Türkiyə ilə Rusiya arasında tarixi müqavilə
17.08.2022 [10:48]
S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükünün icrasına start verildi
PƏRVİZ
Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur. Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. O, müqavilənin nə zaman imzalandığını açıqlamayıb. Şuqayev hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.
Xatırladaq ki, S-400-lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin S-400-lərdən imtina etməsini tələb edərək, onu F-35 qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin S-400-lərin Ukraynaya verilməsini təklif edib. İndiki halda, yeni müqavilənin imzalanması bölgədə hansı yeni reallıqlar formalaşdıra bilər? Və ya ABŞ-ın reaksiyası hansı nəticələrə yol aça bilər?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov Rusiya ilə Türkiyə arasında son illərdə bütün sahələr üzrə yaxınlaşmanın inkişaf etdiyini və münasibətlərin çoxşaxəli xarakter daşıdığını bildirib. Onun fikrincə, ticari - iqtisadi münasibətlərin genişləndirilməsi, turizm və kənd təsərrüfatı, enerji sahəsində əlaqələrin dərinləşdirilməsi həm də hərbi sahədə olan əlaqələrin daha da möhkəmləndirilməsinə yol açır. Bunun isə bir sıra səbəbləri var: “İlk növbədə, Qərblə Türkiyə arasında münasibətlər ziddiyyətli xarakter alan zaman Rusiya ilə münasibətlərin yüksələn xətlə inkişaf yolunu tutduğunu görürük. Eyni zamanda, Türkiyəyə NATO portfeli çərçivəsində hava hücumundan müdafiə sistemləri verilmədi. Nəticədə Türkiyə Rusiya müdafiə sənayesinin ən qabaqcıl modelləri hesab olunan S-400 zenit raket komplekslərini aldı. Əlaqələrin inkişafı isə hətta birgə hərəkət etmək, müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində müxtəlif təşəbbüslərlə müşayiət olunur. Türkiyədə Cümhuriyyətin elan olunmasının 100 illiyinin qeyd olunacağı 2023-cü ilin əlamətdar hadisələrindən biri də Akkuyu Atom Elektrik Stansiyasının istifadəyə verilməsi olacaq”.
Politoloqun fikrincə, Rusiya-Türkiyə yaxınlaşması kənar oyunçular, qlobal güclər tərəfindən də diqqətlə izlənilir. Burada Türkiyəyə qarşı xüsusi bir demarşın icrası belə hiss olunur. “İqtisadiyyata təzyiqlərin edilməsi, milli valyuta olan lirənin dəyərdən düşməsi, inflyasiyanın yüksək həddə çatması ilə Türkiyəyə qarşı təhdid formalaşdırırlar. Türkiyə isə bütün bu prosesləri gözə alaraq demokratik açılım prosesində iştirak edir, həm də öz iqtisadi - siyasi qüdrətini artırır. Bir məqama da toxunmaq istərdim ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin yüksək səviyyədə inkişafı Cənubi Qafqazda aparıcı geosiyasi aktor olan Azərbaycan üçün də mühüm maraq kəsb edir. Çünki hər iki dövlət bizimlə həmsərhəddir. Eyni zamanda, post-müharibə reallıqları kontekstində Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannamələri imzalayıb. Bu bəyannamələr isə regional təhlükəsizliyin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman çalışıb ki, Rusiya ilə Türkiyə arasında olan münasibətlər xoş niyyət daşısın və regionun inkişafına xidmət etsin. Biz gələcəkdə Yaxın Şərq və Cənubi Qafqazda da təhlükəsizliklə bağlı Rusiya ilə Türkiyə arasındakı fikir ayrılıqlarının və ziddiyyətlərin də aradan qaldırıldığının şahidi ola bilərik. Buna Rusiya-Türkiyə münasibətləri ilə yanaşı həm də Rusiya-Ukrayna müharibəsi də müəyyən təkan verib. Türkiyə hər zaman Qara Dəniz bölgəsində təhlükəsizliyin təmin olunmasının, yaranan bütün problemlərin dinc, siyasi və danışıqlar yolu ilə həll olunmasının tərəfdarı kimi çıxış edib. Xüsusilə taxıl dəhlizinin Türkiyənin moderatorluğu ilə istifadəyə verilməsi, logistika əməliyyatlarının icrası da bunun əyani sübutudur. Türkiyə bu addımı ilə nəinki region xalqlarının, bütün dünyanın ərzaq təhlükəsizliyinə töhfə vermiş dövlətə çevrildi. Bir sözlə, Türkiyə son dövrlər artan qlobal iqtisadi və siyasi gücü, eləcə də böyük bir coğrafiyada təhlükəsizliyin təminatı ilə bağlı addımları, antiterror əməliyyatları və digər müsbət meyilləri ilə dünya siyasətinə öz möhürünü vurub”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

