/ / Azərbaycan Respublikasında 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş siyasi partiyaların birgə BƏYANATI
Azərbaycan Respublikasında 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə iştirak etmiş siyasi partiyaların birgə BƏYANATI
12.11.2010 [09:54]
- seçkiöncəsi ölkədə hərtərəfli plüralist ab-hava, demokratik mühit formalaşmış, siyasi partiyaların seçki kampaniyasına qoşulması imkanları təmin edilmiş, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq namizədlər sərbəst şəkildə qeydiyyata alınmışdır;
- qeydə alınmış namizədlərə və onların təmsil etdiyi partiyalara seçkiqabağı proqramlarını elan etmək, seçicilərlə görüşərək, öz təşviqatlarını aparmaq üçün bərabər imkanlar yaradılmışdır. Namizədlərin seçicilərlə sərbəst görüşlər keçirmək və öz təbliğatını mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaq imkanı olmuşdur. İctimai televiziyada deputatlığa namizədlərin öz mövqelərini seçicilərə çatdırması üçün pulsuz efir vaxtı ayrılmış, dairələr üzrə bütün namizədlərin debatları təşkil edilmişdir;
- seçki kampaniyası texniki baxımdan yüksək səviyyədə təşkil olunmuş, prosesin şəffaflığı təmin edilmişdir. Müasir informasiya vasitələrindən geniş istifadə edilmiş, onlayn rəy sorğuları həyata keçirilmiş, ölkə praktikasında ilk dəfə olaraq internet səsverməsi təşkil olunmuşdur;
- seçki kampaniyasının bütün mərhələlərini, xüsusilə səsvermənin gedişini minlərlə yerli və xarici müşahidəçi, o cümlədən AŞPA, ATƏT-in Parlament Assambleyası, ATƏT - in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, Avropa Seçki Müşahidə Akademiyası və TürkPA, həmçinin dünyanın aparıcı KİV nümayəndələri izləmişdir. Məmnunluq hissi ilə qeyd etmək olar ki, yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti 7 noyabr parlament seçkilərinin təşkilini və gedişini müsbət qiymətləndirmişdir.
Lakin təəssüflər olsun ki, istər seçkiyə hazırlıq, istərsə də seçkiqabağı fəaliyyətin bütün parametrlərində öz rəqiblərinə uduzduğunu dərk edən bəzi müxalifət partiyaları hələ seçkidən əvvəl bu siyasi kampaniyanı pozmağa yönəlmiş cəhdlər göstərmişlər. Seçkilərdən dərhal sonra isə heç bir obyektiv əsas olmadan onlar kampaniyanın demokratik və şəffaf imicinə kölgə salmağa çalışırlar. Biz seçki kampaniyasının gedişini və nəticələrini təhrif etmək yolu tutmuş hərəkətləri pisləyir, bunu demokratik davranış qaydalarına və siyasi mədəniyyət normalarına sığmayan hərəkət kimi qiymətləndiririk.
Biz, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyalar hesab edirik ki, 7 noyabr parlament seçkiləri azad, demokratik, şəffaf və ədalətli şəraitdə keçirilmiş, Azərbaycan xalqının iradəsini aydın və dəqiq şəkildə ifadə etmişdir. ölkənin bütün siyasi qüvvələrini və beynəlxalq təşkilatları Azərbaycan Respublikasında keçirilən parlament seçkilərinə və onun nəticələrinə obyektiv qiymət verməyə səsləyirik.
Yeni Azərbaycan Partiyası;
Ana Vətən Partiyası;
Vətəndaş Həmrəyliyi Partiyası;
Demokratik İslahatlar Partiyası;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası;
Böyük Qurtuluş Partiyası ;
Vətəndaş Birliyi Partiyası;
Ədalət Partiyası;
Azərbaycan Sosial Rifah Partiyası.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

