Azərbaycan anti-terror əməliyyatı keçirə bilər
29.07.2022 [10:10]
Ermənilərin artan təxribatları nəyə hesablanıb?
N.BAYRAMLI
Son günlər Ermənistanla sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təxribatlar artmaqda davam edir. Bu günlərdə isə bu təxribatlara tuş gələn ərazilərimizin miqyası daha da genişlənib. Buna nümunə olaraq Azərbaycan Müdafiə Nazirliyinin iyulun 26-da açıqladığı məlumatı xatırlada bilərik. Həmin məlumatda qeyd olunurdu ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bütün hallarda ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Ümumiyyətlə, ermənilərin bu təxribatı hansı məqsədlərə hesablanıb? Bu barədə qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatından sonra erməni tərəfi mütəmadi olaraq təxribatlar törətməkdə davam edir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi: “Müharibə nəticəsində erməni ordusu tamamilə məhv edildi. Bu səbəbdən də, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Amma görünən odur ki, ermənilər ağıllarını başlarına yığmayıblar. Son hadisələr bunu deməyə əsas verir. Ümumiyyətlə, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Ona görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etdi. 10 noyabr razılaşmasında tərəflərin öhdəliyi var. Bölgəyə rus sülhməramlılarının gəlməsi ilə yanaşı işğalçı-terrorçu qoşunlar çıxmalıdır. Üçtərəfli bəyanatda bu, konkret əksini tapıb. Rus sülhməramlıları bunu təmin etməlidir”.
Hərbi ekspert qeyd edib ki, sülhməramlıların missiyası yalnız Azərbaycan maşınlarını yoxlamaqdan ibarət deyil. Həm də bölgədəki erməni təxribatlarına son qoymaqdır. Separatçılar dəfələrlə təxribatlar törədiblər. Belə vəziyyət uzun sürə bilməz. Problemlər birdəfəlik həll olunmalıdır, biz bundan sonra da 30 il gözləyə bilmərik. Qarabağdakı ermənilər ya dinc yaşamalıdırlar, ya da Azərbaycan lazımi tədbirlər görəcək. Bu gün Azərbaycan Ordusu çox güclüdür, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirir. Bundan sonra da istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Əgər ermənilər təxribatlara davam etsələr, dəmir yumruq yenə də başlarına dəyəcək”.
E.Həsənlinin fikrincə, Azərbaycan qanunsuz silahlı birləşmələrin olduğu ərazilərdə anti-terror əməliyyatları keçirə bilər. Çünki dövlətimizin öz sərhədləri çərçivəsində bu əməliyyatları keçirmək hüququ var. Dövlət sərhədində təxribatların törədilməsinə gəlincə, ekspert hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq: “Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. Bu mənada, erməni tərəfinin bütün təxribatları layiqli cavabını alacaq”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

