədir ki, oluram. Görürəm ki, seçki demokratik keçirilir. İnsanlar səs vermək üçün həvəslə gəlirlər. çox fəaldırlar. Bu, çox müsbət haldır”.
Türkiyənin Böyük Millət Məclisinin “Ədalət və inkişaf” partiyasından olan istanbullu millət vəkili özlem Türkönə 25 saylı Nizami II seçki dairəsinin 3 saylı seçki məntəqəsində seçki prosesini izləyərək ölkəmizdə demokratik dəyərlərin yüksək səviyyədə qorunduğunu bildirib. “Burada AŞPA-nın nümayəndəsi olaraq iştirak edirəm. Seçkilərin Azərbaycan xalqına, millətinə xeyrli olmasını arzulayıram. Bu ana qədər seçkilərin xoş əhvalla davam etdiyinin şahidiyəm. Azərbaycan demokratik dəyərlərin qorunması baxımından önəmli addımlar atır”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Yanes Lenarçi: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri səsvermə başladıqdan keçən müddət ərzində təxminən 200 məntəqədə seçkilərin gedişini izləyiblər. ümumilikdə bu gün missiyamızın 400-dən artıq üzvü həm Bakıda, həm də regionlarda səsvermə prosesini izləyir. Seçkilərin gedişinə dair ilkin rəy söyləmək tezdir. Həm paytaxtda, həm də regionlarda seçkiləri müşahidə edən missiyamızın üzvləri ayrı-ayrılıqda hesabat hazırlayacaqlar və biz onları ümumiləşdirərək sabah keçirəcəyimiz mətbuat konfransında ilkin rəyimizi açıqlayacağıq. Bu ilk rəy olacaq, yekun hesabat isə iki ay sonra açıqlanacaq. Mən öz şəxsi rəyimi söyləmək istəmirəm. ATƏT-in ümumi rəyi belədir ki, ayrı-ayrı müşahidəçilərin deyil, bütövlükdə missiyanın ümumi rəyi əsas götürülür. Mən də bura gələn digər həmkarlarım kimi müşahidəçiyəm. Elə olur ki, müşahidəçilərdən biri prosesi pozitiv, digəri neqativ qiymətləndirir. Biz yalnız bütün müşahidəçilərimizin fikirlərini ümumiləşdirərək yekun rəy açıqlayırıq.
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq 22 saylı Nəsimi II seçki dairəsinin 3 saylı seçki məntəqəsində açıqlama ilə çıxış edib. A. Sterlinq bildirib ki, rəsmi Vaşinqton seçki prosesini böyük maraqla izləyir: “ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı qeyd edib ki, ABŞ demokratik ölkələrlə ən güclü tərəfdaşlığa malikdir. ABŞ hökuməti inanır ki, Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafı iki ölkə arasında əlaqələrin dərinləşməsinə, demokratik və iqtisadi islahatlar aparılmasına ən yaxşı zəmanət verəcək”.
A. Sterlinq əlavə edib ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin 31 əməkdaşı Bakıda və respublikanın bölgələrində seçki prosesini müşahidə edir. Daha 45 amerikalı isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Bürosunun müşahidə missiyasının tərkibində müşahidələr aparır. Səsvermənin nəticələri ilə bağlı səfirliyin açıqlayacağı qiymətləndirməyə gəldikdə, A. Sterlinq vurğulayıb ki, ölkənin hər yerindən yekun məlumatlar toplandıqdan sonra ABŞ səfirliyi müşahidəçilərin nəticələrini müzakirə edib, qiymətləndirməsini açıqlayacaq: “Yekun bəyanat Vaşinqtonda Dövlət Departamenti tərəfindən açıqlanacaq”.
30 saylı 1-ci Suraxanı seçki dairəsində seçkiləri yaxından izləyən ATƏT-dən olan müşahidəçilər Buqunis Pravoleq və Bravnik Judih: “Seçki məntəqələri seçicilərin azad və demokratik şəkildə öz iradələrini ifadə etmək üçün müasir texniki avadanlıqlarla təchiz olunub, izlədiyimiz proseslərdə narazılıqlara rast gəlmədik”. ATƏT müşahidəçiləri bu və ya digər məsələlərlə bağlı daha geniş təəssüratlarını seçki başa çatdıqdan sonra yayacaqları hesabatda qeyd edəcəklərini də bildiriblər.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzinin baş direktoru Aleksey Vlasov səsvermə prosesini izlədiyini, seçici aktivliyinin yüksək olduğunu bildirib: “Mən məntəqələrdə olarkən daha çox orta və yaşlı nəslin nümayəndələrinin aktivliyini gördüm. Yəqin ki, gənclər daha çox günün ortasında aktivlik göstərəcək”.
A.Vlasov seçki prosesinin beynəlxalq standartlara və demokratik tələblərə cavab verdiyini bildirib.
Rusiyalı müşahidə qrupunun nümayəndəsi Oleq Jolobov 15 saylı Yasamal seçki dairəsinin 14 saylı məntəqə seçki komissiyasında seçki prosesini izləyib: Bir neçə məntəqədə olmuşuq. İzlədiyimiz məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki prosesi normal gedir. Təşkilati işlər də yüksək səviyyədə qurulub.
Seçkiləri izləyən Türkiyədən gələn Türkiyə Millət Məclisinin nümayəndələrindən Mustafa Yabancı, Mehmet Yüksel, Mehmet Ceylan səsvermə ilə bağlı rəylərini bildiriblər. Onların fikrincə. parlament seçkiləri yüksək səviyyədə təşkil olunub. Onlar seçkiyə gələnlərin faizinin yüksək olacağına ümidvar olduqlarını bildiriblər. Mustafa Yabançı: “Bizim müşahidəçilərimizlə yanaşı, məntəqədə digər müşahidəçilər də var idi və onlar da seçki prosesindən razılıqlarını bildirdilər. Müşahidəçilər üçün yerlər ayrılmışdı və onlar seçkini diqqətlə izləyirlər. Türkiyəli müşahidəçilər səsvermənin sakit, seçici fəallığı ilə keçdiyini qeyd ediblər. Onlar bildiriblər ki, dairə və məntəqələrin lazımi avadanlıqla təmin olunması, bəzi məntəqələrdə veb-kameraların quraşdırılması təqdirəlayiqdir”.
MDB müşahidə missiyasının nümayəndələri Oleq Slijevsk və Şuroq İvan 23 saylı Nəsimi-Səbayıl seçki dairəsinin 22 saylı seçki məntəqəsində müşahidə apardıqlarını və seçki prosesini normal qiymətləndirdiklərini bildiriblər. Onlar bildiriblər ki, səsvermə qanunun bütün tələblərinə uyğun olaraq həyata keçirilir, hər şey şəffafdır.
109 saylı Balakən seçki dairəsinin Qullar kəndində yerləşən 10 saylı məntəqəsində müşahidə aparan ATƏT müşahidə missiyasının İslandiyadan olan üzvü Palsdoti Raqinhedur: Seçki prosesində hər hansı pozuntu halı qeydə almamışıq. Seçki prosesinin normal getdiyini müşahidə edirik.
9 saylı cəzaçəkmə müəssisəsində müşahidə aparan MDB müşahidə missiyasının nümayəndəsi Andrey Knorr bildirib ki, məntəqədə səsvermə yüksək səviyyədə təşkil olunub: “Azərbaycanda gedən iqtisadi inkişaf seçkinin təşkilində də özünü göstərib”.
39 saylı Kəpəz birinci (Gəncə) dairə seçki komissiyasının 15 saylı məntəqəsində seçkiləri müşahidə edən ATƏT müşahidə missiyasının üzvü Genhard Kutzner bildirib: Seçki çox yaxşı təşkil edilib və insanlar məntəqələrə gələrək müstəqil şəkildə səs verirlər. Müşahidələrimə əsasən demək istərdim ki, məntəqə seçki komissiyasında işləyənlər öz işlərini çox dəqiq yerinə yetirirlər. İndiyədək hər hansı neqativ halla rastlaşmamışıq. Vətəndaşlar çox həvəslə məntəqələrə gələrək müstəqil şəkildə istədikləri namizədə səs verirlər.
Bavariya parlamentinin deputatı, bu federal torpağın sabiq ekologiya və təbii sərvətlər naziri Berhard Hotman: Bu gün 10 seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişəm. Gördüklərim Azərbaycanda parlament seçkilərinin Avropa dəyərlərinə və standartlarına uyğun keçirilməsini söyləməyə əsas verir. Azərbaycanda səsvermənin təşkili prosesində ən müasir texnologiyalardan istifadə demokratik seçki mühitini möhkəmləndirir. Bunu irəliyə doğru atılan addım kimi dəyərləndirirəm. Qeyd etmək istəyirəm ki, Almaniyada da seçkilərin təşkili zamanı bu cür texniki avadanlıqdan istifadə olunur. Seçkilərdə həm müxalifətin, həm iqtidarın nümayəndələrinin, həm də bitərəflərin namizəd qismində iştirakı ölkədə aktiv seçki mühiti olduğunu təsdiqləyir. ümumilikdə götürdükdə Azərbaycanın seçki sistemi Almaniyanın mövcud seçki sisteminə uyğundur.
Rusiya Mərkəzi Seçki Komissiyası müşahidə missiyasının rəhbəri Yelena Dubrovina Azərbaycanda keçirilən parlament seçkilərinə münasibət bildirərək qeyd etmişdir ki, seçki prosesində pozuntular müşahidə edilməmiş, seçicilər tərəfindən şikayətlərlə rastlaşmamışlar. Seçki məntəqələrində elektoratın öz iradəsini azad ifadə etməsi üçün bütün şərait yaradılmışdır. Onun sözlərinə görə, rusiyalı müşahidəçilər iri sənaye mərkəzi olan Sumqayıtda 10 seçki məntəqəsində olmuşlar. Hazırda onlar Bakıdakı seçki məntəqələrində öz fəaliyyətlərini davam etdirirlər. Yelena Dubrovina demişdir ki, seçki prosesinin şəffaflığını təmin edən əsas amillərdən biri də hər bir seçki məntəqəsində 8-dən 16 nəfərədək müşahidəçinin olmasıdır.
Meksikanın “The news” qəzetinin jurnalisti Tereza Marqolis Mərkəzi Seçki Komissiyasının fəaliyyətini xüsusi qeyd etməklə, Azərbaycanda keçirilən parlament seçkiləri barədə təəssüratlarının xoş olduğunu bildirib: “Mən burada öz seçki hüquqlarını bilən çoxsaylı savadlı insan gördüm. Mənə elə gəlir ki, Azərbaycan ildən-ilə seçki praktikasını təkmilləşdirməklə bütün gənc demokratik ölkələr üçün demokratik seçkilərin keçirilməsi nümunəsinə çevriləcək”.
GUAM-ın baş katibi Valeri çeçelaşvili: Azərbaycanda parlament seçkiləri çox yaxşı təşkil olunub. Məndə seçkilərin gedişi barədə çox yaxşı təəssüratlar yaranıb. Seçicilərə öz seçimini sakit şəkildə aparmaq üçün bütün imkanlar verilib, heç bir mənfi hal yoxdur. Onun sözlərinə görə, GUAM-ın qısamüddətli missiyası parlament seçkilərində Bakı şəhərinin 15 saylı Yasamal birinci və 16 saylı Yasamal ikinci seçki dairələrində monitorinq keçirir. Baş katib 15 saylı seçki dairəsi üzrə doqquz seçki məntəqəsinə baş çəkib, hazırda isə 16 saylı dairənin 12 saylı seçki məntəqəsində monitorinq aparır. “12:30-a qədər həmin məntəqədə seçicilərin 35 faizi səs verib və mənim heç bir şikayətim yoxdur”, - çeçelaşvili qeyd edib.
Beynəlxalq müşahidəçi Ciper Nigeri: Biz səhərdən buradayıq. Hər şey yaxşıdır. 5 il bundan əvvəl başqa cür idi. Narazılıqlar var idi. İndi yoxdur. Bu, məni çox təəccübləndirdi və sevindirdi. ümid edirəm ki, günün sonuna kimi belə də olacaq.
Beynəlxalq müşahidəçi Qolze Doberopqred: Seçki demokratik keçir. Heç bir çətinlik və narazılıqla qarşılaşmamışam.
ATƏT-in müşahidə komissiyasının çexiya Respublikasından olan müşahidəçisi İvan Ohlidal seçki ilə bağlı müsbət fikirdə olduğunu qeyd edib. Əcnəbi müşahidəçi məntəqədə heç bir mənfi hala rast gəlmədiyini bildirib.
MDB müşahidəçilər missiyasının nümayəndəsi Bahıt Bektemissova: Seçki məntəqəsi hələ açılmamışdı, lakin onun qarşısına çoxlu adam toplaşmışdı. Onların arasında yaşlı seçicilərin sayı çox idi. Müşahidələr göstərir ki, sumqayıtlılar seçkilərə səylə hazırlaşmışlar. Həmkarım Tolegen Əhmədovla birlikdə 43 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə müşahidələr aparırıq. Səhər 9 nömrəli məntəqənin açılışında iştirak etdik. Seçki qutularının ağzının açılması, məntəqəyə verilmiş bülletenlərin sayılması və digər prosedurlar seçicilərin gözü qarşısında oldu. Qazaxıstan müşahidəçilərinin sözlərinə görə, seçki qanunvericiliyinin pozulması barədə müraciətlər daxil olmamışdır. Seçicilərin xoş ovqatı, hər yerdə səmimi ab-havanın hökm sürməsi onlara yaxşı təsir bağışlamışdır. 24 və 25 nömrəli seçki məntəqələrində sumqayıtlıların parlament seçkilərində fəal iştirak etmələrinin şahidi olmuşlar. Baxıt Bektemissova bildirmişdir ki, seçkilərdə azad səsvermə üçün hər cür şərait yaradılmışdır.
çexiya Respublikasından olan digər müşahidəçi Bolivar Şarapatka da müşahidə apardıqları ilk məntəqədə hər şeyin normal olduğunu deyib: “Başqa məntəqələrdə də gün ərzində müşahidələr aparacağıq. Bu məntəqədə heç bir problem qeydə alınmayıb”.
16 saylı Yasamal II seçki dairəsinin 15 və 16 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən ATƏT-in müşahidəçi missiyasının üzvləri Mokiu Viktor və Ronald Sounders bildiriblər ki, səsvermənin gedişini izlədikləri zaman heç bir qanun pozuntusuna rast gəlinməyib.
15 saylı seçki məntəqəsində isə Bromli Karolin və Gillespie Con müşahidə apardıqları seçki məntəqələri ilə bağlı bildiriblər ki, səsvermə məntəqələrində heç bir qanun pozuntusuna rast gəlməyiblər və bütün izlədikləri məntəqələrdə səsvermə qanunun tələblərinə uyğun aparılır.
Gədəbəy-Tovuz seçki dairəsindən parlament seçkilərini müşahidə edən ATƏT-dən olan müşahidəçi Patrix Paul: Gədəbəy seçki dairəsi üzrə 10-a yaxın seçki məntəqəsində olmuşuq. Hələ ki, qanun pozuntusuna rast gəlinməyib. Xırda çatışmazlıqları nəzərə almasaq, Azərbaycanda keçirilən parlament seçkilərini demokratiyaya doğru növbəti addım kimi dəyərləndirmək olar. ATƏT-in müşahidəçisi onu da qeyd edib ki, onlar seçkilərin demokratik şəkildə başa çatacağı ümidindədirlər.
103 saylı Gədəbəy seçki dairəsindən parlament seçkilərini izləyən ATƏT-dən olan müşahidəçilər Uadah Fres və Adner Doğanbeko seçki məntəqələrində seçicilər üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. ATƏT-in müşahidəçiləri parlament seçkilərinin Azərbaycan seçicilərinin iradəsi əsasında keçiriləcəyini söyləməklə yanaşı, prosesin gedişində qanun pozuntusuna rast gəlmədiklərini söyləyiblər.
Naxçıvan şəhərindəki 4-30 və 31-3 saylı məntəqələrdə müşahidə missiyasının rəhbəri Vasili Mordaşov: Biz seçki prosesini izləmək üçün Naxçıvana gələrkən seçkilərin bu qədər yüksək səviyyədə keçiriləcəyinə inanmırdıq. Ancaq seçkini izləyərkən yüksək səviyyədə, demokratiya və şəffaflıq şəraitində keçirildiyinin şahidi olduq. Seçkilər başlanan ilk saatdan etibarən biz artıq bir neçə məntəqədə olduq və seçkilərin keçirilməsi üçün necə gözəl şəraitin yaradıldığını gördük. Bunun üçün yeni binalar ayrılmış, müasir avadanlıq quraşdırılmış, komissiya üzvləri maarifləndirilmişdir. Mən Naxçıvandakı məntəqələrdə quraşdırılan veb-kameraları da gördüm. Bu, çox mütərəqqi haldır. Dünyanın istənilən yerində seçki prosesini izləmək mümkündür. Seçicilərin fəallığı isə göz qabağındadır. Bilirsiniz, mən bir çox ölkələrdə seçki prosesini müşahidə etmişəm. Naxçıvandakı seçici fəallığını çox az ölkədə görmüşdüm. Əhali axın-axın gələrək səsvermədə iştirak edir. Bütün bunlar şəxsən məni çox heyrətləndirmişdir. İnanıram ki, təkcə bizim missiyamız deyil, Naxçıvanda müşahidə aparan bütün qruplarda da təəssüratlar və hesabatlar eyni olacaqdır. Sözsüz ki, bu hesabatlarda Naxçıvanda keçirilən seçkilər haqqında yaxşı məlumatlar yer alacaqdır. Muxtar Respublikada keçirilən seçkilərə dövlət tərəfindən yaradılan şərait isə nəinki respublikanın digər bölgələrinə, hətta bütün MDB ölkələrinə də nümunə ola bilər. Mən bunu tam məsuliyyətlə deyirəm.
Bolqarıstan parlamenti müşahidəçilər missiyasının üzvü Mixail Mikov: Azərbaycanda parlament seçkiləri sakit şəraitdə keçir. Müşahidə apardığımız məntəqələrdə vəziyyət normaldır. Bütün namizədlər üçün bərabər şərait yaradıldığını vurğulayan M.Mikov deyib: “Biz səsvermə zamanı hər hansı ciddi pozuntu faktına rast gəlmədik. Zənnimcə, seçkilər sakit şəraitdə başa çatacaqdır”.
Bolqarıstan nümayəndə heyətinin üzvü Atanas Mərcanov isə bildirmişdir ki, seçki komissiyalarının üzvləri öz vəzifələrinə məsuliyyətlə yanaşırlar.
Azərbaycanda seçki prosesini müsbət qiymətləndirən fransalı deputat, beynəlxalq müşahidəçi Alain Marsaud bildirib ki, hazırlıq işləri ciddi şəkildə təşkil olunmuşdur. Azərbaycan haqqında fikirlərimiz yüksəkdir.
Fransa parlamentinin digər üzvü Roubaud Jean də seçki prosesini normal qiymətləndirərək, hər hansı bir qanun pozuntusu və ya problemlə qarşılaşmadıqlarını vurğulamışdır.
MDB PA müşahidə missiyasının üzvü Konstantin Pşenko bildirib ki, səsvermə prosesini məntəqələr açılandan izləyirik. Hər şey çox yaxşıdır. Seçki komissiyalarının hazırlıq işindən razı qaldıq. Heç bir qanun pozuntusu qeydə almamışıq. Burada yerli müşahidəçilər də çoxluq təşkil edir. ümumiyyətlə, mən ikinci dəfədir ki, Azərbaycanda seçki prosesini izləyirəm. Beş il bundan əvvəl parlament seçkilərini izləmişəm. Hazırda seçki komissiyalarının fəaliyyətində böyük inkişafın şahidi oldum. Proses tam şəffafdır.
Hollandiya parlamentinin üzvü Coşğun Gölüz deyib: “Seçicilər seçki məntəqlərinə normal şəkildə gedərək səs veriblər. Bu seçkilər Azərbaycanı daha irəliyə aparacaq. Gözləmirdik ki, seçki məntəqlərində bu qədər müşahidəçi olacaq”. Beynəlxalq müşahidəçi parlament seçkilərinin demokratik, şəffaf keçdiyini xüsusi olaraq vurğulayıb və bu halın nəticələrə böyük təsiri olacağını bildirib.
Avropa Seçki Müşahidə Akademiyasının Azərbaycanda parlament seçkilərini müşahidə edən missiyasının üzvü Viktor Papazov: Seçkilər texniki baxımdan yaxşı təşkil olunub, demokratik mühitdə keçirilir, səsvermə prosesi çox yaxşı təşkil olunub. Sözün açığı bilmirəm ki, Azərbaycanda seçki sistemi ilə bağlı daha nəyi təkmilləşdirmək olar?
Estoniya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü xanım Tellomon Kadri bildirib ki, məntəqələrdə seçki prosesinin normal, səliqəli və Avropa dəyərlərinə uyğun keçirildiyinin şahidi olub: “Demək olar ki, seçkilər Estoniyada, yəni Avropada olduğu kimi keçirilir. Vətəndaşlar sərbəst şəkildə səsverməyə gələrək öz istədikləri namizədə səs verirlər. Bu, demokratik mühitin saxlanması üçün vacib amildir”.
Tellomon Kadri müşahidəçilərin çoxluğunu isə təəccüblə qarşılayıb: “Estoniyada bir məntəqədə müşahidəçilərin sayı 3-4 nəfərdən artıq olmur. Azərbaycanda isə məntəqələrdə 8-12 nəfər müşahidəçinin olduğunun şahidi oldum”.
Beynəlxalq müşahidəçi texniki avadanlıqların seçki prosesini izləmək üçün istifadə edilməsinin isə vacib olmadığını söyləyib: “Sizdə normal seçkinin keçirildiyini gördüm. Fikrimcə, veb-kameraların məntəqələrdə quraşdırılması elə də vacib deyil. Məsələn, Estoniyada belə texniki vasitədən istifadə edilmir. Seçkilər adi səsvermə şəklində aparılır”.
Lənkəranda seçki prosesini izləyən beynəlxalq müşahidəçi Aleksandr Raskolski: Artıq səhər saatlarında seçki məntəqələrində seçici fəallığını aydın şəkildə müşahidə etmək mümkün idi. İnsanlar böyük ruh yüksəkliyi ilə səsvermədə aktiv şəkildə iştirak edirlər. Səsvermə prosesi isə təbii ki, tam şəffaf və beynəlxalq standartlara uyğun keçirilir.
Gennadi Salyukin Bərdədə parlament seçkilərini izləyərkən heç bir qonun pozuntusu ilə qarşılaşmadığnı vurğuladı. “Bütün seçki məntəqələrində proseslər demokratik tələblərə, beynəlxalq standartlara uyğun təşkil olumuşdu. Seçicilər üçün lazımi şərait yaradıldığı üçün heç yerdə qanun pozuntusu hallarına rast gəlinmədi”.
Türkdilli ölkələrin PA-nın nümayəndə heyətinin üzvü Mustafa Kabakçı səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadığını deyib: “Bu gün bir çox məntəqələrdə olduq. Seçicilər və müşahidəçilərlə söhbət apardıq. Səsvermə zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Seçkinin gedişatı çox şəffaf təşkil olunmuşdu”.
Kanada Senatının üzvü Konsilio Di Nino jurnalistlərə seçkilərin gedişi ilə bağlı məlumat verib. O, bir sıra seçki məntəqələrində seçkilərin gedişatını izlədiyini, həmçinin səhər saat 8-də seçki məntəqələrinin birinin açılışında iştirak etdiyini bildirib. Müşahidəçilərin bu qədər çox olacağını gözləmədiyini diqqətə çatdıran Kanada Senatının üzvü seçki prosesin normal keçdiyini qeyd edib. Səsvermə zamanı xırda problemlərin olduğunu söyləyən Konsilio Di Nino bunun seçkilərə o qədər də ciddi şəkildə təsir etmədiyini vurğulayıb: “Bu kimi hallar dünyanın bütün ölkələrində müşahidə olunur”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndəsi çarliz Makkey qeyd edib ki, səhər saatlarında başlayaraq, müşahidə apardıqları seçki məntəqələrində seçicilərin əksəriyyəti səsvermədə iştirak edib. “Seçkilərədə xoşagələn atmosfer hökm sürürdü. Sevindirici hal idi ki, səsvermədə gənclər daha çox fəallıq göstərirdi. Seçkilərin demokratik keçirilməsi göz qabağında idi. Hesab edirik ki, seçki baş tutub. Seçkilərin azad, şəffav, demokratik və qanunlar çərçivəsində keçirilməsi bir daha sübut etdi ki, seçkilərdə qalib gələn namizəd həqiqətən də xalqın seçimidir”.
Türkdilli ölkələrin Parlament Assambleyasının nümayəndə heyətinin üzvü Əbdülqədir Akqan: Azərbaycanda gördüklərimizə əsasən deyə bilərik ki, güclü iqtisadi inkişaf ölkənin siyasi iradəsi ilə birgə ölkədə demokratiyanın və idarəetmənin güclənməsi üçün başlıca amildir.
Rumıniyalı müşahidəçi Denisa Marku: Mən Ruminyadan gəlmişəm. Burada seçki prosesi tam demokratik dəyərlərə əsaslanır. Bir faktı qeyd edim ki, məntəqələrdə quraşdırılan veb-kameralar seçkinin gedişini izləmək üçün əla imkan yaradır.
MDB müşahidə missiyasının üzvü İvan Şurok: Seçkilər şəffaf keçirilir. Müşahidə apardığımız 6 məntəqədə heç bir qanun pozuntusuna rast gəlmədik.
Beynəlxalq müşahidəçi Yelena Simenova: Seçkilər çox demokratik keçirilir və bunun üçün hər bir şərait var.
Rumıniyalı müşahidəçi Denisa Marku: Biz seçki prosesini izlədiyimiz zaman heç bir qanun pozuntusuna və neqativ hala rast gəlmədik.
Abşeron seçki məntəqələrində müşahidə aparan MDB müşahidə missiyasının üzvü Adil Yunusov: Seçkilərdə fəallıq hiss olunub.
Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Bakıya gəlmiş Qazaxıstan parlamentinin üzvü Tolkın Buxarvayev bildirib ki, parlament seçkiləri yüksək səviyyədə təşkil olunub. Seçki prosesini müsbət qiymətləndirən müşahidəçi Bakıda və Abşeron rayonunun bir neçə seçki məntəqəsində müşahidə apardıqlarını, heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını qeyd edib. Qazaxıstanlı deputat bildirib ki, hazırlıq işləri yüksək səviyyədə təşkil olunub. Beynəlxalq müşahidəçi seçki komissiyalarının hazırlıq işindən razı qaldıqlarını, seçici siyahılarının dəqiqliyini, məntəqələrin bütün texniki vasitələrlə, veb-kameralarla təchizatını yüksək qiymətləndirib.
Bavariya parlamentinin deputatı xanım Kris
ta Ştiven söyləyib ki, müşahidə apardığımız məntəqələrdə səsvermə prosesi aktiv və demokratik şəkildə keçirilir. Onun sözlərinə görə, bu gün müşahidə apardıqları seçki məntəqələrində demokratik səsvermə prosesinə xələl gətirən məqamlarla qarşılaşmayıblar: “Doğrusu, sizdə seçki prosesi heç də Almaniyadakından fərqlənmir. Vətəndaşlar bizdə olduğu kimi məntəqələrə gələrək, istədikləri namizədə səs verirlər”.
K.Ştiven bildirib ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması isə Azərbaycanda bu demokratik ictimai kampaniyaya nəzarətin artmasının göstəricisidir. Almaniyalı deputat seçki ilə bağlı bəzi tövsiyələrini də verib: “Əlil və müəyyən səbəblərdən seçki məntəqəsinə gələ bilməyən insanlar üçün mənzillərə zərflərin göndərilməsi ənənə halını alsa, daha yaxşı olar. Bununla aktiv cəmiyyətdən təcrid olunmuş bu insanları ölkənin mühüm tədbirində iştirak etməsinə imkan yaratmış olarıq”.
Seçkini izləyən Avropa Müşahidəçilər Akademiyasının üzvü, irlandiyalı Ceyms Murrey bildirib ki, 12 seçki məntəqəsinə baş çəkib: “çox təşkilatlanmış, hər kəsin öz işini çox yüksək səviyyədə gördüyü bir seçki izləmişəm. Heç bir xoşagəlməz faktla qarşılaşmamışam. Müşahidəm davam edir. Daha iki seçki məntəqəsində müşahidə aparacam”. O deyib ki, müşahidə etdiyi seçki məntəqələrinin bəzilərində yüksək, bəzilərində aşağı seçici aktivliyi ilə qarşılaşıb: “ümumilikdə, orta hesabla, 50 faizə yaxın seçici seçkilərə qatılıb”.
Milli Məclisə keçirilən seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlmiş Avropa Alyansının birinci vitse-prezidenti Uno Silberq deyib ki, azad parlament seçkiləri Azərbaycanın demokratiya istiqamətində atdığı düzgün addımlardan biridir. O qeyd edib ki, seçki prosesində müxalifətdən, iqtidardan və bitərəf olan müşahidəçilərin səsvermə prosesini birgə izləməsi daxili nəzarətə xidmət edir: “Bu, ölkənin demokratik dəyərlərinin inkişafına yönələn bir irəliləyişdir. Demokratik proseslərə yeni qədəm qoyan ölkələrdə bu cür, stabil şəkildə seçki kampaniyasının aparılması cəmiyyətin formalaşmasına düzgün xidmət edir”.
Səsvermə prosesinə müasir texnologiyalar vasitəsilə nəzarət olunmasına gəlincə, U.Silberq deyib ki, veb-kameraların seçkini izləmək üçün istifadə edilməsi müsbət dəyərləndirilməlidir: “Mən yerli müşahidə komandalarının fəaliyyətini də yüksək qiymətləndirirəm”.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilər qrupunun üzvü polyak Yanuş Raxon seçkilərin gedişini müşahidə etmək üçün noyabrın 7-də 112 saylı Qax seçki dairəsinin bir neçə seçki məntəqəsində olub. AzərTAc-ın müxbirinin seçkilərin gedişi ilə bağlı sualını cavablandıran Y.Raxon bildirib: “Mən Azərbaycanda ilk dəfədir ki, oluram. ölkəniz, eləcə də bu region barədə təəssüratım çox yüksəkdir. Qax rayonuna səfərimdən də çox məmnunam. İndiyədək şəhərdəki 1, 2, 3 və 4 nömrəli, habelə Qax-İngiloy kəndindəki 14, 15, 16 və 17 nömrəli seçki məntəqələrində səsvermənin gedişini müşahidə etmişəm. Açığını deyim ki, seçkilərin nəticəsinə təsir göstərəcək elə bir ciddi qanun pozuntusuna rast gəlmədim. Seçki məntəqələri yüksək səviyyədə təşkil olunmuşdur. Bəzi məntəqələrdə veb-kameralar quraşdırılmışdır. Yerli müşahidəçilər də səsvermənin gedişindən razılıq edirlər. Bu, çox yaxşıdır”.
MDB müşahidə missiyasının qısamüddətli müşahidəçiləri, Rusiya Federasiyasından gəlmiş Avtandil Andamov və Elman Əliyev 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrində müşahidəçilik missiyalarını yerinə yetiriblər. Seçkiyə hazırlıq və səsvermənin gedişi ilə bağlı təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşən A.Andamov deyib: “Mən MDB Müşahidə Missiyasının tərkibində artıq ikinci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirəm. İlk səfərimdə prezident seçkilərini müşahidə etmişəm. Biz bu gün 110 saylı Zaqatala seçki dairəsinin 11 nömrəli Aşağı Tala, 14 və 16 nömrəli Yuxarı Tala seçki məntəqələrində səsvermənin gedişini izləmişik. Eyni zamanda, 111 saylı Zaqatala-Balakən seçki dairəsində dairə seçki komissiyasının iş prosesi ilə tanış olmuşuq. Doğrusunu deyim ki, hər iki dairədə seçki prosesi çox yüksək səviyyədə təşkil olunmuşdur. Seçki məntəqələrində səsvermənin şəffaf və demokratik keçməsi üçün hər cür şərait yaradılmışdır. Bu, çox müsbət haldır. Məntəqə seçki komissiyaları səsverməyə çox ciddi hazırlaşmışlar. Etiraf edim ki, indiyədək olduğumuz məntəqələrdə heç bir ciddi qanun pozuntusuna rast gəlməmişik. Komissiya üzvləri öz funksiyalarını layiqincə yerinə yetirirlər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

