Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur
30.11.2010 [10:01]
Məlum olduğu kimi, noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin (DAG) I Konqresi keçirilib. Konqresi Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Gənclər və İdman Nazirliyi (GİN) ilə birgə təşkil edib. Konqresdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, 41 gənclər təşkilatının nümayəndələri, dünyanın 23 ölkəsindən 131 gənclər qurumunun, 25 ölkədən 41 diaspor təşkilatının rəhbərləri iştirak ediblər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT - AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konqresi açaraq deyib ki, Azərbaycan gəncliyi ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olub, respublikamızın inkişafında mühüm rol oynayıb: “Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm verib. 1970-ci illərdə ümummilli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali təhsil müəssisəsində 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini elə həmin şəxslər təşkil edirlər. Prezident İlham Əliyev Ulu öndərin bu siyasətinə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur”.
Prezident Administrasiyasi İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. O, bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürüdüblər: “Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur. Hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır. Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizin əsas hissəsi isə yeni, sağlam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir. Gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir”.
Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının şöbə müdiri xatırladıb ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri, məhz, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması olub: “Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı bu addımla, məhz, gənclər siyasətindən başlamaqla ümummilli liderimiz bu günləri düşünürdü, gənclərin gələcəyini və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur”.
Ə.Həsənov həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan və təhsil alan gənclərin qarşısında duran vəzifələrdən də danışıb. O, gənclərə müraciətlə deyib ki, sizin qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır: “Sizin gücünüz, intellektiniz Vətənin, dövlətin, millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də, məhz, sağlam və təhsilli gənclik yetişdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi, məhz, bunun əsasında tanıyacaq, sevəcək, hörmət edəcək və dəstək verəcəkdir. Dünya virtual məkanındakı ünsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnmək, həmçinin, bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunması vacibdir”.
Prezident Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə də gənclərə məlumat verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatını puça çıxarmaqdır. Əli Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Siz yaşadığınız ölkələrdə elə bir önəmli amilə, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsini dünyaya yaymaqda o qədər də böyük əhəmiyyəti olacaqdır. Bu istiqamətdə hər bir ölkədə fəaliyyət göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız. çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanından yaxşı faydalanmaq lazımdır”.
Sonra RAGT-ın icraçı direktoru Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini oxuyub.
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, DAG-ın Konqresi Azərbaycanın zəngin ictimai-siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcək: “Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir. İndi Azərbaycan dövləti öz tarixinin şanlı səhifələrini yaşayır. Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzmkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm sütunlar üzərində uğurla inkişaf etməkdədir. Gənclərlə aparılan iş 2003-cü ildən yeni mərhələyə qədəm qoymuşdur. Təməli Ulu öndərimiz tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir”.
Konqres iştirakçıları qarşısında təbrik sözü ilə TürkPA-nın baş katibi Ramil Həsənov, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov çıxış edib, tədbirlə bağlı fikirlərini bölüşüblər.
Türkiyənin Frankfurtdakı baş konsulu İlhan Sayqılı Türkiyə-Azərbaycan dostluğundan danışmış, çıxışını “Türkiyə ilə Azərbaycan bir ürək, bir candır” sözləri ilə bitirib.
Sonra 4 paneldən ibarət konqresin “Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu” mövzusunda ilk bölmə iclası keçirilib.
Məruzələr ətrafında çıxışlar olub.
Konqres işini noyabrın 28-də davam etdirib.
Tədbirin ikinci günü “Virtual həftəsonu məktəbi”nin təqdimatı ilə başlayıb. Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq layihə barədə məlumat verib. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev edib.
Layihənin geniş təqdimatından sonra suallara cavab verilib, təkliflər səsləndirilib. çıxış edənlər gələcəkdə “Virtual həftəsonu məktəbi”ndə uşaq nağılları, mahnılarının səsli və görüntülü şəkildə yerləşdirilməsini, bu portalın linkinin diaspor təşkilatlarının internet saytlarında yer almasını təklif ediblər.
Noyabrın 28-də günün ikinci yarısında öz işini “Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası” və “İnsan hüquq və azadliqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində” məsələlərinin müzakirəsinə həsr etmişdir.
Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov çıxış edərək bildirib ki, müxtəlif ölkələrdəki azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası ən aktual məsələdir.
Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tale Heydərov çıxış edərək rəhbərlik etdiyi qurumun yaranma tarixi və bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: “Siyasi aspektdən tanıtma deyəndə, biz, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşrlərimiz var, kitab, jurnal və qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində “100 suala cavab” kitabı nəşr olunmuşdur, qəzetimiz bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanmışdır”, - deyə o, məlumat verib.
Tale Heydərov qeyd edib ki, cəmiyyət yalnız Rusiya arxivlərində saxlanılan sənədlər əsasında ermənilərin Qafqaza, o cümlədən hazırkı Ermənistana köçürülməsi haqqında faktlar və məlumatlardan ibarət 3 cildlik yeni kitabı çapa hazırlayır: “Kitabın rus variantı artıq hazırdır, Azərbaycan və ingilis dili versiyaları da tezliklə hazır olacaq. Bu kitab bütün dünyada yayılacaqdır. Azərbaycan və ayrıca olaraq Xocalı soyqırımı haqqında filmlər hazırlanır və gələn ilin əvvəllərində həmin filmlər Avropanın müxtəlif telekanallarında nümayiş etdiriləcəkdir. Britaniya parlamentində “Azərbaycanın mühafizəkarlar dostu” qrupu yaradılmışdır. Xocalı qətliamının tanınması üçün təkcə bu il parlamentdə 30-dan çox imza toplanmışdır. Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür və ermənilər özləri də bunu etiraf edirlər. AAC siyasətçilərin və deputatların Azərbaycana səfərlərini təşkil edərək ölkəmizin tanıdılması məqsədilə layihələr həyata keçirir”.
Tale Heydərov lobbiçilik işində “online” kampaniyaların əhəmiyyətindən də danışıb və AAC-nin bu kampaniyalardan uğurla istifadə etdiyini bildirib. Onun fikrincə, dünyada yaşayan soydaşlarımızı, azərbaycanlı gəncləri, məhz, bu cür kampaniyalara səfərbər etmək lazımdır. “AAC Avropadakı digər diaspor təşkilatları və gənclərdən ibarət qurumlarla əməkdaşlığa və birgə layihələr həyata keçirməyə həmişə hazırdır”,-deyə natiq vəd edib.
Kanada Azərbaycan Əməkdaşlıq Assosiasyasının sədri İlham Axundovun xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı barədə çıxışı maraqla dinlənilib.
Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Böyük Britaniyadakı “Sara Xatun” Cəmiyyətiib sədri Simuzər Baloğlanova, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının sədri İradə Axundova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Avropa Azərbaycanları Konqresinin prezidenti Başar Kömür və digər diaspor təşkilatları rəhbərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələrdən sonra Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsi oxunub və təkliflər nəzərə alınmaqla qəbul edilib.
Qətnamədə Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyası dəstəklənib.
Konqresin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupu yaradılıb.
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti də qəbul olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin işini yekunlaşdıraraq toplantının uğurla keçdiyini bildirib və bütün iştirakçıları təbrik edib. Bir daha bu konqresin əhəmiyyətini vurğulayan Nazim İbrahimov tədbirin gənclərə yaratdığı ünsiyyət imkanının gələcəkdə konkret əməkdaşlıqda, səmərəli layihələrdə əksini tapacağına ümid etdiyini deyib.
Bununla da, Dünya Azərbaycanlı Gənclərinin I Konqresi öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42

