ATƏT-dən YAN keçən təşəbbüs
06.07.2022 [10:08]
Ermənilərin üç cəhdi fiasko ilə nəticələndi
Məğlub ölkənin nümayəndə heyəti ATƏT PA-da “siyasi nokaut” vəziyyətinə düşdü
Nurlan QƏLƏNDƏRLİ
Bir əsrdən çoxdur ki, nəhəng güc mərkəzlərinin rəqabət meydanı kimi müxtəlif ixtilafların, gərginlik və qarşıdurmaların hökm sürdüyü Cənubi Qafqazda artıq postmüharibə mərhələsidir. İkinci Qarabağ müharibəsində Qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycan mühüm reallıqlar yaradıb. Söhbət yeni regional təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasından gedir. Beynəlxalq ictimaiyyət müharibənin bitməsi, münaqişənin geridə qalması - yeni mərhələnin başlanması reallığını qəbul edir, yeni strateji yanaşmalar ortaya qoyur. İfadə edilən məqam budur ki, bölgədə dayanıqlı sabitlik və işbirliyi mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması vacibdir. Bununla bağlı təşəbbüslər irəli sürülür, məsələ müxtəlif görüşlər çərçivəsində müzakirə olunur. Son olaraq Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə keçirilmiş üçüncü üçtərəfli görüşdə mühüm razılaşmalar əldə edilib. Təfərrüatlar bəllidir. Sadəcə, qeyd etmək lazımdır ki, Bakı hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil.
Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyasında Ermənistan nümayəndə heyətinin postmüharibə dövrünün reallıqlarına uyğun olmayan yararsız və faydasız “təşəbbüs”lərlə çıxış etməsi də bu reallığın təsdiqidir.
İllik sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsi və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihələrinə mürtəce dəyişiklik irəli sürülüb. Erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan tərəfindən irəli sürülmüş Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin Qətnamə layihəsinə “Dağlıq Qarabağ münaqişəsi”ni və “ATƏT-in Minsk qrupu”nu daxil etmək məqsədilə hazırladığı dəyişiklik müzakirəyə çıxarılıb. Müzakirə zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək Assambleyanı müharibədən sonra mövcud olan reallığa zidd dəyişikliyi qəbul etməməyə çağırıb. Beləliklə, Ermənistanın təklifi səsə qoyulub, 27 səs əleyhinə, 12 səs lehinə olmaqla düzəliş rədd edilib.
Komitə iclasının davamında ermənipərəst isveçli deputat Bjorn Soderin “saxlanılan erməni hərbçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təklifi, eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı müzakirəyə çıxarılıb. İsveçli deputatın təklifinə qarşı çıxan Azərbaycan nümayəndə heyətinin rəhbəri həbs edilmiş erməni hərbçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfində süni əngəllərin yaradıldığını əsas gətirərək ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olacağını vurğulayıb. Nəticədə, B.Soderin təklifi səsə qoyulub, 24 əleyhinə, 12 lehinə olmaqla rədd edilib.
Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı etdiyi üçüncü cəhd də ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihəsinin müzakirəsi zamanı edilib. Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyanın yenə “Dağlıq Qarabağ”a və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarılıb. Ermənilərin təklifinə qarşı çıxan parlament nümayəndə heyətimizin rəhbəri bu təklifin birtərəfli və əsassız olduğunu, hazırda Avropa İttifaqı tərəfindən aparılan üçtərəfli Brüssel danışıqlarında zəruri məsələlərin müzakirə edildiyini, bu kimi mövzuların ATƏT PA-nın Qətnaməsinə salınmasının zərərli olacağını əsas gətirərək Assambleya üzvlərini bu təklifi qəbul etməməyə çağırıb. Sonra M.Karapetyan tərəfindən hazırlanan düzəliş səsə qoyulub, 18 səs əleyhinə, 11 lehinə olmaqla rədd edildi.
Beləliklə, Ermənistan nümayəndə heyətinin üç cəhdi də fiasko ilə nəticələnib və ermənilərin təşəbbüsü ATƏT-dən YAN keçib. Başqa sözlə, məğlub ölkənin nümayəndə heyəti ATƏT PA-da “siyasi nokaut” vəziyyətinə düşüb.
Bu fakt prosesi sabotaj etməyə çalışan İrəvana və revanşist cəhdlərlə çıxış edən müəyyən dairələrə ciddi xəbərdarlıqdır. Bilməlidirlər ki, onların bu gün regional proseslərə təsir etmək və geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Ən əsası, nəzərə almalıdırlar ki, bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Görünən budur ki, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. İstər üçtərəfli bəyanatlarda, istərsə də Avropa İttifaqı Şurası prezidentinin mətbuata açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, Minsk qrupundan bəhs olunmaması, bir müddət əvvəl Rusiya Prezidentinin münaqişənin bitməsi barədə fikirləri, son olaraq isə ermənilərin təşəbbüsünün ATƏT PA-da rədd edilməsi də bu reallığın ifadəsidir. Ona görə də Ermənistanın bir yolu var - yeni geosiyasi reallıqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoymaq, süni siyasi gündəm formalaşdırmaq cəhdindən əl çəkmək. Prezident İlham Əliyevin təbirincə, Ermənistan müharibənin dərsini unutmamalıdır!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

