İrəvanda nə baş verir?
16.08.2022 [10:51]
Nicat PAŞA
Ermənistanda vəziyyət gərgin olaraq qalmaqdadır. Son günlər baş verən hadisələr isə daxili durumu bir qədər də ağırlaşdırıb. Buna səbəb isə İrəvanda mülki və hərbi obyektlərə bomba qoyulması məlumatlarının yayılması və “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışdır. Belə ki, ötən həftənin bazar günü Ermənistan Fövqəladə Hallar Nazirliyinə bir sıra obyektlərə bomba qoyulması ilə bağlı xəbər daxil olub. Daxil olan məlumatda İrəvan metropoliteninin bütün stansiyalarına, bütün hərbi və mülki obyektlərə, ticarət mərkəzlərinə, zoopark, parlament binası, Qriqor Lusaroviç kilsəsinə bomba qoyulduğu bildirilib. Əraziyə xilasedicilər, mütəxəssislər cəlb edilib.
Ölkə daxilindəki mövcud gərginliyi nəzərə alaraq artıq ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq ünvanlayıb: “Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda fövqəladə hallar xidmətləri Qriqori Lusavoriç kilsəsində, bütün metro stansiyalarında, zooparkda, Milli Assambleyada, eləcə də bütün əsas ticarət mərkəzlərində bomba təhlükəsi ilə bağlı araşdırma aparır”. Səfirlik bu yerlərdən uzaq durmaları, yeniliklərdən məlumatlı olmaları, izdihamdan aralanmaları, dostları və ailəni təhlükəsizlik barədə məlumatlandırmalı və ətrafda baş verənlərdən xəbərdar olmaları üçün müraciət edib.
Gərginliyə səbəb olan digər bir hadisə - İrəvanın “Sürməli” topdansatış bazarında baş vermiş partlayış və yanğın nəticəsində xəsarət alanların və ölənlərin sayı da ciddi narahatlıq doğurur. Ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumatda hadisə nəticəsində 61 nəfərin xəsarət aldığı, ölənlərin sayının isə 6 nəfərə çatdığı bildirilir.
Təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyi iddia edilən hadisələrin, əslində hansı səbəb(lər)dən baş verməsi ilə bağlı tutarlı məlumatlar isə hələlik verilmir. Ermənistan KİV-ləri hadisənin terror aktı olduğunu güman edir. Analitiklərin qənaətinə görə, Ermənistan hökumətinin rəsmi açıqlamaları reallığı əks etdirmir. İstər beynəlxalq KİV-lər, istərsə də yerli erməni mediası proseslərin fonunda hansısa maraqların olduğunu istisna etmirlər.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, Ermənistandakı proseslərin arxasında başqa məqsədlərin dayandığını indidən güman etmək olar. Onun sözlərinə görə, bu gün Ermənistanda baş verən proseslərin arxasında siyasi güclərin və revanşistlərin dayanma ehtimalı kifayət qədər böyükdür: “Hesab edirəm ki, İrəvanda baş verən yanğın və partlayışın birbaşa hansısa bir təbii fəlakət və ya məsuliyyətsizlik nəticəsində baş verməsi ilə bağlı Paşinyan hakimiyyətinin açıqladığı informasiya reallığı əks etdirmir. Fikrimcə, hazırda Ermənistanda ölkə hakimiyyətinə qarşı revanşistlər ciddi şəkildə dəstəklənirlər. Yay ayları başlamazdan öncə revanşistlərin uzunmüddətli aksiyaları və aylarla davam edən mitinqləri hansısa bir nəticə doğurmadı. Ona görə də gözlənilirdi ki, Ermənistanda Köçəryan və ona bağlı olan komandalar, milliyyətçi və daha faşist mövqeyi olan siyasi müxalif kəsimlər ölkə daxilində qarışıqlıq yaradaraq növbəti xaosu formalaşdırmağa çalışacaqlar”.
Politoloq qeyd edib ki, ölkə hakimiyyətinin yekdil siyasət yeritməməsi, Paşinyan komandasının həm daxili, həm də xarici siyasət kursunda normal, vahid ictimai-siyasi və iqtisadi mövqeyinin olmaması nəticədə sadaladığımız problemlərin ortaya çıxması ilə nəticələnir: “Ona görə də Ermənistandakı hadisələri müəyyən qədər daxili çəkişmələr nəticəsində törədildiyi ehtimallarını da güman edirəm. Hətta Ermənistanın hüquq-mühafizə orqanları orada baş verən proseslərdə hansısa faktlar tapsa belə, düşünmürəm ki, bunu Ermənistanın daxili auditoriyasına ünvanlaya bilsinlər. Bütövlükdə proses hələ uzun müddət davam edəcək və nəticədə ölkə daxilində tez-tez bənzər təxribatlar törənə bilər. Bütün bunlar isə nəticədə Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlmiş addımlardır. Lakin istənilən halda, Ermənistanda hakimiyyətin belə tez, qısa bir zamanda hansısa formada devriləcəyini və dəyişəcəyini güman etmirəm”.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

