Azərbaycan dünyəvi, demokratik dövlətdir
18.12.2010 [09:41]
Son vaxtlar hicabla bağlı məsələ gündəmin əsas mövzularından biridir. Belə ki, təhsil naziri Misir Mərdanovun şagirdlərin dərslərdə hicabla oturmasının yolverilməzliyi barədə açıqlamasından sonra bəzi qüvvələrin məktəblərdə hicab taxılması məsələsini süni surətdə qabardaraq bu məsələ ətrafında qarışıqlıq yaratmağa çalışması ölkəmizdəki tolerantlıq mühitinə kölgə salmağa xidmət edir. Amma məsələyə münasibət bildirən ziyalılar hesab edirlər ki, şagirdlər məktəbə vahid məktəbli formasında getməlidlir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov bildirib ki, orta məktəb şagirdlərinin hicab geyinməsi düzgün deyil: “Azərbaycan dünyəvi, demokratik dövlətdir, İslam respublikası deyil. Şagirdlərimiz dünyəvi təhsillərə yiyələnməli, geniş dünyagörüşünə malik olmalıdır ki, dünya gəncləri arasında xalqımızı layiqincə təmsil etsin”.
Onun sözlərinə görə, artıq vahid məktəbli forması müəyyənləşib və şagirdlərin hamısı məktəbli forması geyinməlidir. “Burada ayrı-seçkilik ola bilməz. Hicab tərəfdarı olanların mövqeyindən belə nəticə çıxır ki, azərbaycanlılar hicabda, ruslar, yəhudilər və digər xalqların nümayəndələri isə özlərinin milli-dini geyimlərində məktəblərə gələ bilərlər. Təbii ki, bu, düzgün deyil. Buna görə də, vahid forma olmalıdır”.
E.İbrahimov deyib ki, hicabdan istifadə edilib-edilməməsi müsəlmançılığı müəyyənləşdirən şərt deyil. Yəni, hər bir müsəlman istər evlərində, istərsə də, məscidlərdə dini ibadətlərini yerinə yetirə bilərlər və bu belədir. “Hər bir kəsin dini inancı var və dini adətlərə əməl edə bilər. Hicab geyinənlə geyinməyəni müsəlmançılıqda fərqləndirmək olmaz”, - deyə, komitə sədri vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu İslam dininə inanclı olan insanlardır. Onun sözlərinə görə, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərdə İslam dininin rolu inkarolunmazdır: “2001-ci ilin avqust ayında Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müraciət etdi. Həmin müraciətdə dinimizin xalqımızın mənəvi dəyərlərimizdə rolu xüsusi vurğulanırdı. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin qarşısında dünyəvi, demokratik dövlət qurulması məqsədi dayanırdı. Bu günə qədər bu istiqamətdə önəmli addımlar atılıb, güclü dövlətimiz yaranıb. Qazanılan uğurlar 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmış ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə bağlıdır. Azərbaycanda bütün istiqamətlərdə uğurlar əldə olunub”.
M.İbrahimqızı qeyd edib ki, İslam dini dünyəvi din olaraq özünü dünyada sübut edib. Millət vəkili hesab edir ki, bütün vətəndaşların dini etiqad azadlığı var. Amma insanlar etiqad azadlığını müstəqil həyata qədəm qoyarkən, şüurlu şəkildə seçməlidirlər. Hər bir inkişafın əsasında təhsilin dayandığını deyən M.İbrahimqızının sözlərinə görə, İslam insanlara beşikdən məzara qədər oxumağı tövsiyə edir: “Dünyaya güclü təhsilimizlə, milli-mənəvi dəyərlərimizlə çıxmalıyıq. Bu gün uşaqların güclü biliyə malik olmasına çalışmalıyıq. Vətənpərvər, düşmənlərə layiqli cavab verən gənclik yetişdirməliyik. Bu gənclik yüksək biliyə, geniş dünyagörüşünə malik olmalıdır, müasir texnologiyalara yiyələnməlidir. Dinlə bağlı mövqeyini insanlar şüurlu həyatında seçim etməlidir. Kiçik yaşlı məktəblilər dindən heç nə bilmədiyi halda necə hicabdan istifadə edə bilər? Görünür, onlara bu yolu göstərənlər var. Bu isə xurafata aparan yoldur”.
Millət vəkili deyib ki, Azərbaycan xalqı dünya sivilizasiyasına böyük şəxsiyyətlər bəxş edib. Onun sözlərinə görə, müstəqil qərar qəbul etməyən uşaqlara, yeniyetmələrə xüsusi diqqət olmalıdır. Dövlətimizin dini, müqəddəs ocaqlara qayğı ilə yanaşdığını deyən M.İbrahimqızı qeyd edib ki, son illər xeyli məscidlər də dövlət tərəfindən təmir edilib, yenidən qurulub. “Yenə də deyirəm ki, hər bir vətəndaş şüurlu həyatında özünün iradəsi ilə bu addımları ata bilər. Məktəbliləri yüksək təhsilə həvəsləndirmək əvəzinə hicaba məcbur etmək bizi geri salır. Bu gün ölkəmizin hər yerində müasir məktəblər tikilir ki, bunlar gənc nəslin yüksək səviyyədə yetişməsi üçün edilir”, - deyə, o, vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

