Avropa İttifaqı üzvlüyünə namizəd statusu...
25.06.2022 [10:25]
Ukrayna və Moldovaya nə vəd edir?
N.BAYRAMLI
Avropa İttifaqı Şurası tərəfindən Ukrayna və Moldovaya Avropa İttifaqının (Aİ) üzvlüyünə namizəd statusu verilib. Bu münasibətlə Aİ Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenskini və Moldova Prezidenti Maria Sandunu təbrik edib. Gürcüstana isə namizəd status verilməyib. Şarl Mişel bildirib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu veriləcək. “Gürcü xalqını təbrik edirəm. Gürcüstanın gələcəyi Avropa İttifaqı daxilindədir”, - deyə o qeyd edib.
Ukrayna və Moldova prezidentləri Avropa İttifaqı liderlərinin bu qərarını alqışlayıblar. Gürcüstanın dövlət başçısı Salome Zurabişvili isə bəyan edib ki, Gürcüstan Aİ Şurası tərəfindən onun Avropa perspektivini tanıdıqdan sonra Avropa İttifaqına namizəd üzv statusu almaq üçün növbəti aylarda işləməyə hazırdır. “Tarixi gün. Gürcüstanın Avropa perspektivi tanınıb. İndi biz namizəd statusunu əldə etmək üçün növbəti aylarda əzmlə işləməyə hazırıq”, - deyə Gürcüstan Prezidenti tvitter hesabında yazıb.
Namizədlik statusu Ukrayna və Moldovaya nə verəcək? Nə üçün Gürcüstana bu status verilmədi? Məsələ ilə bağlı politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirib ki, keçən həftə Avropa Komissarları Kollegiyası Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə qərarını təsdiqləmişdi. Avropa Komissarları Kollegiyasının iclasında Ukrayna və Moldovaya namizədlik statusunun verilməsi ilə bağlı müsbət rəy təsdiqləndi və Gürcüstan isə bu statusu almaq üçün “şərtləri yerinə yetirməlidir” kimi fikirlər səsləndirildi. Onun sözlərinə görə, üzvlüyə namizədlik özlüyündə bir ölkənin keçməli olduğu 3 mərhələdən ikincisidir: “Üzvlüyə namizədliyin üstünlüyü sadəcə siyasi, iqtisadi yaxınlıq, bir sıra hallarda isə hətta himayə statusu, təhlükəsizlik məsələlərində standartların yaxınlaşdırılması deməkdir. Namizədlik statusu haqqında qərardan əvvəl Kiyevdə səfərdə olan Almaniya, Fransa, İtaliya və Rumıniya liderləri Ukraynaya Avropa İttifaqına üzvlüyə namizəd statusu verilməsinə razı olduqlarını bildirmişdilər”.
Politoloq qeyd edib ki, uzun illərdir Avropaya inteqrasiya yolunda ciddi işlər görən, hətta buna görə sarsıdıcı zərbələr alan Gürcüstan prosesdən kənarda qaldı: “Çünki Şərq Tərəfdaşlığı proqramı start götürəndən sonra 2008-ci ildə Rusiya Gürcüstana açıq hərbi müdaxilə etdi, onun ərazisində olan iki separatçı rejimə dəstək verdi. 2008-ci ildə “Şərq Tərəfdaşlığı” Proqramı formalaşanda ümumi yanaşma bundan ibarət oldu ki, bu platformaya qoşulan ölkələr sonrakı mərhələdə təşəbbüskar olsalar, Avropa İttifaqı üzvlüyünə namizəd və üzv kimi qəbul edilə bilərlər. Buna əsas kimi keçmiş SSRİ-nin nüfuz dairəsində olan bir neçə sosialist quruluş təcrübəsi olan ölkələrin quruma üzvlük proseduru götürülürdü. Proseslər isə fərqli istiqamətdə inkşaf etdi və Avropa İttifaqının bu prosesi uzatması bəzi postsovet ölkələrini ciddi zərbə altına qoydu”.
Y.Hacıyevanın sözlərinə görə, bu illər ərzində Avropa İttifaqının atdığı addımlarından aydın oldu ki, elan olunan məqsədlərlə praktiki fəaliyyət arasında ciddi disbalans var. Saakaşvilinin Gürcüstanda hakimiyyətdən getdiyi dönəmdə isə Avropa İttifaqına üzvlüklə bağlı, ümumilikdə Avropa dəyərləri ilə əlaqədar Gürcüstanda fərqli bir tendensiya yaşandı. “Məsələn, Avropa İttifaqının Gürcüstana bildirdiyi iradlardan biri də cinsi azlıqlara qarşı dözümsüzlüyün artması və s. kimi mövzulardır. Çünki belə qruplara qarşı ən total etiraz postsovet ölkələrində məhz keçən il Gürcüstanda oldu”,- deyən politoloqun fikrincə, Avropa dəyərləri toplusunda olan belə “dəyərlər” bu coğrafiyada özünü doğrultmur. Postsovet ölkələrində Avropa dəyərlərini cinsi azlıqlar və s. kimi məsələlərlə əlaqələndirmək düzgün deyil və belə təbliğat inteqrasiya mövzusunu gözdən salır.
“Gürcüstan tərəfinin yanaşması belədir ki, bu ölkə özü üçün də Avropa İttifaqına üzvlük məsələsini son illərin hadisələri fonunda prioritet hesab etmir. Gürcüstan təhlükəsizliyi və iqtisadiyyatı ilə bağlı daha ciddi problemlərin öhdəsindən gəlməyə çalışır. Rəsmi Tbilisi Avropa İttifaqı üzvlüyünə namizəd olmaqla özünü hədəfə gətirmək istəmir. Ukrayna nümunəsi göstərdi ki, Qərb üçün ölkələrin dağılması ciddi narahatedici faktor deyil. Heç kim demir ki, gün ərzində Ukrayna 1000-ə yaxın əsgərini itirir. Yəni Gürcüstanın bu proseslərdən kənarda qalmasının başlıca səbəbi bu ölkənin özünün lazımi təşəbbüs göstərməməsidir. Çünki indiki məqamda üzvlüyə namizədlik Gürcüstana yaxşı nəsə vəd etmir”, - deyə Y.Hacıyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12

