Böyük Britaniyadan Rusiyaya müharibə anonsu
19.07.2022 [10:32]
Müharibə olacaq?
N.DİLQƏMLİ
Artıq beş aydır davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı aqressiya artmağa davam edir. Belə ki, Şərqi Avropada davam edən müharibə Qərblə Kreml arasında olan münasibətləri daha da gərginləşdirir. Baş verənlərin nəticəsi olaraq rəsmi Moskvanın Avropada sülh və sabitliyi təhdid etməsi səbəbilə Britaniya və müttəfiqləri Rusiyaya qarşı müharibə elan edirlər.
Bir neçə gün bundan öncə Britaniya HHQ komandanı Maykl Uiqston da öz açıqlamasında Rusiya ilə Britaniya arasında yarana biləcək hərbi toqquşmadan söz açıb. O bildirib ki, Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazır olmalıdır.
M.Uiqston onu da qeyd edib ki, hərbi ssenari o halda mümkündür ki, Rusiya Britaniya ərazisinə və ya NATO üzvü olan dövlətlərdən birinə hücum etsin. HHQ komandanı çıxışı zamanı Rusiyanın bəzi Avropa ölkələri üçün də təhlükə yarada biləcəyini də deyib.
Xarici mediada yayılan məlumatlarda bildirilir ki, Britaniya qoşunları məhz bu təhlükəyə hazır olmaq üçün artıq təlim keçir. Bununla yanaşı, London Rusiya ilə birbaşa toqquşmaya getməyəcəyinə və yalnız qaçındırma tədbirləri ilə kifayətlənəcəyinə ümid edir.
Siyasi analitiklər hesab edirlər ki, hazırda Britaniyanın Rusiyaya birbaşa olaraq hücum etməsi bir o qədər də real görünmür.
“Bundan əvvəl də müharibə haqqında bəyanatların səsləndirilməsi faktları olub. Baş verənlər ondan xəbər verir ki, Britaniya indiki çağırışlara hazırdır. Və bu, eyni zamanda, Britaniyanın Rusiya ilə birbaşa müharibəyə hazır olduğunu özündə əks etdirən mesajdır”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib. Onun sözlərinə görə, iki ölkə arasında dəfələrlə fərqli səbəblərdən qarşılıqlı müharibə ittihamları olub: “Bildiyimiz kimi, Britaniya Ukraynaya silah-sursat verir. Bu da təbii ki, Rusiyanı qıcıqlandırır. Bu səbəbdən də Kreml öz bəyanatlarında Britaniyanın Ukraynaya silah yardımında çərçivələri aşacağı halda müharibənin baş verəcəyini diqqətə çatdırıb. Yəni ittihamlar, bəyanatlar qarşılıqlı səsləndirilir”.
“Britaniya-Rusiya müharibəsi NATO-Rusiya müharibəsi deməkdir. Düşünürəm ki, NATO da bu ssenarini həyata keçirməkdə ehtiyatlanır. İndiki şəraitdə Britaniya-Rusiya müharibəsi real görünmür” - deyə İ.Vəlizadə bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56

