Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır
20.11.2010 [10:50]
Dünən Qaradağ rayonunda YAP-ın yaradılmasının 18-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə partiyanın qərargahında xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Akt zalında davam etdirilən tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə YAP-ın yaradılması ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir: “Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkənin siyasi hakimiyyətinə gələn Heydər Əliyev 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi. Ulu öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, seperatçılıq meyllərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar edildi”.
çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov YAP-ın yaradılmasının 18-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Böyük uğurların əldə edilməsinin prinsipial əsaslarını diqqətə çatdıran Süleyman Mikayılov vurğulayıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf siyasətinin partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, tərəqqi edir: “Bu siyasətin məntiqi nəticəsi Azərbaycanın sürətli inkişafı, bölgədə lider dövlətə çevrilməsi, dünyaya inteqrasiya prosesinə aktiv şəkildə qoşulması və bu prosesdə uğurla iştirak etməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və beynəlxalq əhəmiyyətinin artmasına xidmət etməkdən ibarətdir. İnsanların rifahının yaxşılaşdırılması istiqamətində dövlətin uğurlu siyasəti və həyata keçirdiyi çox mühüm tədbirlər, böyük regional iqtisadi layihələrin bilavasitə Azərbaycanın iştirakı ilə gerçəkliyə çevrilməsi indiki iqtidarın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Azərbaycanı misilsiz inkişaf həddinə çıxaran partiyamızın Sədri, Prezident İlham Əliyev yeni zamanın yeni lideri, həyata keçirdiyi daxili və xarici siyasət kursu, əldə etdiyi nailiyyətlər qazanılan uğurların möhkəm təməlini təşkil edir”.
Süleyman Mikayılov deyib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 520 mindən artıq insan birləşib: “Bu insanlar sadəcə olaraq partiyaya üzv olmaq naminə deyil, müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönlü dövlətin qurulması naminə birgə səy göstərmək amalı ilə Yeni Azərbaycan Partiyasının ətrafına toplaşmış üzvlərdir. Partiya sıralarında olan insanlar müxtəlif sahələrdə çalışmaqla, həm partiyamızın qarşısına qoyduğu vəzifələrə necə əməl etməsini sübut edir, həm də güclü dövlətin yaradılması prosesinə özünəməxsus töhfə vermiş olurlar”.
“Cəmiyyətdə günü-gündən sosial bazasını möhkəmləndirən Yeni Azərbaycan Partiyası əsas qüvvə kimi istimai-siyasi proseslərin önündə gedir” fikri ilə çıxışına başlayan YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev deyib ki, partiyamızın cəmiyyətin fəal, ziyalı, siyasi prosesləri dərindən dərk edən və düzgün nəticə çıxarmağı bacaran təbəqəsini özündə birləşdirən 520 mindən çox üzvü vardır: “Bu, Partiyamızın geniş resursa malik olduğunu göstərir”.
çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbir iştirakçılarını təbrik edərək deyib ki, 1992-ci ildə Azərbaycanın yenicə qazandığı müstəqilliyini qorumaq, dövlətimizi gücləndirmək və ölkəni bərabərhüquqlu aktor kimi beynəlxalq münasibətlər sisteminə çıxarmaq məqsədilə ətrafında vətənpərvər, uzaqgörən insanları birləşdirən Yeni Azərbaycan Partiyası yaradıldı: “Ağır dönəmdə Ulu öndər Heydər Əliyevin ətrafında toplaşmış vətənpərvər insanlar Naxçıvana gedərək Azərbaycanın işıqlı sabahına olan ümidlərinin yalnız və yalnız ümummilli liderimizlə bağlı olduğunu sübuta yetirdilər. Həyatları təhlükədə olmasına baxmayaraq, dövlətimizin və xalqımızın gələcəyini düşünən bu insanlar yaradılmış partiyanı inkişaf etdirərək hətta deyərdim ki, bütövlükdə regionun avanqard, ən güclü siyasi qüvvəsinə çevirdilər. Ulu öndər Heydər Əliyevin partiyaya rəhbərliyi dönəmində qarşısına qoyduğu məqsəd və vəzifələrə doğru addım-addım irəliləyən Yeni Azərbaycan Partiyası xalqın etimadını doğrultmağa və ətrafında çoxminli kontingent formalaşdırmağa nail oldu. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi də partiyamıza daha böyük uğurlar gətirdi və bu gün də nailiyyətlər seriyası davam etdirilməkdədir”.
Sonra çıxış edən partiya fəallarından Rəhman Yusifov, Hicrət Qaradağlı, İmran Şıxəliyev, Xatirə Namazova və Şahmar Hüseynov Yeni Azərbaycan Partiyasının dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışıblar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

