İki ənənəvi gediş...
07.09.2022 [10:03]
Ermənistan Brüssel razılaşmasını niyə pozur?
Nardar BAYRAMLI
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində keçirilən görüşlərdən və əldə edilən razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Sayca dördüncü olan üçtərəfli görüşdə bəzi razılaşmalar əldə olundu. Razılaşmaların sırasında tərəflər arasında sülh sazişinin mətninin hazırlanması məsələsi də var. Paşinyan sülh razılaşmasının tərəfdarı olduğunu desə də, görüşdən iki gün sonra mövqeyini ənənəvi olaraq dəyişdi. Sentyabrın 2-də o, Qarabağ separatçılarına təbrik məktubu göndərməklə onlara öz dəstəyini nümayiş etdirdi. Ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 2-də Qarabağ separatçılarının saxta bayramı münasibətilə Xankəndiyə səfər etdi. Erməni mənbələri bu səfərin Paşinyanın Xankəndiyə səfərinə hazırlıq məqsədi daşıya biləcəyini də yazırlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Qriqoryanın qanunsuz səfərinin Azərbaycana qarşı növbəti təxribat olduğunu bəyan edib. Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir: “Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi İrəvan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir”.
Bundan əlavə, bir neçə gündür ki, Ermənistan ordusu tərəfindən Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutulur. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, baş verən gərginliyə görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ümumiyyətlə, bu təxribatları törətməkdə Ermənistanın məqsədi nədir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə, Ermənistanda belə bir “dəst-xətt” var ki, vacib görüşlər keçirilən ərəfədə, sülhə doğru addım atıldıqda təxribatlara yol verirlər. Brüsseldə baş tutan danışıqlardan sonra ermənilərin təxribatlarının ardı-arasının kəsilmədiyini deyən millət vəkili bildirib ki, bu gün Rusiya da, Avropa İttifaqı da sülhün tənzimlənməsində birmənalı şəkildə iştirak etməyə can atır. Bundan başqa, digər bir məsələ Paşinyan hakimiyyəti ilə keçmiş “Qarabağ klanı” arasında gedən mübarizədir. “Paşinyan paralel olaraq, həm sülhə çağırış edir, həm də qondarma “status” mövzusunu dilə gətirərək, vətəndaşları sakitləşdirmək üçün variantlar axtarmağa çalışır. Eyni zamanda Xankəndidəki separatçı rejimin sabiq “müdafiə naziri” Mikael Arzumanyan tutulub. Çünki Qarabağ ərazisində övladları həlak olan əsgər anaları Paşinyanın həbsini tələb edirdilər. Lakin Ermənistanın baş naziri qəfil M.Arzumanyanı azadlıqdan məhrum etməklə günahkarlardan birinin o olduğunu göstərmək istəyir. Sabiq “nazir” quldurbaşı Araik Arturyanın ən yaxın adamlarından biridir. Ona görə də bu proseslərdə təxribat yaratmalıdır ki, müəyyən qədər fikir yayındıra bilsin”, - deyən A.Nağıyev qeyd edib ki, bütün hallarda Azərbaycan qalib tərəf kimi hərəkət edir. Delimitasiya və demarkasiya, sülh sazişinin imzalanması və digər istiqamətlərdə öz siyasətimizi aparırıq və davam etməkdəyik. Komitə üzvü hesab edir ki, düşmən tərəfin avqust ayının 4-5-də Laçında törətdikləri provokasiyaya görə ordumuzun keçirdiyi “Qisas” əməliyyatı Ermənistana dərs olmalıdır. Əks halda, Azərbaycan bu problemləri hərbi yolla da həll etmək iqtidarındadır.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Ermənistan sülhlə bağlı danışıqlarda heç də səmimi deyil. Danışıqlarda iştirak isə, sadəcə, görüntü yaratmaq məqsədi daşıyır. “Ermənistan artıq neçənci dəfədir ki, danışıqlar masasında sülhə yönəlik bəyanatlar səsləndirir. Qısa müddət sonra isə dövlət sərhədində mövqelərimizi atəşə tutur, Qarabağa icazəsiz, qeyri-qanuni səfərlər təşkil edir. Bu isə bir daha göstərir ki, Ermənistan sülh danışıqlarında qeyri-səmimidir. Sadəcə, beynəlxalq ictimaiyyət qarşısında görüntü yaratmaq üçün danışıqlarda iştirak edir. Reallıqda isə qarşı tərəfin siyasi rəhbərliyi bölgədə heç də sülhün sabitliyinin təmin olunmasına çalışmır. Görünür, Ermənistan “Qisas” əməliyyatından yaxşı nəticə çıxarmayıb”,-deyən ekspertin fikrincə, onlar səbrimizi sınayırlar. Cavab tədbirləri isə Ermənistan üçün ağır olacaq.
Ə.Verdiyev hesab edir ki, Azərbaycan tərəfinin qisas, cəzalandırma kimi əməliyyatlarının növbəti mərhələsinə başlaması üçün münbit şərait yaradan Ermənistandır. Çünki Azərbaycanın səbri sərhədsiz deyil. “Hadisələr göstərir ki, Ermənistanın hərbi rəhbərliyində bir çox generallar hələ də Paşinyanın həyata keçirdiyi fəaliyyətlərlə tam razı deyil. Zaman-zaman erməni hərbçilər sülh prosesinə ziyan vurmağa çalışırlar. Lakin bu Azərbaycan tərəfini dərindən maraqlandırmır. Biz Ermənistan tərəfinin Rusiyanın vasitəçiliyilə imzaladığı birgə bəyanatın şərtlərini yerinə yetirilməsini tələb edirik. Azərbaycan tərəfi olaraq, bu bəndləri bir-bir Ermənistan tərəfinə qəbul etdirəcəyimizə heç bir şübhəm yoxdur”, -deyən həmsöhbətimiz söyləyib ki, həm Ermənistan, həm də Qarabağdakı separatçılar törətdikləri təxribatlara görə layiqli cavablarını alacaqlar.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

