Ermənilərin növbəti barbarlığı -yağmalayır, yanğın törədirlər...
05.07.2022 [10:32]
Kəlbəcərdə yaşanan hadisələr təkrarlanır
Günel ABBAS
Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın altıncı bəndinə uyğun olaraq Laçın rayonunun təhvil verilməsi üçün Laçın dəhlizinə alternativ yol çəkilməlidir. Alternativ yolun tikintisi isə ən gec gələn ilin sonuna kimi yekunlaşmalıdır. Yolun tikintisini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqladığı məlumatda işlərin nəzərdə tutulan vaxtdan daha tez yekunlaşacağı bildirilib. Yeni yolun istifadəyə verilməsinin ardından isə Laçın şəhəri Azərbaycana təhvil veriləcək.
Laçın şəhəri, Laçın dəhlizi və Zabux kəndi Azərbaycana təhvil verildikdən sonra bölgəyə gediş-gəlişdə də mühüm dəyişikliklər baş verəcək. Çünki Laçın rayonuna bir neçə istiqamətdən yol gedir. Zabux, Güləbird istiqamətindən keçən yol Laçın rayon mərkəzinə daxil olur. Laçının mərkəzindən isə rayonun bütün ərazisinə Şimal-Qərb istiqamətindən, yaylaqlardan keçməklə Kəlbəcərə getmək mümkün olacaq. Qeyd edək ki, hazırda bölgədə yeni tuneller çəkilir. Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdikdən sonra Şuşadan çıxan maşınlar Laçından keçməklə Kəlbəcərə, oradan da Daşkəsən və Göygöl istiqamətinə hərəkət edə biləcək. Dövlət başçısı da tez bir zamanda azad edilmiş ərazilərə yeni yolların çəkilməsini qarşıya məqsəd qoyub. Bu da bərpa-quruculuq və məskunlaşma üçün olduqca vacibdir.
Ermənilər talayır, soyur, yandırırlar - öz mallarını da...
Laçın dəhlizində yeni alternativ yolun tikintisinin yekunlaşmaq üzrə olması, dəhlizin və şəhərin Azərbaycana təhvil verilməsi xəbəri erməniləri təşvişə salıb. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə burada qaldıqları halda vətəndaşlıq verilməsi və daha yaxşı həyat şəraiti vəd etsə də, görünür, onların bu vəziyyətlə razılaşmaq niyyəti yoxdur. Hətta iş elə bir həddə çatıb ki, Laçını tərk etməyə hazırlaşan ermənilər öz əşyalarını da yağmalayırlar. Xarici KİV-də yayılan məlumata görə, onlar şəhərdə soyğun, talan və yanğınlar törədirlər. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntüdə bir qadın çəkiliş apara-apara deyir: “Gəlmişik evimizə, hansı ki, qapını bağlayıb çıxmışdıq. Buradan türklər keçib, ya ermənilər? Açarı götürüb evə daxil oldum və mənzərə... Mənim erməni vətəndaşlarımın mənzərəsi... Qapılar, pəncərələr, qalan əşyalar yoxdur”.
Soydaşlarını sərt tənqid edənlərdən biri də Vardan Qukasyan adlı bloggerdir. O, “YouTube” kanalında paylaşdığı videoda erməniləri təhqir edib. “Sosial mediada yayılan görüntünü gördüm, şoka düşdüm. Laçında ermənilərin işğaldan sonra yaşadıqları evləri elə ermənilər talayır. Bu görüntüdə olana talan demək ən yumşaq ifadədir. Evə girib texnika, qır-qızıl, pul oğurlamaq talan sayılar, amma evə girib, qapı-pəncərə, kafel, unitaz oğurlamağa nə ad qoyasan? Bu talan deyil, heç bir dildə bunu ifadə etmək üçün söz yoxdur. Məsələ ondadır ki, bunu edənlər türklər deyil, öz ermənilərimizdir!’’ - deyə blogger gileylənib. Vardan Qukasyan soydaşlarının Ağdamı və başqa şəhərləri qarət edib Yer üzündən silmə cəhdlərini də etiraf edib. O, belə talançılıq əməllərinin əsl erməni siması olduğunu vurğulayıb.
Qeyd edək ki, 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan ermənilər Ağdam və Kəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədirdilər. Elə ermənilər də bu kadrları yəqin ki, unutmayıb. Ancaq bu gün Azərbaycan əsgərinin ayağının dəydiyi hər bir qarış torpaq yenidən qurulur. Barbarların dağıtdığı, xarabalığa çevirdiyi əraziləri Azərbaycan dövləti bərpa edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

