Dünyaya ağalıq etmək istəyən güclərin "informasiya toru"
02.12.2010 [09:28]
Artıq bir neçə gündür ki, beynəlxalq aləm bir-birinə dəyib. Buna səbəb isə məxfi sənədlərin yayılması üzrə ixtisaslaşan “WikiLeaks” internet saytının noyabrın 28-də ABŞ-ın xarici siyasətinin strategiyası haqqında “məxfi” məlumatları dərc etməsi olub. Məhz bu məlumatların dərcindən sonra ortaya bir sıra suallar çıxıb. Əsas suallardan biri isə “bu, dünyaya nəzarət etmək istəyində olan güclərin informasiya oyunu ola bilərmi” şəklindədir.
Əslində, sualın bu şəkildə qoyulması heç də təsadüfi deyil. çünki hələ ötən əsrin ortalarından etibarən əksər alimlər beynəlxalq ictimaiyyəti yeni təhlükələr barədə xəbərdar etməyə başlamışdılar. O zaman gələcək əsrin insanını gözləyən əsas təhlükələrdən biri kimi məhz informasiya savaşının göstərilməsi isə heç də təsadüfi deyilmiş. Hər halda, müasir zaman kəsiyində mütəmadi olaraq tuş gəldiyimiz məqamlar bizləri “informasiya əsri”nin köləsi olmamaq üçün daha ayıq-sayıq addımlar atmağa vadar edir. çünki bu gün dünyaya ağalıq etmək istəyən güclər öz mənafeləri naminə informasiyadan silah kimi istifadə edərək, ölkələr daxilində çaxnaşmalar yaradır, hətta dövlətlərarası münasibətləri belə korlaya bilirlər. Yuxarıda bəhs etdiyimiz “WikiLeaks” internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya “bəzi gizli məqamlarını” əks etdirən materialların yayılması güclənən informasiya müharibəsinə əyani sübutdur.
ümumiyyətlə, bu materialların yayılma istiqamətlərinə nəzər yetirdikdə, “WikiLeaks” internet saytını dezinformasiya ilə təmin edən qərəzli mənbə və dünyaya ağalıq etmək istəyən güclərin məqsədləri açıq-aydın görünmüş olur.
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyi
Heç şübhəsiz “məxfi” sənədləri “WikiLeaks” internet saytı vasitəsilə dövriyyəyə buraxan qüvvələrin əsas məqsədlərindən biri də Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməkdir. Bu arzunun ortada olmasını isbatlamaq üçün heç də dərin analizlər aparmaq lazım deyil. Sadəcə, sözügedən internet saytı vasitəsilə yayılan məlumatların ətrafında aparılan “müzakirələr”, həmçinin, bu zaman Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirilməsinə yönəlik məqamların qabardılması cəhdləri kimin (yaxud da kimlərin) nə istədiyini açıq şəkildə ortaya qoyur.
Bir sözlə, “WikiLeaks”in “məxfi” sənəd əməliyyatını, eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına qarşı zaman-zaman yönəlmiş təxribatlardan biri kimi də dəyərləndirmək olar. Daha doğrusu, əksər ekspertlərin qənaətinə görə, saytın ortaya çıxardığı “məlumatlar” sırasında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı məqamların xüsusi olaraq qabardılması iki qardaş ölkəyə, bu ölkələr arasındakı dostluq-qardaşlıq münasibətlərinə qarşı yönəlmiş bir təxribatdır.
Təəssüflər olsun ki, istər ölkəmizdə, istərsə də qardaş Türkiyədə bu cür təxribatların ayaq açmasına vasitəçilik edən, bilərəkdən və yaxud da bilməyərəkdən burada alət rolunu oynayanlar var. Lakin bu təxribatlarla heç nəyə nail olmaq mümkün deyil. çünki dünyaya örnək olacaq Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Bu dostluq-qardaşlıq münasibətləri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin “Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir” kəlamlarından güc alır.
Cənubi Qafqazda əbədi sülhə mane olmaq istəyi
Yeri gəlmişkən, “WikiLeaks”in saytında təsdiq edilməmiş və əsassız məlumatların yayılma zamanını da diqqətdən qaçırmaq olmaz. Daha doğrusu, məlumatı hələ xeyli öncə əldə etdiyini deyən saytın onu məhz ATƏT-in Astanada keçirilən sammiti ərəfəsində yaymasını heç də təsadüfi saymaq olmaz. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun da qeyd etdiyi kimi, Avrasiya regionu üçün ümumilikdə bu təsdiq edilməmiş və əsassız məlumatların ATƏT-in Astana sammiti ərəfəsində meydana çıxması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla, region üçün həlli vacib məsələlərdə əngəllər yaradır.
Bir sözlə, görünən odur ki, hansısa beynəlxalq güclər-onları imperialist güclər adlandırmaq daha doğru olardı-ümumilikdə dünyada, o cümlədən, Cənubi Qafqaz regionunda əbədi sülhün yaranmasında maraqlı deyillər. çox güman ki, əbədi sülhün əldə edilməsi, münaqişə, yaxud da mübahisəli vəziyyətdə olan tərəflərin dil tapması həmin güclərin planlarını alt-üst edir. Odur ki, bu qaranlıq güclər “WikiLeaks” vasitəsilə “informasiya toru” “hörməyə” başlayıblar. Əsas məqsədləri də bacara bildikcə çox dövlətləri həmin tora salmaq, öz oyunlarının, informasiya savaşlarının qurbanına çevirməkdir. Bəs,
Qaranlıq güclər kimlərdir???
Hazırda “WikiLeaks”in informasiya oyunlarından az-çox məlumatlı olan hər kəsi bu sual maraqlandırır. Təbii ki, günahı birbaşa okeanın o tayında, Birləşmiş Ştatlarda görən, yəni, bunu Vaşinqtonun idarəçilik sistemindəki zəifliklə bağlayanlar da var, eyni zamanda, “məxfi” sənədlərin dünya miqyasında ictimailəşməsində Ağ Evin marağının olduğunu söyləyənlər də. Hər halda, hər kəs fikir bildirməkdə azaddır. Amma kimsə inciməsin mənim üçün ən doğru sayıla biləcək cavabı qonşumuz Həsən dayı verdi: “Qonşu, çox baş sındırmaq lazım deyil. Bu işlərin arxasında o güclər dayanıb ki, onlar dünyanın tək hakimi olmaq iddiasındadırlar. Bu iddialarını gerçəkləşdirməyin yolunu isə dünyanı bir-birinə vurmaqda görürlər. Ona görə də, həmin güclərin adına heç yerdə, hətta “WikiLeaks”in yaydığı “məxfi” sənədlərdə belə rast gəlmək çətin olur”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01

