Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Səbail rayon təşkilatının yeni binasının açılış mərasimi keçirilibDünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni inşa edilmiş binasının açılış mərasimi keçirilib

YAP Səbail rayon təşkilatının yeni binasının açılış mərasimi keçirilibDünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni inşa edilmiş binasının açılış mərasimi keçirilib

25.12.2010 [10:51]

YAP Səbail rayon təşkilatının yeni binasının açılış mərasimi keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni inşa edilmiş binasının açılış mərasimi keçirilib. Tədbirdə YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiya fəalları və Səbail rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bu tədbirin Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyini deyən YAP Sədrinin müavini doğum günü ilə əlaqədar dövlət başçısına xoş arzularını ifadə edib.
Əli Əhmədov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanda son 7 ildə Heydər Əliyev siyasətinin həyata keçirilməsi istiqamətində böyük nailiyyətlər, uğurlar, qələbələr əldə edilib: “Prezident İlham Əliyevin doğum günü bütün Azərbaycan xalqının çox böyük məmnunluq və qürur hissi ilə qeyd etdiyi bir gündür. Ona görə ki, dövlət başçısının rəhbərliyi altında Azərbaycanda son 7 ildə Heydər Əliyev siyasətinin həyata keçirilməsi istiqamətində böyük nailiyyətlər, uğurlar, qələbələr əldə etmişik”.
Onun sözlərinə görə, ötən 7 ildə Azərbaycanın siması büsbütün dəyişib, iqtisadiyyatı inkişaf edərək güclənib, həyatımızın bütün sahələrində çox ciddi dəyişikliklər baş verib. Azərbaycanın dünyada, regionda mövqeyi əhəmiyyətli dərəcədə güclənib. “Bir sözlə, Azərbaycan bütünlüklə dəyişib, ölkəmizdə insanların rifahı dəyişib. Bu müsbət dəyişikliklərin hər birini Azərbaycan vətəndaşları Heydər Əliyev siyasəti və bu siyasətin ötən 7 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ilə əlaqələndirir” - deyə, YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov bildirib ki, həyatımızdakı dəyişiklik hər bir sahədə özünü göstərdiyi kimi, ölkəmizin siyasi həyatında və onun aparıcı qüvvəsi olan YAP-da da göstərir. Onun sözlərinə görə, YAP bu gün yarım milyondan çox insanı özündə birləşdirir: “Təkcə 2010-cu ildə partiyamızın sıralarına 25 min nəfərə qədər yeni üzv qəbul olunub. Bu fakt bir tərəfdən Heydər Əliyev siyasətinə Azərbaycan vətəndaşlarının nə qədər böyük ehtiram göstərdiyini sübut edir. Digər tərəfdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlar tərəfindən nə dərəcədə dəstəkləndiyinin ifadəsidir”.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın nüfuzunun artması təkcə sıralarının genişlənməsində özünü göstərmir. Bütövlükdə cəmiyyətdəki rolunun, əhəmiyyətinin yüksəlməsində özünün ifadəsini tapır. YAP-ın bir siyasi təşkilat olaraq bütün parametrlərlə gücünün artmasında özünü göstərir. Bunun bir təzahürü də partiyanın Səbail rayon təşkilatının yeni binasının istifadəyə verilməsidir.
Onun sözlərinə görə, YAP-ın ən böyük strukturlarından biri olan Səbail rayon təşkilatının yeni binasının ərsəyə gəlməsi partiyanın gücünün artmasını ifadə edir. “Binanın istifadəyə verilməsi Səbail rayon ictimaiyyətinin Heydər Əliyev ideyalarına, YAP-a və partiyanın Sədri, cənab Prezident İlham Əliyevə hörmət və ehtiramının ifadəsidir” - deyə, Əli Əhmədov vurğulayıb. Onun fikrincə, bu binanın istifadəyə verilməsi ilə YAP-ın ən böyük, əzəmətli yerli strukturlarından biri olan Səbail rayon təşkilatının fəaliyyətində daim canlanma hiss olunacaq. Bu bina təşkilatın bütün üzvlərinin toplaşdığı partiya evinə çevriləcək. Əgər partiyanın evi varsa, deməli bütün məsələlər qaydasındadır və bununla da, uğurlar da qaçılmazdır.
O, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb. Əli Əhmədov deyib ki, hər bir binanın tikilməsinə böyük zəhmət sərf olunur. Əli Əhmədov binanın tikintisində böyük əməyi olmuş Vüqar adlı gəncə YAP adından avtomobil hədiyyə edib.
YAP Səbail rayon təşkilatının sədri, partiyanın İdarə Heyyətinin üzvü Zahid Qaralov çıxışında binanın tikintisində zəhmət çəkənlərə minnətdarlıq edib: “Bizim bu gözəl binanın açılışı möhtərəm Sədrimiz, ölkəmizin rəhbəri İlham Əliyevin doğum gününə təsadüf edir. Bu münasibətlə dövlət başçısını təbrik edir, Ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıram. YAP sözün həqiqi mənasında qurtuluş, Azərbaycanın müstəqilliyi, insanların rifahının yüksəlməsi, ölkəni çətinliklərdən xilas etmək üçün yaradıldı. ümummilli liderimiz Heydər Əliyev bu arzuları yerinə yetirdi. Ən böyük çətinliklər Onun üzərinə düşsə də, bu çətinliklərin öhdəsindən cəsarətlə gələ bildi. Ona görə də, biz hamımız Ulu öndərin ruhu qarşısında baş əyirik”.
Z.Qaralov rayon təşkilatının sıralarında birləşdirdiyi 119 ilk təşkilatda 24 min nəfərə yaxın üzvün olduğunu deyib. O, əmin edib ki, Səbail rayon təşkilatı indiyə qədər olduğu kimi, bundan sonra da YAP-ı yüksək səviyyədə təmsil edəcək.
Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov çıxışı zamanı doğum günü münasibətilə ölkə başçısını təbrik edib. A.Əsgərov ümidvar olduğunu bildirib ki, YAP Səbail rayon təşkilatı üçün inşa olunmuş bu yeni bina və burada yaradılan şərait təşkilatın daha səmərəli işləməsinə və partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin operativ həllinə köməklik göstərəcək. O, bu işlərdə təşkilata uğurlar arzulayıb.
Daha sonra açılış rəmzi olan qırmızı lent kəsilib və tədbir iştirakçıları yeni binanın şəraiti ilə tanış olublar. Bildirilib ki, 2009-cu il noyabr ayının 21-də Səbail rayonu, A.Abbaszadə küçəsində, Bakı buxtasına açılan gözəl və mənzərəli yamacda YAP Səbail rayon təşkilatı üçün yeni binanın təməli qoyulub. Tikinti zamanı burada aparılan işlər gündəlik nəzarətdə olub və qısa müddət ərzində 1 texniki və 3 əsas mərtəbəyə malik, ümumi sahəsi 1400 kv. metr olan müasir dizaynlı, gözəl bina inşa olunub. Buraya yeni kommunikasiya xətləri çəkilib, bütün texniki məsələlər həll olunub.
Binanın inşası zamanı yerli materiallarla yanaşı, bir sıra xarici ölkələrdən gətirilmiş tikinti materiallarından istifadə olunub. Binanın fasadında müasir işıqlandırma sistemi quraşdırılıb, bu da öz növbəsində binaya xüsusi gözəllik verir. Foye, dəhliz və pilləkənlərə qranit və mərmər döşənib, pilləkən kənarlarına orijinal məhəccərlər qurulub. Hər mərtəbədə köməkçi sahələr, sanitariya qovşaqları istifadəyə verilib, “Kombi “ tipli avtonom istilik sistemi və kondisionerlər quraşdırılıb.
Bina 21 kabinet və iş otağı, 120 nəfərlik konfrans zalından ibarətdir. Qərargahın 3-cü mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin qranit büstü qoyulub, burada Onun fəaliyyətini əks etdirən guşə yaradılıb.
Qərargahda işçilərin şəraitinin yaxşılaşdırılması və keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. İş otaqları lazımi ləvazimat və kompüter texnikası ilə təmin olunub, rabitə xətləri çəkilərək bütün otaqlar telefonlaşdırılıb. Binada yanğından mühafizə sistemi də qurulub. Tədbir iştirakçıları binadakı şəraiti yüksək qiymətləndirərək YAP Səbail rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıblar.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30