AŞPA-dan Azərbaycana qarşı növbəti qərəz...
01.07.2022 [09:58]
Təşkilatın qərarı hansı məqsəd güdür?
Nardar BAYRAMLI
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr” adlı məruzə hazırlanması haqqında qərar qəbul edib. Qərara əsasən məruzəni qurumun Hüquq məsələləri və insan hüquqları komitəsi hazırlayacaq. Eyni zamanda, Mədəniyyət, elm, təhsil və KİV komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb. Sənədin hazırlanmasında LGBT fəalı, blogger Əvəz Hafizlinin bu il fevralın 22-də öz evində öldürülməsi faktı əsas “səbəblərdən” biri kimi göstərilir.
Ümumiyyətlə, AŞPA-nın bu addımı Azərbaycana qarşı növbəti qərəzin göstəricisidir. Ölkəmizin təşkilatdakı nümayəndə heyəti bu sənədin qəbul olunmaması üçün hansı işləri görür? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, verilən bu qərar qeyri-obyektivdir. Onun sözlərinə görə, AŞPA-da əvvəllər də ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirilib: “Amma Azərbaycan dövləti, o cümlədən nümayəndə heyətimiz hər zaman milli maraqlarımızın qorunmasında, ədalətli mövqeyimizin çatdırılmasında prinsipiallıq nümayiş etdirib. Bu dəfə də belə olacaq”. Nümayəndə heyətinin rəhbəri deyib ki, Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir və mətbuat azaddır. Vətəndaş cəmiyyətinin inkişafı üçün münbit şəraitin olduğunu deyən S.Səmədov diqqətə çatdırıb ki, bu məsələlər hüquq çərçivəsində, qanunlarla tənzimlənir.
Parlamentin komitə sədri qeyd edib ki, AŞPA daxilində müəyyən qüvvələr Azərbaycanın imicinə xələl gətirməyə çalışırlar: “Amma buna nail ola bilməyəcəklər. “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr” adlı məruzə hazırlanması haqqında qərarın qəbul edilməsi də düzgün deyil. Bir qrup şəxsin qanunsuz şəkildə AŞPA-nın binasına daxil olub müəyyən şəxslərdən imza toplayaraq belə bir addım atmalarını qəbul etmirik. Biz bu məsələ ilə bağlı öz addımlarımızı atırıq və AŞPA-nın müvafiq orqanlarına məktubla müraciət etmişik. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam edəcəyik, lazımi faktlar təqdim olunacaq. Məruzə gələcəkdə müvafiq komitədə müzakirəyə çıxarılanda da prinsipial mövqeyimizi ortaya qoyacağıq”.
“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Əliməmməd Nuriyev isə bildirib ki, Azərbaycanda jurnalistlər və hüquq müdafiəçiləri üçün heç bir təhlükə yoxdur. Jurnalist peşəsinin çətin, riskli peşə olduğunu deyən Ə.Nuriyevin sözlərinə görə, bu, dünyanın hər yerində belədir: “Jurnalistlər fəaliyyətlərində obyektiv olmalıdırlar. Azərbaycanda jurnalistlərin sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Eyni zamanda, hüquq müdafiəçilərinə son illər tamamilə fərqli münasibət formalaşıb. Yəni onların fikirlərinə hörmətlə yanaşılır, qaldırdıqları məsələlərin həllinə yönəlik addımlar atılır. Əfv sərəncamlarında da hüquq müdafiəçilərinin müraciətləri əsasında çoxlu sayda məhkum azadlığa qovuşub. O ki qaldı LGBT üzvü, blogger Əvəz Hafizlinin öldürülməsinə, bu, şəxsi zəmində baş verən məişət xarakterli cinayət hadisəsidir. Yəni onun ölümü peşə fəaliyyəti ilə bağlı deyil. Hüquq mühafizə orqanları onu öldürən qohumunu həbs edib, cinayət işi açılıb. İstintaq başa çatandan sonra məhkəmə hökmü veriləcək. Bu, o deməkdir ki, dövlət üzərinə düşən hüquqi öhdəlikləri yerinə yetirir”.
Ekspert hesab edir ki, AŞPA həmin məruzəni hazırlayarkən doğru faktlara əsaslanmalı, şayiələrə istinad etməməlidir. “Əslində, belə bir qərar məni təəccübləndirir. Hansı ölkələrdə ki, o cümlədən Avropa ölkələrində jurnalistlər peşə fəaliyyətinə görə təzyiqlərə məruz qalır, döyülür, öldürülür, AŞPA səsini çıxarmır. Amma Azərbaycana qarşı əsassız iddialar irəli sürülür” - deyən, Ə.Nuriyevin fikrincə, AŞPA Bürosunun Azərbaycanla bağlı məlum qərarının arxasında siyasi motiv dayanır. O qeyd edib ki, həmin məruzənin hazırlanması ölkəmizə təzyiq göstərmək üçün bir bəhanədir: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi erməni təəssübkeşlərini narahat edir. AŞPA-da çox sayda deputatlar erməni lobbisi tərəfindən ələ alınıb. Buna görə də, Ermənistanın 30 illik işğalçı siyasətini, azərbaycanlılara qarşı etnik təmizləməni, 1 milyondan çox qaçqın və məcburi köçkünü, soyqırımını, işğal altında olan ərazilərin dağıdılmasını görməzdən gəliblər. Artıq torpaqlarımızı azad etmişik, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri həmin ərazilərə səfər edib erməni vandalizminin şahidi olurlar. Yaxşı olar ki, AŞPA-nın da nümayəndələri gəlib görsünlər”.
Ə.Nuriyevin fikrincə, həmin məruzənin hazırlanması prosesində millət vəkillərimizlə yanaşı kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin nümayəndələri də fəal olmalıdırlar. Belə ki, məruzə hazırlanarkən doğru-düzgün faktlar təqdim edilməli, nəticə etibarilə ədalətli qərarın verilməsinə nail olmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

