Sülh müqaviləsini gözləyərkən...
06.08.2022 [10:15]
Artan təxribatlar nə qədər davam edəcək?
Nicat DİLQƏMLİ
Son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlik artmaqda davam edir. Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri avqustun 3-də Ordumuzun bölmələrinə qarşı terror-təxribat törədiblər. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götür??üb.
Ötən gün isə sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub. Müdafiə Nazirliyinin (MN) rəsmi açıqlamasında bildirilir ki, bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.
“Qarabağ ərazisində olan separatçı rejim və Ermənistanın qanunsuz silahlı qüvvələri mütləq şəkildə Azərbaycanın ərazisini tərk etməli idilər. Bu, 10 noyabr sazişində də öz əksini tapıb. Təəssüflər olsun ki, indiyə qədər o kontingent ərazini tərk etməyib və bunların hamısı təxribat mənbəyidir. Törədilən təxribat da birmənalı şəkildə həmin o qanunsuz hərbi qüvvələrin əməlləridir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev səsləndirib. O bildirib ki, terror dəstələri, qanunsuz silahlı qüvvələrə qarşı heç bir beynəlxalq norma və qanunları pozmadan antiterror əməliyyatı keçirmək Azərbaycanın haqqıdır: “Əfsuslar olsun ki, sülhməramlı qüvvələr də bu proseslərin qarşısını almadı və nəticədə Azərbaycan tərəfi şəhid verdi. Bunun qarşısının alınması istiqamətində antiterror əməliyyatı keçirildi. Əsas məqam ondan ibarətdir ki, bu gün Ermənistan separatçı qüvvələrinin və silahlı birləşmələrinin (2020-ci ildən əvvəl və sonra Ermənistandan gələn) qarşısı alınmalıdır”.
Deputat keçirilən əməliyyatdan sonra həm separatçı qurum rəhbərliyinin, həm də Ermənistan rəhbərliyinin müxtəlif absurd bəyanatlar verdiyini xatırladaraq diqqətə çatdırıb ki, əsas məqsəd vaxtı uzatmaq və sülh sazişinin imzalanmasından boyun qaçırmaqdır: “Onların verdiyi bəyanatlar hamısı absur?dur, hər hansı bir ciddi arqumentə, fakta söykənməyib. Burada əsas məqsəd status-kvonu saxlamaq, vaxtı uzatmaq və sülh sazişinin imzalanmasından qaçmaqdır. Söhbət həm də delimitasiya-demarkasiya prosesindən gedir”.
“Əsas məqam ondan ibarətdir ki, nə qədər ki, bu kontingent, terror qruplaşmaları, Ermənistanın qanunsuz silahlı qüvvələri bu ərazilərdə olacaqdır onlar daim təxribat mənbəyidir. Ona görə də düşünürəm ki, Azərbaycan tərəfi “Qisas” əməliyyatını haqlı olaraq keçirib. Bundan sonra da baş verəcək təxribatlara daha kəskin reaksiya verəcəyini bəyan edib. Hər bir tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bu, ərazidə olan, sülhməramlı missiyanı həyata keçirən Rusiya kontingentinə də aiddir”, - deyə A.Nağıyev fikirlərinə yekun vurub.
Siyasi şərhçi İlyas Hüseynov da belə bir vəziyyətin qəbuledilməz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistan regionda gərginliyin artması ilə bağlı addımlar atır, sülhə, təhlükəsizliyə və sabitliyə təhdid törədir, eskalasiya risklərini daha da gücləndirir: “Həm avqustun 3-də, həm ötən gün Azərbaycanın mövqeləri atəşə tutulub və atəşkəs rejiminin pozulması həm Ermənistan-Azərbaycan sərhədində, həm də müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlılarının yerləşdiyi bölgədə baş verib. Bütün bunlar onu göstərir ki, erməni terrorçu ünsürləri regionda qeyri-stabilliyin yaradılmasında maraqlıdırlar”.
Politoloq onu da vurğulayıb ki, təxribatlardan sonra keçirilən hökümət toplantısında Paşinyan bir sıra fikirlər səsləndirməklə qeyri-konstruktivlik nümayiş etdirmiş oldu: “Çünki hazırda Ermənistanla Azərbaycan arasında müxtəlif səviyyələrdə diplomatik görüşlər keçirilir. Görüşlər əsasən üç sahəni əhatə edir. Həm nəqliyyat infrastrukturunun bərpa olunması, həm sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi, həm də xarici işlər nazirlikləri arasında sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüsləri də qeyd etməliyik. Görüşlərdə intensivlik və dinamika vaxtaşırı çoxalsa da, biz konkret əməli, praktik nəticələri görmürük. Üstəlik, Ermənistan tərəfindən törədilən hərbi təxribatlar razılaşmaların üzərindən xətt çəkir, bununla Ermənistan vaxt udmağa çalışır. Sülh müqaviləsinin imzalanmasını gözlədiyimiz bir vaxtda Ermənistan tərəfindən törədilən təxribatlar həm də təhlükəsizlik arxitekturasına mənfi təsir göstərir”.
“Buna görə də beynəlxalq vasitəçilər, sülhün yaranmasında marağı olan tərəflər Ermənistana təzyiq etməlidirlər ki, üçtərəfli bəyanatın bütün maddələri implementasiya olunsun. Təəssüflər olsun ki, Ermənistan məsuliyyətdən boyun qaçırır və bir sıra fundamental məsələlərdə yekdil iradə ortaya qoymur”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

