Menendez erməni lobbisinə xidmət edir
11.08.2022 [10:27]
“Qisas”dan narahat olan komitə sədri ABŞ-ın milli maraqlarına əks mövqe tutur
PƏRVİZ
10 noyabr üçtərəli Bəyanatından irəli gələn öhdəliklərə əməl etməyən Ermənistan növbəti dəfə Azərbaycanın “dəmir yumruğ”unun gücünü gördü. Qısa zaman ərzində həyata keçirilən “Qisas” əməliyyatı Qarabağ ərazisində qalan qeyri-qanuni silahlı birləşmələrə əsl “dərs” oldu. Amma Azərbaycanın beynəlxalq hüquqa və üçtərəfli razılaşmaya əsaslanan bu addımı xaricdə yaşayan bəzi ermənipərəstləri əməlli-başlı narahat edib. Bunun nəticəsidir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Azərbaycanın “Qisas” əməliyyatı ilə bağlı bəyanatla çıxış edib və “Artsaxa qarşı Azərbaycanın təcavüzkar hərəkətlərini” pisləyib. “Azərbaycanın Dağlıq Qarabağda ölüm saçan hücumları təkcə atəşkəs rejiminin pozulması deyil, həm də Bakının onun seçdiyi son təcavüz modelinin qəbuledilməz davamıdır. Azərbaycan qüvvələri regionu tərk etməli və Dağlıq Qarabağ xalqına qarşı hərbi əməliyyatları dayandırmalıdır”, - deyə Menendez Twitter səhifəsində yazıb.
ABŞ dövləti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə olan halda, erməni lobbisinin təsiri altında öz ölkəsinin rəsmi mövqeyinə qarşı çıxış edən Robert Menendezin bu açıqlamaları nəyin göstəricisidir? Senatın komitə sədri vəzifəsini daşıyan bu şəxs ən azından Qarabağla bağlı BMT TŞ-nın qəbul etdiyi qətnamələrlə tanış deyilmi? Bu, bir daha erməni lobbisinin ölkəmizin haqq savaşına qarşı mübarizəsini davam etdirdiyinin bariz göstəricisidir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bu kimi halların zaman-zaman müşahidə olunduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, bu kimi fikirlər ABŞ-ın rəsmi mövqeyinin göstəricisi sayıla bilməz: “ABŞ istər müharibə dövründə, istərsə də müharibədən sonra regionda təhlükəsizliyin təmin olunması, davamlı sülhə nail olunması istiqamətində səylər göstərib, mövqeyini ortaya qoyub. Bu ölkənin rəsmiləri münaqişənin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü müstəvisində həlli ilə bağlı fikirlərini səsləndiriblər. Təsadüfi deyil ki, yalnız 2022-ci ilin ötən dövründə ABŞ-ın dövlət katibi Azərbaycan Prezidentinə beş dəfə zəng vuraraq regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb”.
Millət vəkili qeyd edib ki, Robert Menendezin münaqişənin mahiyyətindən, anatomiyasından xəbərsiz olduğunu iddia etmək doğru olmaz. Sadəcə, ABŞ kimi böyük bir dövlətin parlamentində komitə sədri vəzifəsini icra edən bir şəxsin beynəlxalq hüquqa, ölkəsinin maraqlarına əks fikirlər səsləndirməsi yolverilməzdir. “Bu kimi qərəzli fikirlər erməni lobbisinin ölkəmizə qarşı apardığı çirkin kampaniyaların davam etdiyini göstərir. ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələrə səs verib. Üstəlik, həm ATƏT üzvü kimi, həm də bir sıra iri beynəlxalq təşkilatların tərkibində olan bir dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Senatın komitə sədri statusuna malik bir şəxsin öz dövlətinin mövqeyinə qarşı çıxması və beynəlxalq hüquqa zidd fikirlər səsləndirməsi siyasi qərəzdən, birtərəfli mövqedən xəbər verir. Azərbaycan atdığı bütün addımlarda beynəlxalq hüquqa, beynəlxalq statuslu razılaşmalara, 10 noyabr üçtərəfli Bəyanatına istinad edir. Robert Menendez kimi erməni lobbiçiliyi ilə məşğul olanların nə deməyindən asılı olmayaraq, biz öz milli təhlükəsizliyimizin qorunması istiqamətində qətiyyətimizi ortaya qoyuruq. Bu gün regionda yeni siyasi reallıqlar formalaşıb. Bu siyasi reallıqlar isə həm ABŞ, həm Avropa Birliyi, həm də digər dövlətlər tərəfindən qəbul olunur. Qlobal müstəvidə apardığımız siyasət isə bütün ölkələr tərəfindən təqdir edilir. Belə olan halda, ermənipərəst birisinin əsassız, qərəzli fikirləri bizim üçün heç bir əhəmiyyət daşıya bilməz”, - deyə M.Cəfərov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

