NATO-dan Finlandiya və İsveçə “xəbərdarlıq”
15.06.2022 [10:59]
Alyans Türkiyənin maraqlarını əsas götürür
SADİQ
NATO rəhbərliyi İsveç və Finlandiyanın Alyansa üzv olma məsələsindəki müəmmaya aydınlıq gətirib. Belə ki, qurumun Baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında çıxış edərkən iyunun 28-də Madriddə keçiriləcək NATO sammitini iki ölkənin Alyansa qəbulu üçün son tarix hesab etmədiyini bildirib. O qeyd edib ki, Türkiyənin terrorizmlə və digər məsələlərlə bağlı “legitim narahatlıqları” var və bu, ciddi qəbul edilməlidir. Stoltenberq vurğulayıb ki, “heç bir NATO dövləti Türkiyə qədər terrorizmdən əziyyət çəkməyib” və diqqəti Türkiyənin İraq və Suriya kimi ölkələrlə sərhədi olan strateji məkanda yerləşdiyinə yönəldib: “Bunlar legitim narahatlıqlardır. Bu, terrorizmlə, silah ixracı ilə bağlıdır. Biz bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab verməliyik. Türkiyənin PKK terrorçu qrupu ilə bağlı narahatlıqları da daxil olmaqla”.
Xatırladaq ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu üçün PKK və digər radikal terror təşkilatlarının nümayəndələrini himayə etməmək, onlara siyasi və maddi dəstək verməmək şərtini irəli sürmüşdü. Rəsmi Ankara əks halda hər iki dövlətin quruma üzv olmasına veto qoyacaq.
Yaranan situasiya bir daha onu göstərir ki, NATO üçün Türkiyənin əhəmiyyəti daha böyükdür. Bununla Alyans dolayısı ilə Finlandiya və İsveçi Ankaranın şərtlərinə əməl etməyə çağırır.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi İbrahim Babayev bildirib ki, bir neçə ay öncə aktual olan bu məsələ artıq NATO üçün həyati əhəmiyyət daşımır. Başqa sözlə, proseslərin inkişafı Finlandiya və İsveçin Alyansa qatılması üçün lüzum qalmayacağına belə işarə edir: “Skandinaviya ölkələrinin NATO üzvü olması Ukraynada Rusiyanın qarşısının alınması, Kreml üçün ən azından şimal təhdidinin yaranması ehtimalı üçün hesablanmışdı. Amma artıq buna lüzum qalmır. ABŞ-ın Lend-Liz qərarını imzalaması Ukraynanın Rusiya qarşısında tam şəkildə dəstəklənməsinə yol açır. Eləcə də, iyunun 25-də keçirilməsi nəzərdə tutulan G7 ölkələrinin zirvə toplantısı Qərb koalisiyasının Rusiya qarşısında birgə fəaliyyətinin təşkilində dönüş ola bilər. Bu mənada, NATO-nun Türkiyəni incitməmək üçün o qədər də vacib olmayan Finlandiya və İsveç planını təxirə salma ehtimalı böyükdür”.
İ.Babayevin sözlərinə görə, Yens Stoltenberqin öz nitqində İraq və Suriyaya işarə etməsi də təsadüfi deyil. Həmin regionlarda NATO-nun maraqlarını məhz Türkiyə müdafiə edir. Əks halda Alyans həmin ərazilərdə böyük gərginliklərlə üz-üzə qala bilər. Hətta terror təhdidi daha da böyük miqyas alar. “Digər tərəfdən, Türkiyə Cənubi Qafqazın təhlükəsizliyində əsaslı rol oynamaqdadır. Bir sözlə, Ankaranın qurum üçün əhəmiyyəti olduqca böyükdür. Bunun qarşılığında isə Finlandiya və İsveç öz şərtlərini diktə edə bilməz. Üstəlik, nəzərə alınmalıdır ki, Ağ Evin yeni xarici siyasət kursunda Rusiya amili yavaş-yavaş ikinci plana keçir və onu Çin əvəzləyir.
Rəsmi Vaşinqton açıq şəkildə Pekinin yürütdüyü siyasətə qarşı alternativlər səsləndirir. Bu isə NATO-nun qarşıdakı müddətdə Rusiya ilə deyil, Çinlə qarşıdurmaya gedəcəyi fikrini daha da möhkəmləndirir. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Sinqapurda keçirilən konfransdakı çıxışı da bu faktı təsdiqləyir. Hazırda Çin amili ABŞ-ın xarici siyasət və hərbi strateji planlarının ən mühüm tezisini təşkil etməkdədir”, - deyə siyasi şərhçi əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23

