Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müsavat Partiyasında növbəti istefalar gözlənilir

Müsavat Partiyasında növbəti istefalar gözlənilir

03.12.2010 [10:06]

Partiyadaxili qruplaşmaların savaşında məğlub olan tərəf kütləvi şəkildə getmək qərarı verib
Noyabrın 7-də keçirilən parlament seçkilərində məğlub olan Azərbaycan müxalifətində “yarpaq tökümü”nə start verilib. Parçalanmış düşərgənin aparıcı simaları bir-bir partiyaların sıralarını tərk etməyə başlayıblar. Adətən, bu hallar AXCP-dən başlanırdısa, bu dəfə prosesə Müsavat Partiyasından start verilib.
Məlum olduğu kimi, bir neçə gün öncə  Müsavat partiyası Məclisinin sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli partiyadan istefa vermələri ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, Müsavat partiyasında gedən rəsmi və qeyri-rəsmi müzakirələr, nəhayət, partiya Divanının son iclasında aparılan müzakirələr və qəbul olunan qərarlar adıçəkilən şəxslərlə partiya rəhbərliyi arasında dərin, strateji fikir ayrılığının olduğunu ortaya çıxarıb: “Bu, artıq taktiki deyil, qeyd etdiyimiz kimi, strateji xarakterli fikir ayrılığıdır. Biz qeyd olunan ümumi maraqların inkişaf perspektivi baxımından ağır, düzəldilməsi mümkün olmayan nəticələri olacaq bu yanlış qərarın, AXCP ilə vahid bir təşkilatda birləşməyə faktiki olaraq rədd cavabı verilməsinin məsuliyyətini şəxsi maraqları əsas götürən və siyasi qısqanclıqla hərəkət edənlərlə bölüşmək niyyətində deyilik. Bura sözün, eyni zamanda, birgə yolun bitdiyi yerdir. Bu səbəbdən biz, nə qədər ağır və acı olsa da, Müsavat partiyası üzvlüyündən istefa verdiyimizi bəyan edirik”.
Bəli, hələ bir müddət öncə “Yeni Azərbaycan” qəzeti olaraq biz, Müsavat Partiyası ilə AXCP-nin birləşməsi məsələsinin reallaşmayacağını bildirmişdik. Hətta Müsavat Partiyasında Sülhəddin Əkbərin başçılığı altında antiQəmbər qruplaşmasının bu istiqamətdə fəal iş apardığı haqda da məlumat vermişdik. Bu partiyada maraqlı proseslər davam etməkdədir. Hadisələrin gedişi yaxın dövr ərzində Müsavat partiyasından daha bir neçə qopmanın mümkünlüyünü istisna etmir.
O baxımdan ki, hələ 2006-cı ildə keçirilən Məclis sədrliyinə seçki zamanı Arif Hacılı-Rauf Arifoğlu birliyi ilə Sülhəddin Əkbər-Vurğun Əyyub qruplaşması qarşı-qarşıya gəlmişdi. Həmin zaman birinci qrupda Müsavat rəhbərliyindən Nəsib Nəsibli təmsil olunurdusa, qarşı tərəf cərgəsinin daha sıxlığı ilə fərqlənirdi. Yəni, Hikmət Hacızadə, Qabil Hüseynli və başqaları açıq şəkildə Sülhəddin Əkbərə dəstək vermişdi. Bu isə son nəticədə R.Arifoğlunun partiyadan inciməsinə, Məclis üzvlüyündən istefasına və İsa Qəmbərin təsisçisi olduğu qəzetdən uzaqlaşdırılmasına səbəb oldu. Bir neçə ildir ki, susan və öz məğlubiyyətinin acısını içində saxlayan qruplaşma qarşı tərəfdən acığını çıxdı.
Bir müddət öncə yazdığımız kimi, İ.Qəmbər heç də başqanlıqdan istefa vermək fikrində deyildi, sadəcə, “demokrat” görüntüsü yaradılmalı və “partiyadaşlarının təkidi” ilə yenidən ya lider, ya da sədr postuna seçilməli idi. Amma S.Əkbərin sədrin getməsi məsələsində israrlı olması İ.Qəmbərin planlarının hansısa məqamda həyata keçməməsinə yol aça bilərdi. çünki İ.Qəmbərin keçmiş müttəfiqi AXCP sədri Əli Kərimli ilə gizli danışığa gedən S.Əkbər onun birləşəcək partiyanın rəhbərliyinə gətirilməsi təqdirində həmin qurumda ikinci şəxs olmaq üçün başqana “tez-bazar yolasalma mərasimi” hazırlamalı idi.
Müsavat Partiyasındakı digər qruplaşma isə S.Əkbərin bunu həyata keçirəcəyi təqdirdə rəhbər strukturlardan uzaqlaşdırılacağını, xaricdən gələn pullardan əllərinin çıxacağını yaxşı dərk edirdi. Məhz bu baxımdan onlar var gücləri ilə İ.Qəmbəri inandırmağa çalışdılar ki, Ə.Kərimli-S.Əkbər cütlüyünün partiya rəhbərliyinə yiyələnməsi onun bütün imtiyazlarının əlindən alınması demək olacaq. Gələcəkdə seçkilər zamanı isə İ.Qəmbərə heç bir güzəşt edilməyəcək. İkinci bir tərəfdən, bu halda İ.Qəmbərin xaricdən gələn pullar üzərindəki nəzarəti də itəcək. Yəni, konkret şəkildə İ.Qəmbər yalnız təqaüdçü sədr qismində xatırlanacaq.
Təbii ki, bununla razılaşmayan başqan da daha sərt mövqeyə keçməyə qərar verib. Əldə etdiyimiz məlumatlara görə, Divanın iclasında İ.Qəmbər S.Əkbərdən mətbuatda etdiyi çıxışlara görə açıqlama tələb edib. S.Əkbər isə onun gedişinin nizamnamə çərçivəsində olması ilə əlaqələndirib. İ.Qəmbər isə onların arzularının ürəklərində qalacağını deyib. S.Əkbər başqanının bu davranışları qarşısında məhz qarşı qrupun təzyiqlərinə dözməyərək istefa verib və partiyanı onlara təslim edib.
Beləliklə, əsasən regionçuluq motivlərinə əsaslanan bu qruplaşmaların biri digərinə məğlub oldu. Bu üzdən S.Əkbərin rəhbərlik etdiyi regional qrupun üzvlərinin ard-arda partiyadan kənarlaşacağı günlər uzaqda deyil...
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30